fbpx

Dünyanın ən çox ziyarət olunan hava limanları

Günü – gündən daha da inkişaf edən təyyarə sənayesi ilə səyahət edənlərin sayı hər gün artmaqdadır. Məqaləmizi oxumaqla dünyanın ən cox ziyarət olunan hava limanlarını öyrənmiş etmiş olacaqsınız.

1. Hartsfield-Jackson Atlanta Beynalxalq hava limanı (ATL)

Hartsfield-Jackson Atlanta Beynalxalq hava limanı

Hava limanı 1998 ci ildən indiyə qədər dünyanın ən məşğul hava limanıdır. Səyahət edənlərin sayına görə birinci yerdə olan hava limanı 101.5 milyon sərnişin ilə birinci yerdədir. Atlantanın əlverişli ərazidə yerləşməsi bu rəqəmi qoruyub saxlamağa imkan verir

2. Beijing Capital Beynalxalq hava limanı (PEK)

Beijing Capital Beynalxalq hava limanı (PEK)

1958- ci ildə qurulan hava limanı Çinin bir nömrəli qapısı olaraq bilinir. Hava limanı dünyanın ən son texnologiyalarına sahib hava limanlarından biridir.  89.9 milyon sərnişin ilə ikinci yeri tutan hava limanı 1965 -di ildən sonra artan tələbi ödəmək üçün yeddi dəfə yenidən bərpa olunub.

3. Dubai Beynalxalq hava limanı (DXB)

Dubai Beynalxalq hava limanı

78 milyon sərnişin ilə siyahımızın 3-cü sırasında Dubai beynalxalq hava limanı dayanır. Hava limanı hər il 66 milyondan çox insanı 6 qitə 260 – dan çox hava yolu şirkəti üzərindən 270 – dan çox istiqamətə uçurmaqdadır.

4. Chicago O’Hare Beynalxalq hava limanı (ORD)

Chicago O’Hare Beynalxalq hava limanı (ORD)

Hava limanı 7.2 hekratlıq bir ərazini əhatə edir. Cook və DuPage regionlarında yerləşən hava limanı 76.9 milyon sərnişin ilə siyahımzın 4 – cü sırasında qərarlaşıb.

5. Tokyo Beynalxalq hava limanı (HND)

Tokyo Beynalxalq hava limanı (HND)

Haneda hava limanı olaraq da bilinən Tokyo beynalxalq, Yaponya Honşu adasında yerləşir. Mərkəzi Tokyo ilə quru yolu vasitəsilə bağlanır. Əvvəllər Tokyoya işləyən beynalxalq hava limanı idi, indi isə əsas uçuşlar Narita hava limanından gerçəkləşir. 75 milyon sərnişin ilə siyahımızda yer alır

6. London Heathrow Beynalxalq hava limanı (LHR)

London Heathrow Beynalxalq hava limanı (LHR)

London Havalimanı kimi tanınan, lakin 1966-cı ildə yenidən  London Heathrow adlandırılıb. 1944-cü ildə ilk uçuş qurğusunun tikintisinə başlanmışdır. Mülki aviasiya dünyasının bir mərkəzi sayılır, və bizim siyahımıza 74.9 milyon sərnişin ilə daxil olur.

7. Los Angeles Beynalxalq hava limanı (LAX)

Los Angeles Beynalxalq hava limanı (LAX)

LAX 1928-ci ildə ümumi aviasiya sahəsi kimi başlamış və 2016-cı ildə Cənubi Kaliforniyadakı iqtisadi fəaliyyətini cəlb edən və dəstəkləyən dinamik bir hava limanı kimi xidmət edir. Hava limanı 40 mindən çox yerli iş yeri yaratmağı nəzərdə tutan bir neçə milyard dollarlıq kapital inkişaf proqramını davam etdirir. Siyahımızda isə Heathrow ilə eyni miqdarda 74.9 milyonda qərarlaşıb.

8. Hong Kong Beynalxalq hava limanı (HKG)

Hong Kong International Airport (HKG)

68 milyon sərnişin ilə siyahımızın 8 – cisi Hong Kong hava limanı 2007-ci ildə dünyanın ən yaxşı hava limanı seçilib. Möhtəşəm planlaşdırmaya sahib hava limanı su ilə əhatə olunur və mərkəzi Hong Kongun 25 kilometr cənub-qərb hissəsindəyerləşir.

9. Paris Charles de Gaulle Beynalxalq hava limanı (CDG)

Paris Charles de Gaulle Beynalxalq hava limanı (CDG)

65.7 milyon sərnişin daşıyan hava limanı Parisin mərkəzindən 14 kilometr şimal-şərqdə yerləşir və dünyanın ən məşhur yerlərindən birinə daxildir.

10. Dallas Fort Worth Beynalxalq hava limanı (DFW)

Dallas Fort Worth Beynalxalq hava limanı (DFW)

Dünyada ən çox ziyarət edilən “super mərkəzi” hava limanlarından biri olan DFW, müştərilərinə dünya miqyasında 149 daxili və 58 beynəlxalq dayanma yerini təklif edir. Hava limanı Şimali Texas bölgəsi üçün hər il 37 milyard dollardan çox məhsul istehsal edən əsas iqtisadi generator kimi xidmət edir. Siyahımızda isə 64 milyon sərnişin ilə son sırada qərarlaşır.

Paylaş
Etiketlər:
Müəllif: