Səyahət Sığortası

Səyahət sığortası xaricdə səyahətdə olarkən baş verən təcili tibbi hadisələrin və evə qayıdış nəqliyyat xərclərini qarşılayır. Turistin sığorta müqaviləsində göstərilən məkanda qaldığı müddətdə sığorta şəhadətməsində qeyd olunan bütün müddəalardan istifadə hüququ mövcuddur.

Səyahət sığortası ilə nələr sığorta olunur?

Standart müqavilə tibbi xərcləri, təcili stamotoloji problemlər, nəqliyyat (uşaqların təxliyyəsi, uzun müddətli xəstəxanada qalmaqdan sonra), təcili mesajların çatdırılma xərclərini əhatə edir. Sığorta müqaviləsi, itmiş və oğurlanmış sənədlərin dəyəri, hüquqi yardım, təxirə salınmış uçuşlarla və digər əlavə risklərlə bağlı genişləndirilə bilər. Turist, yükünü, uzaqda olduğu müddətdə şəxsi və daşınmaz əmlakını, mülki məsuliyyətini səyahətə görə sığortalatdıra bilər.

Səyahət sığortası kimlər seçir?

Xaricə üz tutan hər bir kəs özünü və ailə üzvlərini tibbi səfər sığortası ilə sığortalıya bilər. Xarici ölkələrin Azərbaycanda yerləşən səfirlikləri və konsulluqları, viza sənədlərinin rəsmiləşdirilməsi vaxtı müraciət edən şəxslərdən tibbi səfər sığortasını mütləq şəkildə tələb edirlər. Bu sığorta növü insanları xaricdə olduqları zaman bədbəxt hadisələrin və qəfil xəstəliklərin baş verməsi nəticəsində yaranan maddi xərclərin (Sığorta şəhadətməsində göstərilən şərtlərlə) ödənilməsinə təminat verir. Sığorta olmadan Azərbaycan vətəndaşlarına viza tələb olunmayan ölkələrə səfər etməyiniz mümkündür. Lakin unutmayın ki, sığortanız olmadıqda, bədbəxt hadisələr nəticəsində yaranan maddi xərclər qaçınılmazdır.

Sığortanın qiyməti nə qədərdir?

Səfər sığortasının qiyməti xaricə səyahət etdiyiniz günlərin müddətindən asılıdır. Qiymətlər 7-8 azn-dən başlayır. Turistlər özlərini 5000 usd-dan 30000 usd-a kimi sığortalaya bilərlər. Azərbaycan vətəndaşları üçün viza tələb olunan ölkələrin səfirlikləri və konsulluqlarına, viza almaq üçün müraciət edən şəxslərin, 30000 avro dəyərində sığorta alması mütləqdir. Nümunə: Əgər siz 7 günlük şengen vizası üçün müraciət edirsinizsə, 30000 avroluq sığortanın dəyəri təxminən 25-35 azn arası olacaqdır.

Səyahət sığortası-nı necə əldə edə bilərəm?

Səfər sığortasını əldə etmək üçün bizimlə əlaqə saxlamağınız kifayət edir. Sığortalar şirkətimizin menecerleri tərəfindən əməkdaşlıq etdiyimiz partnyorlardan onlayn şəkildə alınır. Səyahət sığortası elektron şəkildə olduğundan, sığortanı əldə etmək üçün ofisə yaxınlaşmağınız vacib deyil. Sığortanı elektron poçt ünvanınıza da göndərmək mümkündür.

Nə üçün Biz?

Granit AS Azərbaycanın lider sığorta şirkətləri ilə əməkdaşlığı vasitəsi ilə müştəriləri üçün xaricdə qalınan müddətə sığorta təminatı yaradır. Sığortalanan şəxsin Azərbaycan Respublikasından xaricdə olduqda tibbi yardım, ölkəyə qayıtmaq və nəqliyyat kimi başqa xidmətlərdən istifadə hüququ mövcuddur.

Əlaqə

☎: +994 12 447 48 43; +994 12 594 18 49
?: +994 70 447 48 43 (WhatsApp)
?: Telegram: @granitas
?: Nizami 77/9, Bakı
?[email protected]
➡www.granitas.az

Açar sözlər: səyahət sığortası, seyahet sigortasi, səfər sığortası, sefer sigortasi, sığorta şirkətləri, sigorta shirketleri, səyahət sığortası qiymətlər, seyahet sigortasi qiymetler, seyahet sigortasi qiymetleri

Paylaş