Daha çox müasir məkan kimi tanınan Dubayın qədim tarixi var. Şəhər yaxınlığındakı bir bataqlıqdan tapılmış manqra ağacının üstündə bu ərazinin 7 min illik tarixi keçmişini göstərən yazı var. Manqra ağacı yeni Dubay inşa edilərkən aşkarlanıb. Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhərlərindən olan Dubaya və eyniadlı əmirliyə 1830-cu ildən bəri əl-Məktum ailəsi başçılıq edir.
Hazırda Yaxın Şərqin ən böyük maliyyə, ticarət və əsas turizm mərkəzi olan Dubay 1940-cı illərə qədər kiçik bir qəsəbə idi. Əhali dənizdən çıxardığı mirvarini ərzaqla dəyişdirərək yaşayışını təmin edirdi. Yaponlardan saxta yolla mirvari düzəltməyi öyrəndikdən sonra, buranın sakinləri daha rahat gəlir əldə etməyə başladılar. Neft tapıldıqdan sonra isə hər şey dəyişdi. Birləşmiş Əmirliklərin digər yerlərində olduğu kimi, Dubayı da nəhəng inşaat dalğası bürüdü.
Fars körfəzinin sahilində, paytaxt Əbu-Dabidən şimal-şərqdə yerləşən Dubay dünyanın ən isti şəhərləri siyahısındadır. Təsəvvür edin, qışda orta temperatur +25 dərəcə təşkil edir. Ən soyuq ay yanvardır ki, bu zaman temperatur +19 dərəcə olur. Turistlərin ən çox axını da məhz qış fəslinə təsadüf edir. Dünyanın dörd bir tərəfini soyuq şaxtalar dondurarkən insanlar isinmək, istirahət etmək, eləcə də alış-veriş üçün buraya üz tuturlar.
Dubaya necə getmək olar?
Hazırki bloqumuzda biz sizə Bakıdan Birləşmiş Ərəb Əmirliklərinə getməyin yollarını izah edəcəyik. Qeyd edim ki, Dubaya səyahət üçün viza gərəklidir.
BƏƏ-nə Bakıdan birbaşa və ya tranzit uçuşlarla getmək mümkündür. Bakıdan Dubaya birbaşa uçuş 2 saat 20 dəqiqə təşkil edir. Birləşmiş Ərəb Əmirliklərinin ən böyük hava limanı, şəhər mərkəzinə 4 km məsafədə yerləşən Dubay Hava Limanıdır. Dubay Beynəlxalq Hava Limanından mərkəzə çatmağın bir neçə yolu vardır.
401 və 402 nömrəli avtobuslar üç terminalı olan hava limanında, Terminal 1 və Terminal 2-nin dərhal qarşısındakı dayanacaqlardan yola düşür.
Viza prosesi
BƏƏ viza prosesi digər vizalarla müqayisədə çox rahatdır. Viza 5-10 iş günü ərzində hazır olur. Vizaya müraciəti səyahətinizdən ən tez 2 ay və ya ən gec 14 gün öncə etməyiniz məsləhət görülür. Dubaya viza dəstəyi üçün bizə müraciət edə bilərsiniz.
Dubay – ən ucuz aviabiletlər (Gediş-dönüş)
[tp_cheapest_flights_shortcodes origin=BAK destination=DXB title=”” paginate=true off_title=true subid=”” currency=”AZN”]
Dubayda harada qalmaq olar?
Ərəbistan yarımadasında həm turizm, həm də iş baxımından ən çox seçilən yerlərdən biri olan Dubay, safari tərzi istirahəti ilə yanaşı çimərlikləri ilə də populyardır. Dubaya turizm və ya iş məqsədi ilə getməyinizdən asılı olmayaraq aşağıdakı otel və yaşayış məlumatları sizə mütləq kömək edəcəkdir.
Dubayın mərkəz adı verilən Downtown bölgəsindən çox yerə asanlıqla çata bilərsiniz, ancaq fərqli alternativləriniz də var. Dubay, Avropa şəhərləri kimi deyil. Odur ki, xüsusilə ilk dəfə bu bölgəyə səyahət edənlər üçün bloq hazırladıq.
Dubay dünyanın ən qabaqcıl və gözəl otellərinin yerləşdiyi bir şəhərdir. Ən lüks otellər burada yerləşir və yaşayış bahadır. Gündən-günə də bahalaşmağa davam edir.
Beynəlxalq otellər adi otellərdən daha bahalıdır, çünki işgüzar səfərlərlə bağlı bu otellərə daha çox üstünlük verilir. İşçilər ingilis dilini bilir. İngilis dilli işçi heyəti digər yerli və ya kiçik otellərdə problemdir.
Ən yaxşı otellər “New Dubai” adlanan ərazidədir. Seçiminiz yüksək səviyyəli və luks otellərdirsə, bu bölgədə qalmağınızı məsləhət görürük.
Yay aylarında isə otellərin qiyməti 30-40% enir. Bunun səbəbi, havaların inanılmaz isti olmasıdır.
Dubayda qalmağınızı tövsiyə etdiyimiz ümumilikdə 5 bölgə vardır. Bunlar, Deira, Bur Dubai, Downtown Dubai, Jumeirah və Palm Jumeirah bölgələridir. Çoxu bir-birinə yaxın olsa da, özünüzə uyğun olanı seçib otellərə baxa bilərsiniz. Bunu söyləməyimin səbəbi bəzi bölgələrin tamamilə alış-veriş, bəziləri çimərlik və bəzilərinin lüks yaşayış mərkəzli olmasıdır. Ən idealı Downtown olsa da, bütün bölgələri araşdırmağınızı təklif edirəm.
Lüks otellərdən məsləhətimiz, Burj Al Arab, Qasr Al Sarab Desert Resort by Anantara, Shangri-La Hotel;
Orta səviyyəli otellərdən XVA Art Hotel, Novotel, Arabian Courtyard Hotel & Spa,
Emirates Grand Hotel Apartments;
Ucuz otellərdən isə Orient Guest House, Ibis Deira City Centre, Deira Palace Hotel ola bilər.
Dubayda gəzməli yerlər?
Dünyanın ən böyük ticarət mərkəzi (1200 mağaza-Dubai Mall), ən hündür oteli (Burj Al Arab), ən hündür binası (Burj Khalifa), ən böyük akvariumu, məhz Dubayda yerləşir.
1. Burj Khalifa
Dünyanın ən hündür binası olan Burj Khalifa 85 km uzaqlıqda yerləşən bir məsafədən görünür. 828 metr, 164 mərtəbə, tikintidə çalışan 12.000 nəfər, saniyədə 10 metr qalxan bir lift, gündəlik su sərfi təxminən 946.000 litrə bərabərdir. Dizaynı səhra çiçəyi Hymenocallis-ə bənzəyən bu bina, eyni zamanda dünyanın ən hündür məscidinə sahibdir. Ən hündür restoran, ən yüksək gecə klubu da burada yerləşir. Burj Khalifa’da 80-ci mərtəbədən yuxarıda yaşayan insanlar günəşi daha uzun gördükləri üçün Ramazan ayında iftarlarını daha gec açırlar.
Saray həftənin 7 günü ziyarətçilər üçün açıqdır. Sarayda bilet satışı hər gün saat 08: 00-da başlayır və bağlanışdan 45 dəqiqə əvvəl bitir. Schönbrunn Sarayı giriş haqqı, görmək istədiyiniz sarayın hissələrinə görə dəyişir. Ən əhatəli bilet (İmperator Turu) böyüklər üçün 16.50 €, tələbələr üçün 14.5 € təşkil edir.
2. Dubay Mall
1 milyon kvadratmetrdən çox ərazisi ilə dünyanın ən böyüyü sayılan Dubai Mall, 2008-ci ildə Burj Khalifa-nı da əhatə edən Downtown Dubai-nin bir hissəsi olaraq xidmətə başladı.
Ticarət mərkəzi, adı ilə uyğun olaraq 1200-dən çox mağazaya ev sahibliyi edir. Lüks markalara bağlı olan insanları cəlb edən alış-veriş mərkəzində yüzlərlə yemək və içmə məkanı vardır ki, burada da müxtəlif ləzzətləri dada bilərsiniz.
3. Dubay Akvarium
Dubay Mall-da alış-veriş etməklə yanaşı, dünyanın ən böyük akvariumunu ziyarət edə və xoş saatlar keçirə, olimpiya ölçülü buz meydançasında konki sürə bilərsiniz.
Burada həmçinin uşaqlar üçün Kidzaniya və böyükləri qorxuları ilə qarşı-qarşıya qoyan İsteriya kimi tematik sahələr də var.
4. Dubay Fəvvarəsi
Möthəşəm Burj Khalifanın aşağısında və məşhur Dubay Mall-un qapılarının ağzında yerləşən Dubai Fəvvarəsi dünyanın ən böyük xoreoqrafiyalı fəvvarə sisteminə malikdir. 6600 fərqli nöqtədə yerləşdirilən işıq mənbəyi ilə görmə qabiliyyəti artırılan çeşmə, 1000 fərqli su fiquru və 50 fərqli rəng nümayiş etdirmək üçün dizayn edilmişdir.
Ziyarətçilər Dubay Fəvvarələrindən gəmi gəzintiləri ilə yaxından zövq ala bilərlər. İstəsəniz, gəmilərə minərək hər 30 dəqiqədə bir baş tutan şouya yaxından və ya fəvvarədən 9 metr məsafədə yerləşən 272 metr uzunluğunda üzən platformadan izləyə bilərsiniz.
Ziyarət saatları: 17.45-23.30
Tur haqqı: 65 AED⠀
5. Wild Wadi Water Park
Burj Al Arab ilə üzbəüz yerləşən Wild Wadi Su Parkı, həm yerli sakinlərə, həm də səyyahlara 1998-ci ildən bəri əyləncəli bir mühitdə sərinləmək imkanı verir.
Su parkının dizaynı, türk mədəniyyətində Nəsrəddin Hoca adlandırdığımız Cuhanın hekayələri əsas götürülmüşdür. Möhtəşəm atmosferi ilə qonaqlarına dinclik verən əyləncə müəssisəsində bütün yaş qruplarına xitab edən 30 fərqli oyun mövcuddur.
Su parkında sörf etmək istəyənlər üçün bir simulyasiya hovuzu da var.
Ziyarət saatları: 10.00-19.00
Giriş haqqı: 270 AED
6. Jumeirah Məscidi
Səyyahların memarlıq xüsusiyyətlərinə görə Dubayda ziyarət edəcəyi yerlər siyahısına əlavə etdikləri Cumeirah Məscidi 1975-1978-ci illər arasında inşa edilmişdir.Fatimid üslubunda dizayn edilmiş məscid, sadə və zərif görünüşü ilə diqqət çəkir. Məsciddə 1200 nəfər eyni vaxtda namaz qıla bilər.Xüsusilə gün batımında məscidin önü şəkil çəkdirmək istəyən səyahətçilərlə dolu olur. Rezervasiya tələb etməyən bu turlar saat 10: 00-da başlayır və ümumilikdə 75 dəqiqə davam edir. Tur zamanı ziyarətçilərə dini bayramlar, ayinlər, ənənələr və kulinariya mədəniyyəti haqqında məlumat verilir. Həmçinin, səyahət edənlərə bir çox yerli dadlar, xüsusən də qəhvə və xurma təklif olunur.
7. Mall of Emirates
Şəhərin ikinci ən böyük ticarət mərkəzi olan Mall Emirates, 2005-ci ildən bəri fəaliyyət göstərir. 255 min kvadratmetrdən çox bir ərazidə olan müəssisədə, Moda Dome adlı hissədə Apple, Burberry və Missoni kimi markalara məxsus 630-dan çox mağaza, yemək və içki və gəzinti sahələri var.
Alış-veriş mərkəzinin qida və içki sahəsində 100-dən çox kafe və restoran qonaqlara fərqli ləzzətlər təqdim etmək üçün bir-biri ilə rəqabət aparır.
Mall of Emirates, zəngin alış-veriş seçimlərinə əlavə olaraq bütün yaş qruplarından fərdləri cəlb edə biləcək tematik əyləncə sahələrini də əhatə edir.
Yaxın Şərqdə ilk qapalı xizək kurortu olan Ski Dubai bu bölgələr arasında liderdir. Alışveriş mərkəzinə 500 nəfərin yerləşə biləcəyi Dubay İcma Teatrı və İncəsənət Mərkəzi və ailələr üçün dizayn edilmiş Magic Planet mövcuddur.
Tur Tövsiyyəsi: Ticarət mərkəzində yerləşən Ski Dubai adlı süni qar parkının giriş biletlərini onlayn ala bilərsiniz
Ziyarət saatları: 10.00-02.00
8. Heritage and Diving Village
Dubayın köhnə görünüşünü əks etdirən Heritage and Diving Village, 1997-ci ildə qurulmuşdur. Keçmişin təfərrüatları, köhnə ənənələrə görə Birləşmiş Ərəb Əmirliklərində yaşamağın necə olduğu ilə maraqlananlar üçün möhtəşəm bir turistik məkandır. Bu şəkildə ziyarətçilər çadırları, kərpic və daş evləri gəzərkən, əsrlər boyu Dubay əhalisinin həyat səviyyəsini yüksəltmiş əl işləri haqqında da məlumat əldə edirlər.
Ünvan: Al Shindagha Rd, Al Shindagha, Bur Dubai, Dubai
Ziyarət saatları: 08.30-22.30
9. Dubay Qızıl Bazarı
Şəhərin ən qədim və ən populyar bazarlarından biri olan Qızıl Bazarı, ticarət bölgəsi olan Deira sərhədləri içərisindədir. Dubai Balıq və Tərəvəz Bazarı ilə Deira Kordon Boyu arasında yerləşən bu qapalı bazarda, əksəriyyəti zərgərlik olan 379 mağaza fəaliyyət göstərir. Bu dükanlarda eyni vitrində təsəvvür olunmayan dizaynlarla yanaşı standart məhsulları da görə bilərsiniz.Bazarda satılan bütün məhsulların Dubay hökuməti tərəfindən ciddi nəzarət altında satıldığı və həqiqiliyinin təmin olunduğu deyilir. Ancaq yenə də yüksək qiymətlərlə alış-veriş edərkən mütəxəssislərdən kömək istəməyinizi məsləhət görürük.
Ünvan: Al Khor St, Deira, Dubai
Ziyarət saatları: 10.00-22.00
10. Palm Jumeirah
Dubay tətilində ziyarət etmək fürsətiniz olacaq bir başqa mühəndislik möcüzəsi layihəsi də Palm Jumeirahdır. Bu süni ada, Palm Deira və Palm Cebel Ali ilə birlikdə Palm Archipelago layihəsinin bir hissəsi idi. Əslində, hər üç adanın inşasına 2001-ci ildə holland mühəndislərinin nəzarəti altında başlanılmışdır. Lakin Palm Jumeirah, 2011-ci ildə tamamlanan ilk suni ada olmuşdur.
Sahil xəttini 520 kilometrə qədər artıran adanın ortasında, hər tərəfdən 8-dən 16 budağa ayrılmış əsas hissə var. Bu hissə bir körpü ilə quruya bağlanarkən, körfəz axınlarının təsirini azaltmağı hədəfləyən xarici hissədən Dubaya nəqliyyat dəniz altındakı tunellərlə təmin edilir.
Adada, xüsusilə Atlantis The Palm, Jumeirah Zabeel Saray və The One & Only başda olmaqla çoxlu sayda lüks otellər var ki, bunlar da ictimai nəqliyyat şəbəkəsi daxilindədir.
Tur Tövsiyyəsi: Helikopter turları, dünyanın ən fövqəladə layihələrindən biri olan bu süni adanı görməyin ən yaxşı yollarından biridir. Büdcə sıxıntınız yoxdursa, 22 dəqiqəlik Helikopter Uçuş turuna qeydiyyatdan keçə bilərsiniz.
Dubayda Ekskursiyalar
Dubayda nə yeməli?
Əhalisinin 75% -ni Avropa, Amerika və başqa bir çox yerlərdən gələn mühacirlərin təşkil etdiyi Dubayda, tam orijinal bir yemək tapmaq çətindir. Bunun həm yaxşı, həm də pis tərəfləri vardır. Yaxşı tərəfi, düşünə biləcəyiniz hər mətbəxin ərəb, türk, hind, italyan, ispan, meksika, çin, yapon mətbəxinin bir çox nümunəsi var və bəziləri həqiqətən yaxşıdır. Pis tərəfi isə, “Dubayda Nə Yeməli?” yazısında, tam olaraq şəhərə məxsus bir yemək haqqında danışa bilməyəcəyik. Lakin siz, Ərəb və Orta Şərq mətbəxinə ən yaxın nümunələrdən olan, Manousheh, Al Machboos, Mandi, Tabbouleh,Dəvə əti, Al Harees, Qoozi, Şirin Polo, Fatteh, Falafel, Fattoush, Mahalabiya, Luqaimat, Knafeh, Khanfaroosh kimi bir çox ləzzlətli təamlara, demək olar bütün restoranlarda rast gələ bilərsiniz.
Məqaləmizin sonuna çatdıq. Ümid edirəm Dubay haqqında sizə az da olsa məlumat verə bildim. Məqaləmi bəyəndinizsə sosial şəbəkələrdə paylaşsanız şad olaram. Yeni məqalələrdə görüşənədək.
Açar sözlər: dubayda gezmeli yerlər, dubayda oteller, dubay gormeli yerler, ucuz oteller, dubayda otellerin qiymetleri