Hər birimiz həyatımızda bir neçə dəfə otellərdən istifadə edirik. Və həmişə təbəqədən asılı olaraq qaldığımız yerin qiyməti dəyişir. Bəs siz heç fikirləşmisinizmi ki, bu qaldığımız otellərdən hansılar nə qədər qazanır? Sizə dünyanın ən çox qazanan 5 otel qrupunu təqdim edirik.
Marriott International
Williard Marriott tərəfindən qurulan şirkətin mərkəzi ABŞ – da yerləşir. Hal hazırda Bill Marriot tərəfindən idarə olunur. Şirkət dünyanın 110 ölkəsində 6080 otel və 1.2 milyon çarpayıya sahibdir. Ümumi gəlirləri isə 17 milyard 70 milyon dollar təşkil edir və tərkibində 226 min işci çalışdırır.
Hilton
Növbəti önəmli otel qrupumuz Hiltondur. Dünyanın 103 ölkəsində olan şirkət 5 min otel və 812 min yatağa sahibdir. 163 min işçisi olan şirkət 11 milyard 663 milyon dollar gəliri olduğunu bildirib. Şirkətin başında Cristopher j. Nasetta dayanıb.
Accor
Üçüncü sırada Fransız şirkəti olan Accor dayanır. Dünyanın 96 ölkəsində 4 min oteli olan Accorun tərkibində Sofitel, Pullman, kimi lüks Novotel və Mercure kimi butik otel markalarını birləşdirir. 240 min işçiyə sahib olan Accor gəlirinin 6.6 milyard dollar olduğunu açıqlayıb.
Wyndham
Ən qabaqcıl otel zəncirlərindən olan Wyndham Hotel Group 15 markanı öz tərkibində saxlayır. Markalarını dünyanin 153 ölkəsinə yayan şirkət 7 min 400 otelə sahibdir. Son açıqladıqları məlumata görə isə illik 5.6 milyard dollar gəlir əldə edibər.
Hyatt Hotels
Amerikanın qabaqcıl şirkətlərindən növbətisi olan Hyatt Hotels listimizdə 5 – ci sırada dayanıb. Əhatsində 100 min insan çalışdıran şirkət dünyanın 54 ölkəsində özünün 679 oteli ilə fəaliyyət göstərir. Açıqladıqlarına görə otelin gəliri 4 milyard 430 milyon dollar təşkil edir.