fbpx

Sinqapur

Sinqapur

Sinqapur bir böyük ada və ona bağlı olan təxminən 63 adadan ibarətdir. Onların bir çoxu kimsəsiz adalardır. Bu şəhər təbii gözəllikləri, gecə həyatı , festivalları və ticarət mərkəzləri ilə turistləri cəlb edir. Sinqapur eyni zamanda həm şəhər, həm paytaxt, həm də dövlətdir. Sinqapur adı əsasını malay dilindəki “sinq” (aslan) və sankrit dilindən “pur” (şəhər) sözlərindən götürülub, “Lion City” yəni “Aslan şəhəri kimi tərcümə olunmaqdadır. Şəhərin rəmzi şir başlı balıq Merliondur. Hər sentyabr bu əfsanəvi heyvanın şərəfinə bayram təşkil olunur. Bu ölkənin milli dili malayziya dili hesab edilir. Lakin Sinqapurda dörd rəsmi dil mövcuddur. Bunlar ingilis, çin, tamilya və malayziya dilləridir. Məhkəmə sisteminin və qanunvericiliyinin sayəsində Sinqapur dünyanın ən təhlükəsiz və qanunlara riayət olunan ölkəsi sayılır. Bu ölkədə cinayətlərin səviyyəsi isə dünyada ən aşağı göstəricidir. Şəhərin hər bir məhəlləsində həm səhər, həm də gecə rahat gəzmək olar.

Bu ölkəni yüksək cərimələr və sərt qanunlar tətbiq olunduğu üçün zarafatla «Fine city» də adlandırırlar.

Sinqapurda həqiqətən də çoxlu cərimələr var. Məsələn, yerə tüpürdükləri üçün, ictimai yerlərdə siqaret çəkdikləri üçün, zibili küçəyə atdıqları üçün, nəqliyyatda yemək yedikləri üçün insanları 500 sinqapur dollarından (400 USD) başlayan qiymətlərlə cərimələr gözləyir.

Sinqapurun milli gülü, Vanda Miss Joaquim adlı orxideya hesab olunur. Bu gül uzun ömürlülüyü və il boyu çiçəklənməyi sayəsində sinqapurluların rəmzinə çevrilib. Valyuta olaraq Sinqapur dolları istifadə olunur.

Sinqapurda, tropik iqlim hökm sürür. İstilik və rütubət yüksək, yağıntı isə çoxdur. Ekvatorun şimalında yerləşdiyi üçün hava istiliyi xüsusilə yay aylarında artır. Bu səbəbdən noyabr-mart ayları arası yağıntılı keçir. Bu şəhəri hər fəsildə ziyarət etmək olar. Lakin istirahət üçün ideal vaxt may və iyul ayları arasındadır.

Sinqapura necə getmək olar?

Sinqapur

Bakıdan Sinqapura olan uçuşlar 2 və bəzən 3 ölkə üzərindən tranzit uçuşlar vasitəsi  ilə həyata keçirilir. Uçuş yerdəyişmələrin sayından asılı olaraq, 17 saata qədər davam edə bilər. Havalimanında şəhər mərkəzinə öncədən transfer rezerv edə və ya sərfəli qiymətlə taksi xidmətindən istifadə edə bilərsiniz.

Online bilet almaq

Viza prosesi

Viza prosesi online şəkildə icra edilir. Viza 3-5 iş günü ərzində hazır olur. Sinqapura viza dəstəyi üçün bizə müraciət edə bilərsiniz.

Sinqapur – ən ucuz aviabiletlər (Gediş-dönüş)

[tp_cheapest_flights_shortcodes origin=BAK destination=SIN title=”” paginate=true off_title=true subid=”” currency=”AZN”]

Sinqapurda harada qalmaq olar?

Sinqapur

Sinqapura getməzdən əvvəl bu şəhərin bölgələrini yaxşı araşdırmaq, səyahət etməyinizi və otel tapmağınızı asanlaşdıracaqdır. Bundan əlavə, qalacağınız ərazi, ziyarət və ya alış-veriş edəcəyiniz yerlərə yaxın olmalıdır. Bloqumuzda sizə az da olsa, Singapurun ən maraqlı  bölgələri və qala biləcəyiniz otellər haqqında məlumat verməyə çalışacayıq. Beləliklə sizin üçün ən uyğun olanı seçib bölgədəki otellərdən birini sifariş edə bilərsiniz.

1. Orchard Yolu və Botanika Bağları Bölgəsi

Sinqapurun əsas alış-veriş sahəsi olan, Orchard Road, ticarət mərkəzləri, mağaza və butiklərlə örtülmüş olan Colonial District-dən qərbdə yerləşib, 2 km ərazini əhatə edir. Dünyanın məşhur mağazalarının olduğu yol həmişə canlıdır. Bölgədəki beş və dörd ulduzlu otellərin yanında sənət qalereyalarının bolluğu diqqət çəkir. Orange Grove Rd-dən Shangri-La Hotelə qədər uzanan Orchard Road, bağları, gölləri və dünyanın ən böyük tropik bölgələri ilə məşhur olan, şəhərin ən böyük yaşıl sahələrindən biri olan Sinqapur Botanika Bağlarına qədər çatır. Bu iki bölgənin ətrafı yaşayış üçün ən uyğun yerlərdir.

Orchard ətrafındakı oteller

2. Colonial District Sinqapur

Cənubda Sinqapur çayı, şərqdə Marina Körfəzi, qərbdə Orchard Road və şimalda Little India (Little India) ilə əhatə olunmuş müstəmləkə ərazisi, tarixi və müasir ofis binaları ilə əhatə olunmuşdur. Bölgəni üç sözlə ümumiləşdirmək mümkündür: binalar, otellər və ticarət mərkəzləri. Şəhərin ən vacib muzeyləri və qalereyaları burada bir-birindən bir neçə blok məsafədə yerləşir.

Bölgənin ən yaxşı otelləri:

3. Marina Bay ve the Quays Bölgələri

Marina Bay, şəhərin ən gözə çarpan arxitekturasına malikdir və Sinqapurun möhtəşəm mənzərələrini təqdim edir. Bölgədəki Iconic Marina Bay Sands oteli, həmçinin, alış-veriş, yemək və teatr kompleksidir. Sinqapur çayı Anderson körpüsündən qərbə doğru uzanır və bir vaxtlar Sinqapur limanının ən işlək hissəsi olan Boat Quay-a giriş imkanı verir. Hal-hazırda ziyarət etmək üçün əla bir yer olmaqla yanaşı, bar və restoranları ilə də məşhurdur. Clarke Quay, Sinqapurun gecə həyatının mərkəzidir. Şəhərə ilk dəfə gedənlər və Sinqapurda harada qalacağınızı soruşanlar üçün ideal bir ərazidir.

Bölgənin ən yaxşı otelləri:

4. Chinatown ve Central Business District (CBD)

The City kimi də bilinən CBD (Mərkəzi İş Bölgəsi), göydələnləri və ofis binaları ilə seçilir. Sinqapurun əsas ticarət və maliyyə mərkəzində Raffles Place kimi tanınan məşhur meydan hakimdir. Bölgədə çox sayda restoranlar vardır. Chinatown Çin mağazaları ilə doludur, alış-veriş üçün ideal və mütləq görülməli bir bölgədir. Uyğun otellər daha çox bu bölgədə yerləşir. Hədiyyəlik suvenirlər üçün ziyarət edilə bilər. Eyni zamanda, gecə həyatı üçün də əla seçimdir!

Bölgənin ən yaxşı otelləri:

Sinqapurda gəzməli yerlər?

1. Merlion Heykəli

Sinqapur Merlion Heykəli

Sinqapurda səyahət etməli olduğunuz yerlər arasında ilk yer, şəhərin simvolu olan Merlion Heykəlidir. 8,6 metr uzunluğunda yarım aslan şəkli heykəl Sinqapurun simvolu hesab olunur. 70 tonluq heykəlin ilk dəfə gördüyünüz zaman bir az məyusluqla qarşılaşa bilərsən, ancaq Sinqapurun simvolu qarşısında bir şəkil çəkmədən şəhərdən çıxmağı düşünmürsən. Üstəlik, arxa plan Sinqapurun başqa bir simvolu olan Marina Bay Sands Oteldir və bu ikiqat binalarla gözəl fonda şəkillər əldə edə bilərsiniz. Raffles Place metro dayanacağından,  5-10 dəqiqəlik bir yürüyüş edərək əraziyə gələ bilərsiniz.

2. Sentosa Adası

Sinqapur Sentosa Adası

İmkan və vaxt məhdudiyyətiniz yoxdursa, bu adada bir neçə gün istirahət edə bilərsiniz. Sentosa adasında; Siz Universal Studios əyləncə parkı, Madina Tussauds Wax muzeyi, iFly Sinqapur uçuş simulyatoru, Tiger Sky Tower, MegaZip Adventure Parkı, Wave House adına sörf hovuzu və Trick Göz Muzeyi adlı qeyri-adi bir muzey kimi əyləncədolu yerləri görə bilərsiniz. Dəniz kənarında istirahət üçün isə, Siloso Beach gedə bilərsiniz.

3. Gardens by the Bay Sinqapur

Gardens by the Bay Sinqapur

Sinqapurun çox tanınmış bir başqa nöqtəsi də “Gardens by the Bay” adlanan, 101 hektarlıq bir ərazidə salınmış süni təbiət parkıdır. İçərisində, Dünyanın ən yüksək texnogen şəlaləsi və 3 mərtəbədən ibarət olub, ağıla gələ biləcək hər bitki növünün yetişdirildiyi Cloud Mountain’ə ev sahibliyi edən Cloud Forest; hamısı süni, lakin bitkilərə kölgə salmaq üçün hazırlanmış möhtəşəm Supertrees olaraq adlandırılan ağaclar  və 2015-ci ildə Guinness Dünya Rekordları Kitabına daxil olan nəhəng şüşə istixana Flower Dome yerləşir. Siz yaşıl rəngin hər tonunu məhz burada tapa bilərsiniz.

Забронировать экскурсию

4. Botanika və Orxideya Bağları

Sinqapur Botanika və Orxideya Bağları

Sinqapur haqqında məlumat bazamıza əlavə ediləcək ən vacib qeydlərdən biri, 1859-cu ildə ölkədə yaradılan Sinqapur Botanika Bağlarının, 2015-ci ildən bəri UNESCO tərəfindən qorunmasıdır. Sinqapurda gəzəcəyiniz yerlər siyahısının başında götürə biləcəyiniz bağların ən populyar hissəsi minlərlə orxideya növünə ev sahibliyi edən Milli Orxideya Bağçasıdır. Bu məkan, şəhərin səs-küyündən qaçmaq və başlarını dinləmək istəyənlər üçün ideal bir yerdir.

5. Sinqapur Zooparkı

Sinqapur Zooparkı

Sinqapur zooparkı dünyanın ən gözəl zooparklarından biri hesab edilir. Burada heyvanlar qəfəslərdə olmurlar, zooparkın ərazisində sərbəst şəkildə gəzirlər. 1973-cü ildə açılan və 28 hektardan çox sahəyə malik olan Sinqapur Zoo, hər il təxminən 315 heyvan növü 1.7 milyon qonaq tərəfindən ziyarət edilir.

6. Universal Studios Sinqapur

Universal Studios Sinqapur

Sentosa adasında yerləşən Universal Studios, Sinqapurda yerləşən ən sevimli yerlərdən biridir. Universal Studios haqqında bilməyənlər üçün onu qeyd edim ki, bura film temalı əyləncə parkıdır. Parkdakı fərq, parkın məşhur filmlərin mövzusu ilə bir neçə hissəyə sahib olmasıdır. Siz burada “Transformers”, “Madagaskar” kimi bir çox film və animasiyalar bölümünə rast gələ bilərsiniz.

7. Clarke Quay

Clarke Quay Sinqapur

Clarke Quay, Sinqapur gecə həyatının ən əhəmiyyətli nöqtəsidir. Sinqapur çayının sahillərində yerləşən bu yerdə bir çox restoran və gecə klubları var. Bir əyləncəli və yorucu günün sonunda yemək  yemək istəsəniz, hava qaralanandan sonra Clarke Quay yolunu ala bilərsiniz.

8. Arab Quarter (Haji Lane)

Arab Quarter Sinqapur

Sinqapur fərqli xalqların sülh içində yaşadığı gözəl bir ölkədir. Ölkə daxilində bu müxtəlif mədəniyyətlərə aid müxtəlif küçə və məhəllələr var. Bizim mədəniyyətimizə ən yaxın yer olan Ərəb Məhəlləsində, Sultan Məscidi yerləşir. Çox gözəl bir arxitektura malik olan binanın tarixi 19-cu əsrin əvvəllərinə aiddir.

9. Little İndia

Little India Sinqapur

Sinqapurun  kiçik Hindistanı, “Little India” siyahımızdakı başqa bir mədəniyyət yeridir. Sinqapurda çox sayda Hind əhalisi var və hindistanlılar çox yerlərdə, eləcə də burada öz regionlarını yaradıblar. Sinqapurun ən önəmli xüsusiyyətlərindən biri də bu ölkədə yaşayan etnik qruplara bərabər hüquqların təmin edilməsidir. Sri Veeramakaliamman adlanan məşhur hind məbədinə də siz bu ərzidə rast gələ bilərsiniz.

Sinqapurda Ekskursiyalar

Sinqapurda nə yeməli?

Sinqapurda nə yeməli?

Bir çox dünyaca məşhur aşpazın Sinqapurda restoranları vardır. Burada yemək və içmək o qədər də ucuz sayılmır. Ancaq xalqın çöldə yemək vərdişi çox yüksəkdir. Küçə ləzzətlərinin satıldığı qida bazarları daha sərfəlidir, həmçinin burada ləzzətli yeməklər yemək mümkündür.

Sinqapur mətbəxinin ən vacib ləzzətlərindən biri, bol zəncəfil ətirli ədviyyatlarla bişmiş ədviyyatlı xərçəng olan ‘Chili Crab’ dır. Bu xüsusi yeməyi demək olar ki, hər qida bazarında və restoranlarda dadmaq mümkündür.

Digər bir Sinqapur ləzzəti toyuq və düyünün Uzaq Şərq versiyası olan ‘Wee Nam Kee’ adlı yeməkdir. Qaynadılmış düyü və qaynadılmış toyuq ilə təqdim olunur. Fərq yalnız toyuğun bol ədviyyat və zəncəfil ilə qaynadılmasıdır. Bu yemək xüsusilə öz mətbəximizə yaxın olan ləzzət axtaranlar üçün idealdır.

Əgər fərqlilik axtarışındasınızsa, dəniz məhsulları ilə zəngin olan bu şəhərdə damaq zövqünüzə uyğun bir çox yeməklərə rast gələcəksiniz.

Ümid edirəm Sinqapur haqqında sizə az da olsa faydalı məlumat verə bildim. Məqaləmi sosial şəbəkələrdə paylaşsanız şad olaram. Növbəti məqalələrdə görüşənədək.

Açar sözlər: sinqapurda gezmeli yerlər,  sinqapurda oteller, sinqapur gormeli yerler, ucuz oteller, sinqapurda otellerin qiymetleri

Paylaş
Müəllif: