Aşağı Gövhərağa Məscidi

Aşağı Gövhərağa məscidi və ya sadəcə Aşağı Məscid, 1874-1875-ci illər, Şuşa

“Məscid 1855-ci ilin şəhərin baş planında yaxınlıqdakı mədrəsə ilə birlikdə qeyd edilsə də 1874-1875-ci illərdə Yuxarı məscid kimi, Aşağı məscid kompleksində də əsaslı yenidənqurma işləri aparılır. Bu səbəbdən inşa tarixi kimi 70-ci illər qeyd edilir. Yeni məscidin inşası da memar Kərbəlayi Səfixan Qarabağiyə tapşırılır”.

Bir şəhərdə (yaxınlıqda həm də) 2 Cümə məscidin inşasını isə şiə və sünniliklə əlaqələndirirlər. O vaxt ticari əlaqələrin genişlənməsi nəticəsində Şuşaya Osmanlı imperiyası və Dağıstandan çoxlu tacirlər gəlməyə başlayır və onların ibadəti üçün ikinci məscid inşa edilir.

Şuşanın Qapan məhəlləsində yerləşir…

İradə Qədirova ©

Paylaş
Müəllif: