fbpx

Yeni ili qarşılamaq üçün dünyanın ən yaxşı şəhərləri

Sidney – Avstraliya

Sidney dünyanın yeni ili ən tez və ən möhtəşəm qarşılayan şəhərlərindəndir. Əsas atəşfəşanlıq Sidney limanında Opera binası ilə Liman körpüsünün önündə baş tutur. Nəzərinizə çatdıraq ki, Avstraliyada yay hələ təzə başladığı üçün Sidneyin möhtəşəm çimərliklərindən də zövq ala bilərsiniz.

Sydney Harbour during New Year eve

Hong Kong – Çin

Eyni ilə Sidneydə olduğu kimi Hong Kong da yeni ili bizdən əvvəl qarşılayır. Victoria limanında baş tutan yeni il tədbirində fişənglər dənizin üzünü müsiqi sədaları altında işıqlandırır. Hong Konga getdikdə isə teatrları, sirkləri və ən əsası Okean Park- ı görmədən geri dönməməyi məsləhət bilirik.

Victoria Harbour Hong Kong during New Year eve

Bankok – Tailand

Uzun zamanlardır ki, Bankok Asiyanın ən yaxşı gecələri olan şəhərləri sırasında yuxarı sıralarda yer alır. Gecələri belə yaxşı olan şəhərin təbii ki, ziyarətçiləri də çoxdur. Deməli, əgər siz çoxluğu səs küyü sevirsinizsə onda Bankok yen il üçün ən yuxarı sıralarda olmalıdır. Yeni ilin ən yaxşı qeyd olunduğu yerlər isə Central World Plazadır.

Bangkok Thailand during the New years eve

Dubay – BƏƏ

Dubayda yerləşən Burj Khalifa dünyada ən çox diqqət çəkən göydələnlərdəndir. 2019- un gəlişinə baxmayaraq Burj Khalifa özünün dünyanın ən hündür binası olması rekordunu saxlayır. Məlumat üçün də qeyd etmək istərdik ki, əgər Dubaya alış-veriş üçün gedirsinizsə o zaman elə dünyanın ən böyük mollarından biri olan Dubay molu ziyarət edin.

Dubai during the New Years eve

Moskva – Rusiya

Tarixi Qırmızı meydanda siz soyuğu damarlarınızda hiss edəcəksiniz ancaq esas məsələ ondadır ki, qarın yağışı və dünyanın ən gözəl atəşfəşanlıqlarından biri sizi gözləyəcək. Moskvada olan müddətdə əminik ki, dünyanın ən çox ziyarət olunan heykəlini görmək istəyəcəksiniz, Vladimir Leninin heykəlini ziyarət etmədən geri dönmək sizi sora peşman edəcəkdir.

Moscow Russia during the new year eve

London – Ingiltərə

Temza çayının sahilində yerləşən Londonda yeni il necə deyərlər “krallara layiq” keçirilir.  Xüsusi gəmilərin və bunun üçün hazırlanmış səhnələrin biletləri tez bitir. Ancaq təbii ki, siz atəşfəşənlığı pulsuz şəkildə qeyd etdiyimiz yerlərdən rahatlıqla izliyə bilərsiniz. Primerose, Parliament təpəsi, Greenwich parkı və Alexandra sarayı.

London England during New years eve

Las Vegas – ABŞ

Yeni il ərəfəsində Vegasda yollar maşınlar üçün bağlanır. Ve piyadalar idarəni əllərina alırlar. Kazinoların damlarından atılan fişənglər bütün şəhəri işıqlandırır. Vegasdakı qiymətlər tətil zamanı dəyişir və yerlərin aylar öncədən bitidiyini nəzərə alsaq biletlərinizi əvvəldən bron etməyi unutmayın deyərdik.

Las Vegas during the new years eve
Paylaş
Etiketlər: ,
Müəllif: