Bled – Sloveniya
Sloveniyanın ən məşhur mənzərəli yeri sayılır – Müqəddəs Məryəm kilsəsinin də yerləşdiyi Bled gölü arxa fonda Alp zirvələri də əks olunmaqla, qarlı hava örtüyündə mükəmməl görünür. Bir sözlə nağıla bənzəyir.
Versoix – İsveçrə
Qışda nadir hallarda (ildə bir neçə dəfə) İsveçrədə çarpıcı təbii bir görünüşə şahid ola bilərsiniz. Bir gecədə Cenevrə gölünün göyərtəsində olan hər şey “Qar Qızın” real malına çevrilə bilər. Növbəti səhər avtomobillər, gəmilər, ağaclar, skamyalar – bütün göl buz heykəllərinin parkına çevrilir.
Amsterdam – Niderland
Amsterdam ilin istənilən vaxtında gözəldir. Lakin qışda isə, qar örtüyü evlərin damlarına, ağaclara hətta yol boyu düzülən işıq dirəklərinə belə xüsusi cazibə verir. Bu vaxtı bütün şəhər böyük bir nağıl dekorasiyasına bənzəyir – sanki şəhər, sehrli çubuqla Disneyin cizgi filmlərindəki nağıllarına çevrilib.
Tallin – Estoniya
Qar bu qədimi şəhərə xüsusi bir cazibə verir və siz qışda Tallinin küçələri və meydanları boyunca saatlarla dolaşa, kafedrala və maqazinlərə baxa, isti kafelərdə soyuqdan gizlənə bilərsiniz.
Trakai – Litva
Galve gölünün ortasında, Vilnüsdən avtomobillə yarım saatlıq uzaqlıqda olan bir şəhərdir. Şəhərə yaxın məsafədə Litvanın, orta əsrlərə aid qalası yerləşir. Yanvar-mart aylarında, göl buzdadığı zaman insanlar göl ətrafında xizək yarışmaları təşkil edir.
Münxen – Almaniya
Kiçik alman şəhərləri olan Wernigerode və Mittenwald qar altında gözəl olur. Lakin böyük şəhərlər daha gözəl olur. Məsələn: Münxen, hansıki qışda bu şəhərin mərkəzi küçəsində böyük qış parkı yerləşir. Mərkəzi küçələrin birində yerləşən məşhur pivə restoranı Hofbräuhaus həftədə yeddi gün işləyir və qış yarmarkaları bu gözəl şəhərdə onlarladır.
Stohkolm – İsveç
Qışda ağacların yarpağını tökdüyündə və qarlı damlı evlərin ön plana çıxdığında, bu şəhər çox zərif görünməyə başlayır. Milad bayramı ərəfəsində, maqazinlərin vitrinlərindən işıqlı suvenirlərin asıldığı, kafelərin içərisindən zəncəfil və darçın qoxusu gəldiyi zaman, Stohkolmda miladın necə möhtəşəm keçdiyi hiss olunur.
Harbin – Çin
Əsas buz heykəltaraşlığı festivalı yanvar-fevral aylarında Çində keçirilir. Ötən əsrin sonlarından etibarən minlərlə işçi hər il Harbində buz və qardan nəhəng bir nağıl şəhər qurur.
Salzburq – Avstriya
Salzburq bir çox xizək mərkəzlərinə yaxındır və bu şəhərdə aktiv istirahət üçün çox əlverişli şərait var. Qış gecələrində, pəncərələr parlayır və köhnə şəhərin damları qarla örtülür.