Tbilisi – Gürcüstanın paytaxtı, ən böyük şəhəri, eyni zamanda Gürcüstanda mədəniyyətin, incəsənətin və elmin mərkəzi sayılan şəhərdir. Azərbaycanda bu şəhər bəzi mənbələrdə Tiflis kimi qeydə alınıb. Şəhər 1500 illik yubileyini çoxdan qeyd etsə də, ürəyi hələ də gəncdir. Gürcü dilində bu ad “İsti Bahar” mənasını verir və həqiqətən də qonaqlarını səmimiyyətlə qarşılayır. Gürcüstanın hər yeri gözəldir lakin bu ölkəyə ilk dəfədir gəlirsinizsə, düşünürəm ziyarətinizi paytaxtdan başlamalısınız.
Tbilisi – demək olar ki, bütün il boyu mülayim iqlimə malik olur. Şəhər bu fürsətdən istifadə edib, turistlərə zəngin mətbəxini və böyük əyləncə seçimini sunur.
Tbilisiyə necə getmək olar?
Hazırki bloqumuzda biz sizə Bakıdan Tbilisyə getməyin yollarını izah edəcəyik. Qeyd edim ki, Azərbaycanla Gürcüstan arasında viza yoxdur. Gürcüstana vizasız səyahət etmək mümkündür.
Tbilisiyə necə getmək olar? – Bu şəhərə ən ucuz transport vasitəsi nəqliyyat yolu ilədir. Bunlardan ən populyarı fərdi taksi xidmətidir. Bakı Avtovağzalın qarşısından qiymət 1 nəfər üçün 20-30 AZN civarındadır. Dövrümüzdə onlayn xidmətin inkişaf etdiyini nəzərə alaraq, yol maşını ilə səyahət etməyin ən asan yollarından biri də BlaBlaCar tətbiqidir. Bu tətbiq ilə səyahətinizi öncədən planlaya bilərsiniz. Tbilisiyə əvvəlcədən getməyi planlayan yol maşını ilə birgə səyahət etməniz mümkündür.
Avtobus ilə Tbilisiyə səyahət 9-10 saat çəksə də, taksiyə nisbətən ucuz və daha təhlükəsizdir. Avtobuslar hər gün Bakı vaxtı ilə saat 21:00, 23:00 və 00:45 də yola düşürlər. Biletləri avtovağzaldan birbaşa əldə etmək mümkündür. Biletin qiyməti 10-15 AZN arasında dəyişir.
Tbilisiyə getməyin ikinci ucuz yolu isə Qatar ilədir. Bu yol ən təhlükəsiz yol hesab olunub, bir nəfərin qiyməti 25-35 AZN arasında dəyişir. Hər gün qatar təxmini 21:00 – da yolda düşür və Tbilisiyə 10:30 da çatır. Biletləri Dəmir Yol Vağzalından və Dəmir Yolu Vağzalının vebsaytından onlayn şəkildə əldə etmək mümkündür.
Bakıdan Tbilisiyə getməyin ən sürətli yolu isə təyyarə vasitəsi ilədir. Azərbaycan Hava Yollarına məxsus Buta Hava Yolları bu uçuşları həyata keçirir. Uçuş təxmini 1 saat davam edir. Tbilisiyə aviabiletləri Buta Hava Yollarının rəsmi vebsaytından əldə edə bilərsiniz. Eyni zamanda Tbilisiyə və dünyanın istənilən ölkəsinə ən ucuz biletlər burada.
Aşağıdakı cədvəldə hazırki ay və ilin bütün ayları üçün Bakı-Tbilisi uçuş cədvəlini hazırladıq.
Tbilisidə harada qalmaq olar?
Yuxarıdakı başlıqlarda Tbilisiyə necə gedə bilərik deyə yazılar yazdım. Bəs Tbilisidə harada qalmaq olar? Hər bir şəhərdə olduğu kimi, bu şəhərdə də bütün siniflər üçün yerləşmə növü mövcuddur. Siz burada qalmaq üçün asanlıqla ekonom, orta və lyuks tipli otellər, evlər, villalar tapa bilərsiniz. Bunun üçün turizm şirkətlərindən və onlayn platformalardan istifadə edə bilərsiniz.
Əgər siz ekonom səyahət etməyi düşünürsünüzsə Tbilisidə Hosteldə və yaxud ekonom günlük kirayə evlər bron edə bilərsiniz. Hostellərin günlük qiyməti 5-10 USD – dən, evlərin isə 10-15 USD – dən başlayır. Hostel rezervasiyası üçün dünyanın ən məşhur sistemlərindən biri olan Hostelworld vebsaytını məsləhət görərdim. Evlərin kirayəsi üçün isə Airbnb – dən istifadə edə bilərsiniz.
Ümumiyyətlə Tbilisidə bahalı otellər Azadlıq meydanı və Opera Teatrı yaxınlığında yerləşir. Dörd ulduzlu otellərin qiyməti 1 nəfər üçün 15-20 USD – dən, Beş ulduzlu otellərin qiyməti isə 1 nəfər üçün 35 USD – dən başlayır. Nəzərə alın ki, qiymətlərə əks hallarda yalnız Bed and Breakfast yəni ancaq səhər yeməyi daxil olur. Onlayn platformada rezervasiya etdikdə hər zaman diqqətli olmağınız vacibdir. Rezervasiyada “Non Refundable” qeyd olunubsa, bu o deməkdir ki, rezervasiya olduqdan sonra artıq nə rezervasiyanı ləğv edə bilərsiniz nə də tarixi dəyişdirə bilərsiniz. Ona görə də həmişə Non Refundable olan otaqların qiyməti ucuz olur. Yaxşı olardı ki, dəqiq planladığınız səyahət üçün otağınızı Non Refundable seçəsiniz. Ən ucuz otelləri buradan rezervasiya edə bilərsiniz.
Tbilisidə gəzməli yerlər?
Tbilisi kiçik şəhər olsa da, burada gəzməli yerlər kifayət qədərdir. Bu da şəhərin qədimiliyinə dayanır. Gəlin indi Tbilisidə gəzməli və görməli yerləri bir yerdə nəzərdən keçirək.
Köhnə Şəhər Tbilisi
Əgər siz Tbilisiyə ilk dəfə səyahət edirsinizsə, mən sizə bu qədim şəhərin elə qədim küçələrindən başlamağı məsləhət görərdim. Burada hər qədim tikilinin öz maraqlı tarixçəsi var. Bu küçələri saatlarla gəzməkdən doymaq olmur ki, olmur.
Narikala Qalası
Mtatsminda dağının üstündə yerləşən Narikala Qalası şəhərin ən görməli yerlərindən biri sayılır. Tbilisiyə səyahət edən turistlər bu qədim qalanı ziyarət etməyi özlərinə adətən bir Turist vəzifəsi hesab edir. Buranı nəinki turistlər hətta Gürcü əhalisi də tez-tez ziyarət edirlər. Narikala Qalası Tbilisinin ən ecazkar tarixi abidəsi sayılır. Dağın zirvəsindən şəhərə gözəl mənzərə açılır. Bu mənzərəni gözlərinizlə görməyi sizə şiddətlə tövsiyyə edirəm.
Botanika Bağı
Botanika Bağı – və ya Dendrari parkı. Şəhərin mərkəzində yerləşən bu bağ öz mötəşəmliyi ilə paytaxta gözəllik qatır. Çox əvvəllər bu parka Şah Bağı da deyirdilər. Sovet dövrünün ən gözəl parklarından sayılan bu parkın qədimiliyi 1845-ci ilə qədər uzanır. Parkda 3000-dən artıq bitki mövcuddur. Parka şəlalələr də bir ayrı gözəllik qatır.
Kükürdlü Hamam
Narikaladan aşağı hissədə Abantubanidə Tbilisi Hamamı yerləşir. Bu hamama səfər edərkən xarici turistlər adətən şərq yuyunma ənənəsi ilə tanış olurlar. Kükürdlü hamamlara getmək turist proqramlarının mütləq bəndidir. Siz burada termal bulaqların suyu ilə dolu hovuzda uzanmaqla bərabər, yorğunluğunuzu alacaq massaj da sifariş edə bilərsiniz. Qiymətlər elə də baha deyil. Xidmətlərdən asılı olaraq 2-10 USD arasında dəyişir.
Kanat Yolu
Tbilisi Kanat Yolu – Şəhərin ən əlamətdar atraksionu kimi qəbul edilir. Eyni zamanda rahat nəqliyyatdır, sürətli və ən əsası tıxacsız. Kanatdan istifadə etmək üçün 1 lari ödəməlisiniz.
Metexi Məbədi
Metexi Məbədi – Tbilisiyə gəlsəniz orta əsr memarlığının bu gözəl nümunəsini görə bilərsiniz. Gürcüstan ərazisində Metexidə yerləşən bu Məbəd ölkənin ən qədim tarixi abidələrindən sayılır. 1937-ci ildə Lavrenty Beriyanın əmri ilə məbədin sökülməsi planlaşdırılırdı lakin xalq etirazlara çıxmış, kilsənin 800 illik tarixini qoruyub saxlamışdı.
Rustavelli Prospekti
Tbilisidə mərkəz dedikdə Rustavelli Prospekti nəzərdə tutulur. Küçə öz adını dahi yazıçı Şota Rustavellidən götürmüşdür ki, onun abidəsi də elə burada yerləşir. Şəhərin ən cazibəli yerlərindən olan bu prospekt, Lyüks otellər, brend maqazinlər, restoranlar və teatrlarla zəngindir. Prospektin uzunluğu 1,5 km – dir və çoxlu ağaclarla əhatə olunmuşdur.
Tısbağa Gölü
Vake Saburtalosu ərazisində yerləşən bu göl ekoloji təbiəti ilə seçilir. Vaxtilə burada çoxlu tısbağa olduğu üçün göl məhz Tısbağa Gölü adlandırılır. Şəhər sakinlərinin də tez-tez ziyarət etdiyi bu məkan, xarici turistlərin də ilk səfərindən sevimli məkanına çevrilir.
Tbilisidə Ekskursiyalar
Kaxetiya – Üzüm Beşiyi
Tbilisiyə bir gündə aşiq olun
Kaxetiyə ekskursiya
Mtsxetaya ekskursiya
Kazbeqi və Mtsxeta: Güc yerlərinin qrup turu
Qərbi Gürcüstan kanyonları
Maxuntseti: dağlıq Acariya ilə tanışlıq
Acariyanı ilk baxışdan öyrən və sev
Kanyonlar: Gürcüstanın ecazkar təbiət dünyasına inanılmaz bir səyahət
Kolxis irsi: ləzzətli Batumi və qarşısıalınmaz dağlıq Acariya
Maçaxela: həqiqi bir ziyafətlə dağlıq Acariyada unudulmaz bir ekskursiya
Tbilisidə nə yeməli?
Qafqaz xalqının tərkibinə daxil olan Gürcülərin mətbəxi çox zəngindir. Ən məşhur yeməkləri gürcü xəngəli və xaçapuridir. Bundan əlavə hər hansı restorana getsəniz saçvili, xarço, kupatı, libionun da dadına mütləq baxın. Gürcüstan çaxırları ilə dünyada məşhur ölkələrdən birinə çevrilir. İldən – ilə dünyada çaxır ixracına görə öndə irəliləməkdə davam edir. Limonadlardan tərxunlu Lagidzeni bəyənəcəyinizə əminəm. Mineral sulardan isə Borjomi və Nabeqlavini dadın. Bütün bunları etdikdən sonra evə bir az Sluquni pendiri almağı yadınızdan çıxarmayın.
Açar sözlər: Tbilisidə gəzməli yerlər, Tbilisidə kirayə evlər, Tbilisidə Otellər, Tbilisidə görməli yerlər, Tbilisidə ucuz otellər, Tbilisidə otellərin qiymətləri, Tbilisidə ekskursiya al