fbpx

Haqqımızda

Granit AS Travel 1998-ci ildən turizm biznes sahəsində stabil mövqe tutur. Yarandığı dövrdən şirkət bir çox mötəbər turizm təşkilatlarının rəğbətini qazanmışdır. Granit AS Travel Bakıda fəaliyyət göstərən lider turistik şirkətlərdən biridir. Biz hər il yüzlərlə turist və iş adamlarını xarici ölkələrə göndərir və qəbul edirik. Bizim əməkdaşlar yüksək ixtisaslı işçilərdir.
Bugünkü gündə çoxlu sayda turistik şirkətləri arasında düzgün seçim etmək çətindir. Bizim şirkət hər bir müştəriyə professional və fərdi yanaşmanı təmin edir. Yüksək ixtisaslı menecerlərimiz müştərilərimizə turizm marşrutun seçimində köməklik göstərir, aviabiletlərin əldə olunmasında yaranan qayğıları öz üzərilərinə götürür, vizaların əldə olunması, proqrama əsasən turistlərin Azərbaycan ərazisində yerdəyişməsini təşkil edir, bütün ekskursiya proqramları haqqında ətraflı məlumatı təmin edirlər.
Biz Sizinlə iş birliyi qurmaqda maraqlıyıq və Sizin maraqlarınızı Azərbaycanda və dünyanın istənilən ölkəsində yüksək səviyyədə xidmət göstərməsinə tam zəmanət veririk.
Bizim Azərbaycanda turizm fəaliyyət sahəsində digər maraqlı təkliflərimiz var. Biz Sizin şirkət ilə sıx əlaqələr qurmaqda şad olardıq.

Xarici və Daxili Turlar, Tur paketlər, Viza Dəstəyi Xidməti Sanatoriyalar, Aviabiletlər, Korporativ Turizm Xidmətləri ən sərfəli qiymətlərlə.

Turizm bölməsinə aşağıdakılar daxildir:

  • Professional bələdçinin rəhbərliyi altında ekskursiyaların keçirilməsi;
  • Transfer (Qarşılama – yolasalma);
  • Turist qruplarının qəbulu;
  • Sifarişçinin arzusu əsasında, həm qrup, həm də individual ekskluziv turların təşkil olunması;
  • Bakının və Azərbaycanın rayonlarına ekskursiya turlarının təşkili;
  • MDB, Avropa, Asiya və Şərq ölkələrinə turizm marşrutları;
  • Uşaq və gənclərin istirahəti üçün proqramlar;
  • İş görüşlərinin, seminarların, konfransların təşkil olunması;
  • Məktəbli və tələbələr üçün daxili və xarici turların təşkili;
  • Bakıda istənilən kateqoriyalı mehmanxanaların ən sərfəli qiymətlərlə sifariş edilməsi;
  • Aviabiletlərin sifarişi və əldə olunması;
  • Avtomobillərin kirayəsi;
  • VİP xidmətlər;
  • Vizaların tərtib olunmasında əməkdaşlıq;
  • Sığorta;
  • Kruizlər;
  • Sağlamlıq sanatoriyaları Qafkaz Mineral Suları,Truskavets,Krım;
  • Biznes turlar.
Paylaş