Deprecated: File class-phpmailer.php is deprecated since version 5.5.0! Use wp-includes/PHPMailer/PHPMailer.php instead. The PHPMailer class has been moved to wp-includes/PHPMailer subdirectory and now uses the PHPMailer\PHPMailer namespace. in /var/www/granitas/public_html/wp-includes/functions.php on line 5643
Korporativ Turizm Xidmətləri - Granit AS
Notice: Function WP_Scripts::localize was called incorrectly. The $l10n parameter must be an array. To pass arbitrary data to scripts, use the wp_add_inline_script() function instead. Daha çox məlumat üçün lütfən WordPress xəta sazlanması ünvanına baxın. (Bu mesaj 5.7.0 versiyasında əlavə edildi.) in /var/www/granitas/public_html/wp-includes/functions.php on line 5905

Korporativ Xidmətlər

Granit AS Travel şirkəti 20 illik təcrübəyə malik olub, sizlərə korporativ turizm sahəsində, professional bələdçilərin rəhbərliyi altında ekskursiyaların keçirilməsi, biznes görüşlərin təşkil olunması, konfransların təşkili, timbildinq, mühazirələr və seminarların keçirilməsi, ictimai tədbirlər, mətbuat konfranslarının keçirilməsi və.s. xidmətlərini təklif edir.

Granit AS sizin üstün tutduqlarınızı, iştirakçıların tələb və maraqlarını nəzərə alaraq qiymət-keyfiyyət nisbətində ən optimal və ən yaxşı seçimi təklif edir. Şirkətimiz yığıncaqlarınızın hazırlığı və təşkilinin bütünlüklə qayğısına qalacaq. Viza dəstəyi, nəqliyyat xidməti, yük daşıması və digər nüanslara diqqət edirik.

Aşağıda qeyd olunmuş bütün xidmətlərin yüksək səviyyədə təşkilinə zəmanət veririk:

Hava limanında qarşılama və transfer xidməti

Qonaqlarımızı qarşılamaqdan və transfer xidməti təşkil etməkdən məmnunluq duyuruq. Şirkətimiz peşəkar sürücü və müşayiət edən bələdçi kollektivinə sahibdir. Bələdçi kollektivimiz işinin peşəkarı, bu sahədə təcrübəyə malik və bütün suallarınıza cavab verməkdən məmnunluq duyan şəxslərdən təşkil olunmuşdur.

Yerləşmə

Granit AS şirkəti sizi seçiminizə uyğun, istənilən iri ölçülü iclası təşkil etmək üçün müasir konfrans avadanlıqları ilə təchiz olunmuş zallara malik otellərdə yerləşdirəcək.

Konfrans və iclas otaqlarının seçiminə fərdi yanaşma

Şirkətimiz təşkilatçılıqda geniş təcrübəsi ilə istənilən peşəkar yığıncaq, konfrans və iclasın təşkili üçün sizə  ən uyğun məkanı seçir və təmin edir.

Qida təminatı, yığıncaqlar üçün menyu tərtibatı

Tələb və istəklərinizə uyğun olaraq ən uyğun menyunu yaradıb, kofe fasiləsini, işgüzar nahar və şam yeməklərini təşkil edib, qonaqlarımızın əsl Azərbaycan mətbəxindən razı qalmasına qayğı göstəririk.

Əyləncə proqramlarının, ekskursiyaların və işgüzar səfərlərin təşkili

İstək və üstünlüklərinizə əsaslanaraq, şirkət olaraq sizin üçün fərdi əyləncə və korporativ istirahət marşrutları təşkil edirik. Azərbaycan milli rəqsləri, musiqiçiləri, ansamblından ibarət əyləncə proqramı, həmçinin əməkdaşlarınız və işçi kollektivinizə yaxşı təsir bağışlayacaq tarixi, mədəni mərkəzlərə səfərlər təşkil edirik.

Korporativ tədbirlərin hazırlanması, təşkili və sonlandırılması

Granit AS komandası istənilən tədbiri başlanğıcdan sonadək yerinə yetirməyə və təşkil etməyə hazırdır. Səmimi komandamız bütün suallarınıza cavab verməyə, tələb və imkanlarınızı nəzərə almağa şad olardı.

Paylaş