Tur haqqında
480 / 7 gecə - 8 gün
929M
Tarix: İl boyu
İyul və avqustda 530 €
Adətən, turistlər səyahət zamanı hara getmək haqqında qərarsız qalırlar. Amma, bilən adamlar bir səyahətdə bütün üstünlükləri cəmləyərək öz məzuniyyətindən maksimum dərəcədə istifadə etməyə çalışırlar. Dağlar və dəniz, təbiətin bütün gözəllikləri və mədəni səyahət proqramı və estetik həzz… təbii ki, bunların hamısı Aralıq dənizi ətrafında, Avropa səyahəti zamanı birləşəndə insan tam mənada istirahətindən ləzzət almış olur.
“Aralıq dənizi nağılı” adlanan tur həm zəngin, həm də insana ən xoş təsir bağışlayan səyahətdir. Çünki, bu zaman siz həm iri şəhərləri, həm də çimərlikləri görmüş olacaq, Qaudinin möhtəşəm yaradıcılığı ilə tanış olacaq, keçirilən məşhur “Karnaval”, cazz festivalı kimi mötəbər tədbirlər sayəsində dünyanın qabaqcıl kurortlarından birinə çevrilmiş Nis şəhəri və Monako krallığının gözəllikləri sizi müsbət enerji ilə yükləyəcək.
“Granit AS Travel” sizin üçün səyahətlərin ən gözəl proqramını hazırlayıb. “Sehirli fəvvarələr” adlı musiqili şou-proqramda iştirak edərək siz yolun yorğunluğunu unudacaq və heyrətamiz nağılın şahidi olacaqsınız. “İspan kəndi” adlanan şəhərcikdə isə şam edərək İspaniyanın ən məşhur binalarına tamaşa edəcəksiniz.
Kosta Bravada gözəl ekskursiya seçimi ilə istirahət:
Sizin gəzinti zamanı Monserrat dağında Avropada fəaliyyət göstərən ən böyük monastırı ziyarət etmək şansınız olacaq. Bundan başqa siz Cirona şəhərində fövqəladə qalaları görəcəksiniz, boş vaxtınızda Barselonada alış-veriş də edə biləcəksiniz.
Fransanın dillərə dastan olan Mavi Sahil kimi tanınan əraziyə gedən yol kataloniyada şərab zavodlarının yanında yerləşir. Burada onlarla likör və şərabın dadına baxmaq olar. Müqəddəs Klatilda bağlarının kölgəli xiyabanlarında yaxşıca istirahət edib, balıq tuta və təbiətin eqzotik rənglərindən feyziyab ola bilərsiniz. Onu da qeyd edək ki, bu ərazidən dənizə möhtəşəm mənzərə açılır. Sizin Mavi Sahildə keçirdiyiniz hər an yaddaşınıza qızıl hərflərlər ilə həkk olacaq. Yaşıllıqla zəngin olan parklar, bəyaz yaxtalar, gözəl ətirlər-bunların hamısını siz Nis, Kan, San-Remo və Monakoda yaşayacaqsınız.
Turun proqramı:
Barselonaya səyahət.
Qrupun qəbulu və oteldə yerləşdirilməsi.
Asudə zaman.
“İspan kəndi” adlanan park-muzeydə yerləşən milli restoranda şam yeməyi zamanı masa arxasında tanışlıq. Onu da qeyd edək ki, yüz illər boyu buranın sakinləri öz isti əhval-ruhiyyələrini gələn qonaqlarla bölüşür. Bununla yanaşı, sizi burda İspaniya meydanında Sehirli Fəvvarlərini musiqili işıq tamaşası gözləyir. Günün sonunda isə oteldə gecələmə.
Ətraf mühiti gəzinti:
Loret de Marda ilk gecələmə
“İspan kəndi”ndə şam yeməyi
Cümə axşamı günü Sehirli Fəvvarə.
Səhər yeməyi.
Barselonada məşhur memar Antonio Qaudinin şah əsərlərinə baxaraq izahlı ekskursiya.
Bundan başqa Paseo Qrasia, Kataloniya meydanı, Montjuik dağları, İspaniyanın yeni simvolu olan Olimpia Kəndi, Qot məhəlləsi. Kosta Brava sahilinə transfer.
Loret de Marda oteldə yerləşmə. Loret de Marda gəzinti zamanı turistlər tərəfindən çox tanınan Pişik evi adlanan muzeyi ziyarət. Günün sonunda şam yeməyi və oteldə gecələmə.
Səhər yeməyi. Asudə zaman, Nahar yeməyi. Arzu edənlər üçün Montserrat dağına əlavə ödənişli ekskursiya. Ekskursiyanın qiyməti 45 Avro təşkil edir. Günün sonunda isə şam yeməyi və oteldə gecələmə.
Səhər yeməyi.
Santa Klotilda bağları xətti boyunca “Salam, Kosta Brava” yürüşü. İspan şərablarının dequstasiyası və nahar.
Fransanın Mavi Sahil ərazisinə gediş. Yolüstü Fiqerasda Salvador Dali muzey-teatrına ekskursiya.
Daha sonra Nis şəhərinə gediş və oteldə yerləşmə. Şəhərdə axşam gəzintisi və oteldə gecələmə.
Səhər yeməyi
Mənzərəli ekskursiya: Vilfranş yarımadası mənzərəsi, liman və sahil kənarında gəzinti, Ətirlər muzeyinə ziyarət və məşhur fransız ətirlərindən əldə etmək imkanı. Qeyd edək ki, təxmini 300 il əvvəl məhz burada italyalı parfumer Covanni Mariya Farina dünya şöhrətli “Odekalon” adlı ətrini ərsəyə gətirib.
Antib burnu boyunca mənzələri ekskursiya, Kann şəhərini və kinofestivallar sarayının yanında yerləşən onun məşhur ulduzlar xiyabanını ziyarət. Oteldə gecələmə.
Səhər yeməyi
İtaliyaya, öz festivalları və gül bazarları ilə məşhur olan San Remo ekskursiyası.
Asudə zaman
Monako dövlətinə yol: Monte-Karlo kazinosu, “qızıl üçbucaq”, Qreys Kelli məzarı ilə kilsə, Kral sarayı. Nis şəhərinə dönüş və oteldə gecələmə.
İspaniyada səhər yeməyi
Loret de Mara qayıdış
Şam yeməyi
Oteldə gecələmə
Əlavə ödənişlə Nisdə gecələmə və oradan uçuş və ya istirahətin davamı mümkündür.
Səhər yeməyi
Hava limanına transfer
Səyahətin sonu!
Qiymətə daxildir:
Otel 3-4* (7 gecə / 8 gün)
Transfer
Nəqliyyat xidməti
Ekskursiyalar
Viza dəstəyi
Qiymətə daxil deyil:
Aviabilet
Səyahət sığortası
Viza rüsumu
Qeyd:
Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulmuşdur. Ödəniş günün məzənnəsinə uyğun manatla qəbul olunur.
Fərqli tarixlər üzrə turlar mümkündür.
Əlaqə:
Tel: +994 12 447 48 43; +994 12 594 18 49
Mob: +994 50 396 00 00; +994 50 210 24 16
Bizi izləyin: Facebook | Instagram | Telegram
Ünvan: Nizami 77/9, Bakı