fbpx

Fransa – Belçika – Niderland Turu

Fransa – Belçika – Niderland Turu

Tur haqqında

970 / 7 gecə - 8 gün

1878M

Turu sifariş et

Tarix: 30 iyun - 24 noyabr 2019

Paris
Paris-Jeverni-(Etreta)-Ruan
Bryüqqe-Brüssel
Amsterdam
(Volendam-Zaanse Sxans)-Antverpen
Paris

Hava limanında şirkətin nümayəndəsi tərəfindən lövhə ilə qarşılanma. Şəhərdə ümumi ekskursiya. Fraqonar ətir fabrikinə səyahət. Oteldə yerləşmə.Asudə vaxt. Arzu edənlər üçün “Paris Gecə yarısı” ekskursiyası. Oteldə gecələmə.

Oteldə səhər yeməyi. Normandiyada yerləşən Jeverniyə səyahət. Bura cəmi 540 nəfər əhalisi olan kiçik mənzərəli kənddir. Burada impressionizm məktəbinin banisi,dahi rəssam Klod Mone həyatının ikinci hissəsini keçirmişdir. Siz burada Monenin ətrafında dahi əsərlərini yaratdığı gölməçəni görəcəksiniz. Ruana gediş. Qrup bələdçisi ilə şəhərdə gəzinti. Səfər ərəfəsində Atlantik okeanın sahilində yerləşən kurort şəhərciyi Etretə arzu edənlər üçün ekskursiya. Fransa ərazisində oteldə yerləşmə. Oteldə gecələmə.

Oteldə səhər yeməyi. Bryüqqeyə səyahət.Şəhərdə ümumi ekskursiya. Asudə vaxt. Brüsselə səyahət. Şəhərdə ümumi ekskursiya. Brüssel-Flandriyanın fransızdilli əhalisinin adası, işğalçılara qarşı tarixi əzmkarlıq nümunəsidir. Şəhər ürək şəklində inşa edilib. Brüsselin 1979-cu ilə kimi minillik tarixini qeyd etdi. Ümumi ekskursiya zamanı siz Avropanın ən gözəl meydanlarından olan Qran Plyas, Brüsselin simvoluna çevrilən Manneken Pis, Brüsselin daha bir simvolu sayılan məşhur Atomium,müqəddəs Sablon kilsəsi kimi abidələri görə biləcəksiniz. Asudə vaxt.Brüsseldə oteldə gecələmə.

Oteldə səhər yeməyi. Amsterdama səyahət. Şəhər üzrə ekskursiya. Almaz fabrikini ziyarət. Əlavə olaraq Amsterdam kanallarına qayıqla fakültativ ekskursiya. Oteldə yerləşmə. Oteldə gecələmə.

Oteldə səhər yeməyi. Volendam və Zaanse Sxans şəhərlərinə fakültativ ekskursiya. Zaan sahillərini beş dəyirman əhatə edir. Onlar Zaanın məhsuldarlığının küləyin gücündən asılı vaxtlarını yada salır. Zaanse Sxans-açıq səma altında etnoqrafik muzeydir. Burada əhali əsrlərin adətlərinə əsaslanaraq yaşayır,milli geyimlər geyinir və ənənəvi yolla pendir hazırlayır. Mükəmməl qorunmuş binalar 17-18-ci illərin Holland həyatının bariz nümunəsidir. Bugün Volendam etnoqrafik turistik mərkəz, “əsl Holladiyanın” simvolu kimi məşhurdur. Hər il buraya 2 milyondan çox turist pəncərələri sərgi kimi bəzədilmiş kiçik milli evləri,qədim kilsələri, romantik küçələri, gözəl kanalları, körpüləri və məşhur limanları görməyə gəlir.Antverpenə gediş. Qrup bələdçisi ilə şəhərdə gəzinti. Oteldə yerləşmə. Oteldə gecələmə.

Oteldə səhər yeməyi. Parisə gediş. Oteldə yerləşmə. Asudə vaxt. Məşhur Luvr muzeyinə fakültativ ekskursiya. Latın məhəlləsinə fakültativ ekskursiya. Oteldə gecələmə.

Oteldə səhər yeməyi. Asudə vaxt. Otelə qayıdış.

Oteldə səhər yeməyi. Hava limanına transfer.

  • Aviabilet (gediş-dönüş)
  • 3* otellərdə qalma (səhər yeməyi daxildir)
  • Aeroport – otel – aeroport qrup transferi
  • Rusdilli nümayəndə ilə proqram üzrə nəqliyyat xidməti
  • Paris,Bryüqqe, Brüssel və Amsterdama rusdilli bələdçi ilə ekskursiyalar
  • Jiverni, Ruan və Antverpenə rusdilli bələdçi ilə səyahət
  • Muzeylərə giriş biletləri
  • Fontenbloya ekskursiya
  • Paris gecə yarısı ekskursiyası ( 30 € )
  • Mulen- Ruj kabaresində şam yeməyi və şou proqram
  • Luvra rusdilli bələdçi ilə ekskursiya
  • Volendama ekskursiya
  • Sena üzrə səyahət gəmisinə bilet
  • Amsterdam kanalları üzrə gəmiyə bilet (16 €)
  • Notr Dam de Paris ekskursiyası
  • Etretaya səyahət
  • Bütün həftə ərzində qulaqcıqlar
  • Otellərdə bir nəfərə sutkada 1 avrodan 2 avroya qədər turist vergisi

Əlaqə

☎: +994 12 447 48 43; +994 12 594 18 49
?: +994 70 207 48 43 ; +994 70 447 48 43
?: Telegram: @granitas
?: Nizami 77/9, Bakı
?[email protected]
➡www.granitas.az

Açar sözlər: avropa turu, niderland turu, belçika turu, fransa turu

Paylaş

Oxşar turlar

turpaketlerAzərbaycan, Paris
Fransa – Belçika – Niderland Turu

970 / 7 gecə - 8 gün

Ətraflı
parise 3 addim
Parisə 3 addım

350 / 6 gecə - 7 gün

Ətraflı
budapest avropa incisi
Avropa İnciləri

290 / 6 gecə - 7 gün

Ətraflı
Təbiət İncisi Alp

300 / 6 gecə - 7 gün

Ətraflı
praqa mohtesem beslik
Möhtəşəm Beşlik

290 / 6 gecə - 7 gün

Ətraflı
budapest avropanin fethi
Avropanın 7 günə fəthi

320 / 6 gecə - 7 gün

Ətraflı
budapest royal ekspres
Royal Ekspres

265 / 6 gecə - 7 gün

Ətraflı
San Remo
Aralıq Dənizi Nağılı

480 / 7 gecə - 8 gün

Ətraflı