Sevgililər Günü üçün ən bahalı və ən ucuz 10 şəhər

Sevgililər Günü üçün ən bahalı və ən ucuz 10 şəhər

Sevgililər gününü özəl olaraq sevgiliniz ilə birlikdə qeyd etmək üçün dünyanın istənilən şəhərinə Granit AS Travel ilə səyahət edə bilərsiniz. Ancaq biz sizə sevgiliniz ilə gedə biləcəyiniz adi şəhərləri yox dünyanın ən bahalı və ən ucuz (sevgililər günü üçün) şəhərlərini tapmışıq.

Sevgililər günü

Venesiya

Düşündük və ədalətli olması üçün siyahımızı Venesiya, İtaliya ilə başlamağa qərar verdik. Sevgililər Günü üçün romantik yürüşlər, körpülər içində və səssiz Gondola kanallarında gəzinti hər cütün xəyalıdır. Təəssüf ki, xəyalların şəhəri çox bahalıdır. Romantik bir gala yeməyinin təqribən 200 azn olmasına baxmayaraq, cazibədar bir otelin qiyməti təqribən 400 azn təşkil edə bilər. Bir turist tələsi olan dəniz məhsulları restoranlarından sizi mütləq xəbərdar etmək istəyirik. Çiçək dükanlarından isə danışmasaq yaxşıdır.

Sevgililər günü

Melburn

Avstraliyanın bu gözəl şəhəri həmişə dünyanın ən bahalı şəhərlərindən biri olmuşdur. Əvvəldən qeyd edək ki, Melburnda sevgililər günü keçirmək sizə bir az baha başa gələ bilər. Melburn otellərində qalmaq bir gecəsi 250 – 350 azn -ə başa gələcək. Üzüm bağlarına gedərkən romantik bir yemək isə ən az 250 azn olacaq deyə bilərik. Gözəl Yarra Vadisi üzərindəki isti hava balonundan istifadə isə sizə minimum 500 azn – ə başa gələcək. Melburn 2019 cu ildə sevgililər günü üçün ən yaxşı yerlərdən biridir.

Sevgililər günü

Surix

Hollivud filmlərinin romantik paytaxtı olan İsveçrə çox  güman ki, hər birinizin siyahısında var. Surix və onun ətrafı əraziləri sadəcə fantastikdir, həmçinin də qiymətləri. İsveçrəyə gedib sevgililər günü qeyd edib sevgilinizə İsveç şokoladı hədiyyə etməsəniz olkəyə küsülü qayıda bilərsiniz. Bir parça şokoladın qiyməti isə təqribən 150 azn olacaq. Surix həmçinin də özünün spaları ilə məşhurdur hansı ki, bir cütlüyün bir səfərlik spa qiyməti təqribən 900 azn təşkil edəcək.

Sevgililər günü

Nyu – York

Yüzlərlə mədəniyyətin bir – biri ilə iç- içə yaşadığı Nyu-york özünün möhtəşəm göydələnləri və bunların arasında yerləşən dar küçələri ilə hər kəsin sevimlisidir. Bahalı olması ilə bizim siyahımızda yer alan şəhərlərdən biridir. Əgər siz Hundson çayında bir saatlıq kruz turu istəsəniz bu təqribən adambaşına 250 azn tutacaq. Romantik şam işığında yemək Nyu – Yorkda 250 – 300 azn təşkil edir.

Sevgililər günü

Paris

Romantik işıqlar şəhəri həmişə özünün ən romantik şəhər olma pozisiyasını qoruyub saxlayacaq. Siene çayında kruz turu Nyu Yorkdakı ilə müqayisə olunacaq qədər deyil ancaq yenə də digərlərinə nisbətən bahalıdır. Ətrafdakı sakit su kütləsinin yaratdığı romantic mənzərə əsl acıq hava gəzintisi üçündür. 3 saatlıq Eyfel mənzərəsində kruz turu təqribən 600 azn təşkil edir.Dünyanın ən məşhur yerlərindən olan Moulin Rouge da axşam yeməyinin qiyməti isə 400 azn təşkil edəcək. Sevgililər günündə Parisdə bir gəcə qalmaq isə cibinizdən 1000 azn ətrafında bir məbləğ əksildəcək.

Sevgililər günü

Sevgililər günü gəzintisi üçün gedə biləcəyiniz ən ucuz şəhərlər

Banqalor

Kafe və restoranları ilə məşhur olan Banqalor şəhərinə həm də silikon şəhəri deyirlər. Məsələ sevgililər gününü qeyd etmək olanda şəhər sizə böyük seçim təklif edir. Ən məşhur restoranların birində şam işığında yemək beş fərqli çeşit üçün 100 azn etrafı bir məbləğ tutacaq. Bununla qalmayıb hava şarı ilə şəhərin üstündə bir tur gəzmək 70 azn təşkil edir. İki nəfər üçün şəhərin ən mötəşəm yerlərində spa təqribən 250 azn təşkil edəcək.

Sevgililər günü

Pxuket

Sakitlik, təbiət qoynunda dincəlmək istəyənlər üçün Pxuket ən sərfəli yerlərdən biridir. Özünün əvəzolunmaz çinərlikləri və müxtəlif atraksionları ilə Pxuket özünü 2019 – cu il üçün ən yaxşı sevgililər günü qeyd edəcək şəhərlərdən biri edir. Dəniz kənarında bir axşam yeməyinin qiyməti 100 azn təşkil edir. Pxuketin əvəzolunmaz ətraf mühitində spa mütləq etməli olduğunuz işlərdəndir. Bir nəfer üçü iki saatlıq sessiyanın qiyməti isə təqribən 200 azn edir. Cütlüklər səyahətləri müddətində dəniz turuna da cıxa bilərlər. Talang yolunda romantik bir gəzinti sizə tarixin gözəlliklərini hiss etdirəcək.

Sevgililər günü

Afina

Dünyanın dörd bir tərəfindən turistləri özünə çəkən Afina möhtəşəm mənzərəsi, iqlimi və landşaftı ilə bütün dünyada məşhurdur. Altı növ yeməyin bir yerdə olduğu göz oxşuyan Akropolis mənzərəsinə acılan panoramic restoranlarda romantic axşam yeməyi sizə sadəcə 200 azn – ə başa gələcək. Narahat olmayın əgər romantic axşam yeməyi sizin büdcənizə uyğun deyilsə onda Afinada sizi pulsuz edə biləcəyiniz atraksionlar gözləyir. Tarixin bizə qoyub getdiyi qədim küçələrdə gəzmək sizə Afinanın bütün qədimliyini hiss etdirəcək.

Sevgililər günü

Praqa

Avropaya maraqlı bir səyahət etmək arzusunda olanlar üçün Praqa ən yaxşı seçimlərdən biridir. Çarles körpüsü və Praqa qalasının mənzərəsində romantic axşam yeməyi üçün təqribən 180 azn – ə ehtiyacınız olacaq. Şəhərin qədim tarixi abidələri arasında uzanan ensiz küçələrdə gəzməklə siz tarixi hiss edəcək və dərdlərinizi unudacaqsınız. Praqanın ən gözəl hədiyyələrindən olan garnet cəvahiratları təqribən 100 azn ə başa gələcək. Praqaya gedib tarix muzeylərini ziyarət etmədən və ən əsası sevgiliniz ilə öz sevgilinizi Çarles körpüsünə qıfıllamadan gəlməyin.

Sevgililər günü

Bali

Sevgililər günü qeyd etmək üçün Bali ən gözəl şəhərlərdən biridir. İstədiyiniz, gecə klublarından romantic yeməklərə qədər hər şeyə Balidə sahib ola bilərsiniz. Günəşin batışı ilə dənizin evəzsiz mənzərəsində romatik yemək umumilikdə təqribən 100 azn kimi bir məbləğə başa gəlir. Spalar isə yeməklə demək olar eyni qiymətə başa gəlir.

Sevgililər günü
Müəllif: