fbpx

Bakıda canlı musiqi olan 10 ən yaxşı restoran

bakırestoranı, Bakıda canlı musiqi olan 10 ən yaxşı restoran

Bakıda canlı musiqi olan 10 ən yaxşı restoran

Bakıda canlı musiqi olan restoranlar dedikdə ağlımıza həmişə müəyyən yerlər gəlir ki, tez-tez ziyarət edib bir pivələrini içməsək olmaz. Ruhunu oxşayan canlı musiqi sədaları ilə axşamı keçirmək əvəzolunmazdır. Bütün bunlar üçün həm ailəvi həm də dostlarla yığışıb gedəcəyiniz Bakıda canlı musiqi olan restoranlar çoxdur. Ancaq biz bu gün sizə onların 10-undan danışacağıq.

Hard rock cafe baku

Əsasən Amerikan Bar və Barbekü yeməkləri ilə məşhur olan Hard rock-da siz həftəsonları ilə yanaşı digər günlər də istirahət edə biləcəksiniz. Hər həftəsonları xüsusi rok ifaları ilə istirahət etmək istəyirsinizsə onda mütləq buranı ziyarət etməyiniz məsləhətdir. Hard Rock Cafe ilk dəfə 1971-ci ildə London-da açılıb. 185 restoranı ilə dünyanın demək olar hər yerində ona rast gələ bilərsiniz. Kafeni hər il təqribən 80 milyon insan ziyarət edir.

CraZzy Bear - Conceptual Pub

Konseptual Bar və Restoran kimi fəaliyyət göstərən Crazzy Bear-də çox ləzzətli və sıradan olmayan yeməklərin dadına baxa bilərsiniz. Qırmızı taxtadan qədim İngilis pabları kimi dekorasiya edilmiş bu yer geniş və havalıdır. Həftənin cümə və şənbə günləri canlı musiqiyə qulaq asa və həmçinin də şərab və pendir günləri eləcə də viski və caz günlərini dostlarınız ilə birgə burda keçirə bilərsiniz.

Soul Kitchen

Bakıda Çin restoranı deyilincə ağıla ilk gələn yer Soul Kitchen. Vegeterianlar və Veqanların düşünülərək yeməklərin hazırlandığı bu məkanda həftəsonları canlı müsiqiyə qulaq asmaq bütün yorğunluğunuzu alıb aparacaq. TripAdvisor-un sıralamasına görə Bakıda ikinci Çin mətbəxi olan restorandır.

Pencere Restoran

Günorta və əsas da axşam yeməkləri üçün nəzərdə tutulmuş Pəncərə restoranının ev yeməklərinin dadına doymayacaqsınız. Şəhərin ən gözəl yerlərindən birində yerləşən restoranda təxmin etdiyiniz kimi insan çox olduğundan əvvəl zəng edib yer bron etməyi unutmayın. Bron etmək və saytlarındakı xüsusiyyətlərdən yararlanmaq üçün bura daxil olun. Keyfiyyətli canlı musiqidən zövq alın!

Zeppelin

Hər axşam fərqli bir Dj ya da ifaçının səhnəyə çıxdığı Zeppelin Bakının ən çox ziyarət olunan restoranlarından biridir. Fərqli növ məzələri ilə içdiklərinizin sayını itirəcək yeməklərdən zövq alacaqsınız. Möhtəşəm ləzzətli şərabı dadan zaman qədim tərzdə dizayn olunmuş interyer sizi keçmişə aparacaq.

Qorodok Restoran

Avropa mətbəxinin ən gözəl təamlarını axşam yeməyində dadmaq istəyənlər üçün ən gözəl məkan Qorodok restoranıdır. Restorana getməzdən öncə yer bron edə və arzuladığınız halda kabinetlərdən istifadə edə bilərsiniz. Tripadvisorda 21 nəfərin səsverməsinə əsaslanaraq restoran 4 ulduza layiq görülüb. Ziyarətçilərin şikayətləri isə, İnglis dilində danışa bilənin olmaması və musiqinin səsinin yüksəkliyidir. Odur ki, siz əgər canlı musiqidən zövq alırsınızsa və Azərbaycanlısınızsa bura sizin üçündür.

Ajda Baku

Bakıda yerləşən 92 kafedən biri olan Ajda sizlərə səhər yeməyi və nahar vaxtı xidmət etməyi seçir. Gündüzlər canlı musiqi olan yer tapmaq hər yerdə həmişə çətin olur. Ajda isə sizə bu xususiliyi verir. Türk və Avropa mətbəxlərinin təamlarını müştərilərinə təqdim edən Ajda, Bakının mərkəzi olan Fəvvarələr meydanında yerləşir.

FairPlay

Fərqli növdə pivələr və onlar ilə yemək üçün hər növ məzələri öz mətbəxində birləşdirən məkan FairPlay. Hər həftənin cümə günü canlı musiqinin olduğu və bütün futbol oyunlarını tələsmədən izləyə biləcəyiniz məkandır FairPlay. İsti qəlyanaltıların olduğu bu məkanda artıq sizlər üçün əvvəlcədən xususi setlər hazırlanıb hansılar ki, pivələrinizi ləzzətləndirəcək.

Barfly Social Hub

Amerikan mətbəxi ilə Bakıda məşhur olan Barfly Social Hub 21 yaşdan aşağılar üçün bağlıdır. Qiymət aralığı 6-10 azn arasında dəyişir bunu da Tripadvisor-da rahatlıqla görə bilərik və hətta əlavə edim ki, Barfly Social Hub Bakıda Tripadvisor tərəfindən təsdiqlənmiş 729 restorandan 76 cı yerdədir və 5 ulduza sahibdir.

BarDuck

Qiymət aralığı bir qədər yüksək olsa da yeni açılmış Barduck-da Fransız və Azərbaycan mətbəxinə doyacaqsınız. Tripadvisor-da hələ kifayət qədər rəylərə sahib olmasa da məkanı bir dəfə ziyarət edəndən sonra artıq sizə doğma məkana çevriləcək. Bakıda sayılı Fransız restoranlarındandır. Xəqani 103-də yerləşir.

Artıq bütün bu kafelərdən bezmisiniz və dünyanın digər yerlərindəkiləri görmək, yeni kafelər mədəniyyətlər kəşf etmək istəyirsiniz? O zaman gözləməyin və turlarımızdan birinə qoşulun xəyallarınızın sərhəddini bizimlə aşın.

Paylaş
Müəllif: