fbpx

Şeyx Cüneyd Türbəsi | Həzrə Kəndi Qusar

“Şeyx Cüneyd türbəsi”, Həzrə kəndi, Qusar

Tarix

1456-cı ildə Şirvanşahlarla Samur çayı yaxınlığında baş vermiş döyüşdə öldürülən Şeyx Cüneyd tərəfdaşları tərəfindən Həzrə kəndində dəfn edilir. Səfəvilərin tam hakimiyyəti qurulduqdan sonra mövcud versiyaya görə 1544-cü ildə Şah Təhmasib ulu babasının sümüklərini buradan çıxarıb Ərdəbilə aparır, məzarın yerində isə türbə inşa etdirir.

Türbənin vəziyyəti:

Çox səfalı Həzrə kəndində və qəşəng memari rənglərlə inşa edilmiş türbə sonuncu dəfə 2007-ci ildə bərpa edilmişdir. Hazırda pəncərələrin şüşələri dağılmış, tavandan da daşlar və giı tökülməkdədir.

Vərəqləyərəq daxili interyer fotolarını və videosunu görə bilərsiniz.

Türbə həyətində qədim məzarlıq var. Ciddi araşdırılmasına ehtiyac var.

Həzrə kəndindən Samur çayı və qarşıda Dağıstan kəndləri görünür. Burada antik dövrə aid böyük kurqan da var. Elə türbə ilə üzbəüzdür. Lakin onun üzərində elektrik şitləri quraşdırılıb və beləliklə, kurqanın öyrənilməsi tarixə dəfn edilib.

İradə Qədirova ©

Paylaş
Müəllif: