fbpx

İstanbul

İstanbul

İstanbul – Bosfor Boğazının sahillərində,  Avropa və Asiya qitələrinin arasında yerləşən, Türkiyənin ən böyük şəhəridir. Boğazın hər iki tərəfinə yayılmış möhtəşəm təpələr şəhər sakinlərini və qonaqlarını daim valeh edir. Dünya tarixinin ən əhəmiyyətli komandirlərindən biri olan Napoleon, “Dünya tək bir dövlət olsaydı, İstanbul paytaxt olardı” demişdir.  İstanbul sözü  yunanca Stan və Polis sözlərinin birləşməsindən yaranmış, tərcümədə “şəhərə gedirəm” deməkdir.

Muzeyləri, kilsələri, sarayları, məscidləri, bazar yerləri və təbii gözəllikləri, bitməz tükənməz nüanslar təqdim etməkdədir.

İstanbula necə getmək olar?

İstanbul

Hazırki bloqumuzda biz sizə Bakıdan İstanbula getməyin yollarını izah edəcəyik. Qeyd edim ki, Azərbaycanla Türkiyə arasında viza yoxdur. Türkiyəyə vizasız səyahət etmək mümkündür.

İstanbula necə getmək olar? – Xarici turistlərin İstanbula səfər etmələri çox rahatdır. Şəhərə həm hava, həm dəniz, həm də quru nəqliyyatı ilə gəlmək olur. İstanbulun 2 beynəlxalq hava limanı var – Atatürk və Sabiha Gökçen Hava Limanı. Bakıdan İstanbula həm avtobus, həm təyyarə ilə səfərlər həyata keçirilir.

Səyahətinizi bir neçə ay öncədən planlayaraq sərfəli qiymətlərlə təyyarə biletlərini əldə etmək mümükündür.  Uçuş 3 saat təşkil edir.

Online Bilet Almaq

Əgər daha  kiçik büdcəylə ən yaxın zamanda səyahət planlayırsınızsa, avtobusla qrup turlarından istifadə edə bilərsiniz. Məsafə nisbətən uzaq olduğu üçün yola 2 gün sərf ediləcəyini də nəzərə almaq lazımdır.

Aşağıdakı cədvəldə hazırki ay və ilin bütün ayları üçün Bakı-İstanbul uçuş cədvəlini hazırladıq.

İstanbulda harada qalmaq olar?

Holiday İnn İstanbul

Istanbulda hər büdcəyə uyğun otel, apartment, hostellər tapmaq mümkündür. Şəhər, yerli əhalinin diliylə desək, iki hissəyə bölünməkdədir. Sultanahmet – köhnə şəhər və Taksim – yeni şəhər. Sultanahmet ətrafında otel qiymətləri daha ucuz olduğu üçün, bu ərazidə rahatlıqla ekonom oteller tapmaq mümkündür. Taksim ətrafı otel qiymətləri isə Sultanahmetlə müqayisədə nisbətən yüksək olmaqdadır.  İstanbulda 1 nəfər üçün hostel qiymətləri 10-15 usd-dən, otel qiymətləri isə 20-25 usd-dən başlayır. Nəzərə almaq lazımdır ki, səyahətinizi 2-3 ay öncədən planlamaqla təyyarə biletində olduğu kimi, otel qiymətlərində də böyük qənaət etmiş olacaqsınız.

İstanbulda gəzməli yerlər?

Fatih, İstanbulun mərkəz hissəsi və əsas turistik bölgəsidir. Ən məşhur turist dairəsi – Sultanahmet, Sofiya Kafedralı, Hipodrom və onlarla digər nadir tarixi abidələr YUNESKO-nun Dünya İrs Siyahısına yazılmışdır. Rayonun ən məhşur məhəllələri Sultanahmet, Eminönu, Aksaray və Lalelidir. Eminonu məhəlləsi qədim muzeyləri, məscidləri və əfsanəvi ədviyyat bazarı olan “Mısır Çarşısı” də daxil olmaqla bir çox bazarları ilə məhşurdur.

Beyoğlu, müasir İstanbulun əsas mədəni, ticarət və əyləncə mərkəzi olan yeni bir şəhərdir. Karaköy, Qalatasaray və Taksim – ən yaxşı mağazalar, sənət qalereyaları, antik mağazalar və qəhvə dükanları ilə turistləri cəlb edir. Bu, təkcə türklər üçün deyil, yəhudi və xristian icmalarının nümayəndələri üçün evə çevrilmiş çoxmillətli bir regiondur. Beyoğlunun gündəlik bir milyondan çoxu ziyarət edir, əksəriyyəti turistlərdir. Rayonun mərkəzi Taksim meydanı, bir çox avtobus terminalı və metro xəttinin dayanacağıdır. Qədimi Qalatasaray qəsəbəsi tarixini Bizans dövründən başlayır və Qalata qülləsi şəhərin simvoluna çevrilmişdir.

Beşiktaş, İstanbulun başqa bir məşhur rayonu da Bosfor boğazının Avropa sahillərində yerləşən prestijli rayonudur. Burada Ortaköy, Sinan Paşa Məscidi, Yıldız və Dolmabahçe Sarayları, Barbaros Meydanı yerləşmişdir. Beşiktaşda bir çox otel var, bunların çoxu lüks həyatı sevənlər üçündür.

Kadıköy, İstanbul’un Asiya hissəsində yerləşən əyləncə və alış-veriş üçün ideal bir yerdir. Brend mağazalar, əyləncə klubları və restoranlar zəngin Türk gəncləri üçün möhtəşəm məkana çevrilmişdir.

İlk olaraq İstanbula gələn hər bir turist dərhal 2 tarixi və dini abidəsi olan məşhur meydana düşür. Əlbəttə ki, bunlar, Sultan Ahmet Camii və Aya Sofyadır. İstanbul insana min illiklərə dayanan tarix hiss elətdirir.

Aya Sofya Məbədi

Aya Sofya İstanbul

Min il boyunca bütün xristian dünyasının müqəddəs kilsəsi olmuş, 1453-cü ildə Osmanlı türkləri tərəfindən Konstantinopolisi (indiki İstanbul) fəth edildikdən sonra məscidə çevrilmişdir. O vaxtdan bəri məbəddə minarələr, mozaika və ərəbcə yazılmış panellər qalıqları qorunub saxlanılır. Hal hazırda məbəd muzey kimi fəaliyyət göstərməkdədir.

Sultanəhməd Məscidi

Sultanahmed Məscidi İstanbul

Aya Sofyanın qarşısındakı Sultan Məscidi (Göy məscid) Türkiyənin ən əhəmiyyətli məscidi sayılır. Bu gözəlliyə çöldən baxmaq kifayət deyil. Əsl sehr içəridədir. Səma rəngli divarları olan Sultanahmet Məscidinin böyük zalı xüsusi şəkildə yerləşdirilmiş 260 pəncərədən keçən günəş işığı ilə işıqlanır.

Topkapı Sarayı

Topkapı Sarayı İstanbul

İstanbulda olarkən görməli olduğunuz tarixi məkanlardandır. Uzun müddət Osmanlı imperiyasının inzibati mərkəzi və hökmdarların əsas iqamətgahı olan saray bugünədək tarixin izini özündə qoruyub saxlaya bilmişdir.

Kız Kulesi

Kız Kulesi İstanbul

2500 illik tarixi ilə İstanbulun simvolu olan gözəl qala. Yaşının çox olmasına baxmayaraq tarixin izini və gözəlliyini bugünədək qoruyan Kız Kulesi hər gün qapılarını gözəlliyini yaxından görmək istəyənlərin üzünə açır. Ziyarətçilər tarixi gəzməklə yanaşı, buradakı restoranda ləziz yeməklər yeyə bilərlər.

Qalanı ziyarət böyüklər üçün adambaşı 25 TL.
Qalaya nəqliyyat:

  • Salacak / Üsküdar – Kızkulesi: 09:15-18:30 arası hər 15 dəq. bir
  • Kabataş / Kızkulesi: Hafta sonu 10:00-18:00 saatleri arası hər saat başı.

İstanbulda nə yeməli?

İstanbulda nə yeməli?

Türk mətbəxi olduqca zəngin və məşhurdur. Məşhur olmasına baxmayaraq kifayət qədər sərfəli qiymətə səhər yeməyi və ya nahar edə bilərsiniz. Əgər bu sizin İstanbula ilk səfərinzdirsə köfte-ekmek, adana dürüm, midye, ıslak hamburger, kuru fasülye, çiğ köfte, balıq ekmek kimi məşhur yeməkləri dada bilərsiniz. Bu kimi bir çox orta təbəqə kafe və restoranlarda 2 nəfərlik yemək və içəcək 50 TL civarı tutur.

Eyni zamanda Eminönü sahildə balıq restoranlarını da mütləq ziyarət edin.

Ümid edirəm İstanbul haqqında sizə kifayət qədər məlumat verə bildim. Bu məqaləni dostlarınızla sosial şəbəkələrdə paylaşsanız şad olarıq. Növbəti məqalələrdə görüşənədək

Açar sözlər: İstanbulda gəzməli yerlər, İstanbulda kirayə evlər, İstanbulda Otellər, İstanbulda görməli yerlər, İstanbulda ucuz otellər, İstanbulda otellərin qiymətləri

Paylaş
Müəllif: