Granit AS çoxməqsədli şirkət olaraq, odlar yurdu Azərbaycanın yerli turizminin inkişafı və xarici turistlərin diqqətini cəlb etmək istiqamətli saytını sizə təqdim edir.
www.tourtoazerbaijan.com linkindən istifadə edərək Azərbaycana gəlmək ilə əlaqəli xidmətlərimiz ilə tanış ola bilərsiniz. Granit AS tur-operator sahəsində illərdir malik olduğu təcrübə ilə ölkənin birinci və lider tur-operatorlarından biridir.
Bu gün Azərbaycan turizm bazarında Sovet irsində müasirləşdirilmiş və müasir təchizatlarla təmin olunmuş şəkildə təmsil olunur. Zəngin tarixi miras, iqlim müxtəliflikləri, ecazkar təbiət, dəniz sahili yerləşmə, yerdən fəvvarə vuran termal bulaqlar – bir sözlə Tanrı bu regionda turizm sənayesinin inkişafı üçün bütün tələb olunanları bəxş etmişdir. Ən məşhur turlar: görməli yerlərə gəzintilər, çimərlik və tibbi turlardır. 10 ildir ki, ölkə turizm sahəsində fəal olaraq inkişaf edir.
Azərbaycanda ən məşhur tur növü ecazkar ölkənin bütün görməli yerləri ilə tanışlıq məqsədlidir. Ən məşhur məkanlar Şamaxı, İsmayıllı, Bakı, Şəki, Qax, Quba, Yardımlıdır. Turlar “Bakıda həftəsonu” turundan doqquz gecəlik “Azərbaycanda İpək Yolu” turuna qədər müddət və proqrama görə dəyişikliyə malikdir. Tərkibindən asılı olaraq turlar, ziyarət, şərab, xalça (Qubaya – xalça toxuma mərkəzinə səfər) və ya mədəni və tarixi ola bilər. Maraqlı tur təkliflərindən biri Azərbaycanın ən gözəl yeddi şəhərinin gəzildiyi “7 Gözəl” turudur.
Ölkə uzun müddət mineral bulaqları ilə məşhur olmuşdur. Masallı, Qusar, Naftalan, Bakı və Gəncədə olan tibbi turlar mineral bulaq suyu ilə, Naftalan nefti ilə, duz mağaralarında qalmaq ilə, SPA və yerli təbiətin heyranedici gözəllikləri ilə təmin edilir.
Azərbaycan açıq hava fəaliyyətlərini sevənləri, dayvinq, xizəklə sürüşmək və təbii cığırlarda gəzinti imkanları ilə gözləyir.