fbpx

Laplandiya

Laplandiya

Finlandiyanın ən şimal hissəsi olan Laplandiya, müxtəlif rəng çəlarları ilə dolu sehrli arktik bölgəsidir. Bu kontrastlar, yayda 24 saatlıq günəş işığının Şimal İşıqları ilə dolu qaranlıq qış günlərini əvəz etdiyi Laplandiyanın cazibəsində əsas amildir.

Çox da böyük olmayan Laplandiya Finlandiya ərazisində yerləşir. Paytaxtı Rovaniem şəhəridir. Lakin Laplandiya sadəcə Finlandiyadan ibarət deyil. Yəni Laplandiya deyib Finlandiyanı nəzərdə tutmaq biraz yanlışdır. Çünki, Laplandiya deyilən ərazi Şimal qütbü dairəsini (Arctic Circle) əhatə edir və bu əraziyə həmin qütb dairəsində yerləşən Finlandiya, İsveç, Norveç və Rusiyanın şimal bölgələri daxildir. Bu ərazilərdə Sami irqindən gələn samilər yaşayır.

Finlandiya Laplandiyasında hər fəsil bir-birindən bənzərsiz şəkildə fərqlənir. Bölgə sakinləri Laplandiyada 4 mövsüm əvəzinə 8 fəslin olduğunu söyləyirlər. Qışda isə Laplandiya qış möcüzəsi arzusunda olanlara gerçəklik qədər yaxındır. Bahar ‘Kaamos’un (Fin dilində arktik gecə) uzun mövsümünü izləyən işığı gətirir. Yaz vaxtı qarla örtülü təpələr və enişlər həm xizəkçilər həm də qış həvəskarları üçün həyəcanverici təcrübələr təqdim edir.

Laplandiyada yay fəsli yoxdur – gözün gördüyü qədər sonsuz ağ gecələr və dinc arktik təbiət var. Yayın parıltısını, Laplandiyanın həqiqətən simvolik “Ruska” rənglərini aldığı əzəmətli payız fəsli izləyir. Bu, Laplandiyanın bir çox milli parklarından birində gəzintiyə çıxmaq üçün ən yaxşı mövsümdür.

Qütb iqliminin üstünlük təşkil etdiyi bölgədə, qışda tempratur – 50 dərəcəyə qədər düşür. Laplandiya bölgəsi qış aylarında çox soyuq olsa da, Yeni il atmosferini, qış idmanlarını və şimal işıqlarını görmək üçün hər fəsildə ziyarət edilə bilən bir yerdir.

Laplandiyaya necə getmək olar?

Laplandiya

Xatırladaq ki, Azərbaycandan bu şəhərə birbaşa uçuşlar mövcud deyildir. Uçuşlar əksər hallarda, Kiyev şəhəri üzərindən həyata keçirilir. Bunu nəzərə alaraq, hər il sentyabr-fevral ayları arasında bu bölgəyə hazır turpaketlər təqdim edirik. Sentyabr ayından etibarən bu paketləri şirkətimiz tərəfindən erkən rezervasiya ilə əldə edə bilərsiniz və ya fərdi şəkildə saytımızdan Moskva-Helsinki reysindən istifadə edərək rezerv etmək mümkündür.

Online bilet almaq

Viza prosesi

Laplandiyaya getmək üçün viza almanız mütləqdir. Buraya şengen viza Norveç səfirliyi tərəfindən verilir. Yaxşı olar ki müraciətinizi, ən tez 2 ay və ya ən gec 20 gün öncədən edəsiniz. Viza haqqında ətraflı məlumat üçün klik edin.

Laplandiya – ən ucuz aviabiletlər (Gediş-dönüş)

[tp_cheapest_flights_shortcodes origin=BAK destination=RVN title=”” paginate=true off_title=true subid=”” currency=”AZN”]

Laplandiyada harada qalmaq olar?

Laplandiya

Laplandiyada münasib qiymətə bir otel ya da ev tapmaq üçün yaxşı olar ki, ən az 3-4 ay öncədən tutasınız qalacağınız məkanı. Laplandiyada böyük dəbdəbəli beşulduzlu otellər yoxdur.Burada böyük otelləri ikimərtəbəli taxta evciklər əvəzləyir. Otellərdə turistlər üçün bütün şərait yaradılır.Taxta evlərdə mətbəx də var. Otaqlarda yolkalar qurulub kamin ətrafında isə şamlar düzülüb. Yol yorğunluğunu çıxartmaq üçün turistlərə gözəl şərait yaradılıb.
Laplandiyada qalmaq üçün bahadan ucuza doğru bir neçə seçim var. Əlbəttə, büdcəniz imkan verirsə, şimal işıqlarının altında gecələmək istəsəniz iglo otellərdə qala bilərsiniz. Həmin otellərin qiyməti gecəsi 300-400 avrodan başlayır. Bu otellər şimal işıqlarını daha aydın görmək üçün  adətən mərkəzdən biraz kənarda olur. Gəziləcək yerlərə yaxın qalmaq istəsəniz Santa Claus Holiday Village tematik parkındakı otelləri seçə bilərsiniz. Burda qiymətlər 200 avrodan başlayır. Bir də daha sərfəli seçim var ki, o da şəhər mərkəzində otel, hostel və ya ev kirayəsidir. Gecəsi 80-90 avrodan başlayan qiymətlərlə otel və ya ev kiralaya bilərsiniz. Sadəcə bir problem var ki, Santanın tematik parkına getmək üçün avtobus saatlarını izləməli olacaqsınız.

Laplandiyada gəzməli yerlər?

Laplandiyanın ən məşhur və ən gözəl  şəhərləri,  Rovaniemi, Levi, Saariselka, Kittila, İnari və Kemi-dir.

Laplandiyada  şimal maralları və haskilərlə gəzinti, Santanın evini görmək, şimal işıqlarını izləmək, donmuş göldə balıq tutmaq kimi fəaliyyətlər var. “Santa Claus Village” daxilində həm marallarla, həm də haskilərlə safari turları var. Bu turların qiymətləri məsafədən asılı olaraq dəyişir. Marallarla gəzinti turları adambaşı 18 eurodan başlayır. “Husky” safari turları isə adambaşı 30 eurodan başlayır.

Ağappaq meşələr və dağlar

Laplandiya dağ xizəyi ilə məşhurdur. Xizək sürməyə başlamazdan əvvəl professional xizəkçilər qonağı sorğu-suala tuturlar. Əgər xizək sürməyi bacarmırsansa onlar sənə dərs verməyə hazırdılar. Meşələrdə gəzmək qorxulu deyil. Meşədə gəzişdikcə dovşan tülkü və başqa heyvanlar yanından keçir.Nə insanlar onlardan qorxur  nə də heyvanlar insanlardan . Laplandiya əhalisi iki hissəyə bölünür.  Kənd əhalisinin böyük məşğuliyyəti fermalardadır. Həm də meşələrdə giləmeyvələr və digər tərəvəzlər yetişdirilir. Mağazada konservləşdirilmiş ərzaqlar satmaq qadağandır. Laplandiyada meşələr çoxdur. Amma bu o demək deyil ki, onlar sahibsizdirlər. Onlarin sahibləri Laplandiyanın qədimliyini qoruyub saxlayan saamilərdir. Saamilərin kiçik bir kəndi var. Laplandiyada bütün marallar fermalarda saxlanılır.

Santa Klaus Parkı

Santa Klausun varlığına yalnız uşaqlar inanır. Amma Laplandiya səyahətində Santa Klausun kəndini gördükdən sonra siz də Santa klausun varlığına uşaq kimi inanacaqsınız. Laplandiyada Santa Klausu  Yolupukki adlandırırlar. Deyilənə görə hələ heç kim Santa Klausun evinə girə bilməyib. Parkda Santa Klausun ofisi var. Park saat 17:00 kimi işləyir.Qarşısında isə dünyanın dörd bir yanından gələn məktubların olduğu poçt qutusu. Santa Klaus bu məktubların hamısına gec də olsa cavab verir. Əgər məktubu bu il göndərmisənsə, gələn il ona cavab alacağına əmin ol. Burada Santa Klausla söhbət etmək, hətta şəkil çəkdirmək də mümkündür. Bir şəkil üçün 18 avro ödəməlisən. Öz fotoaparatınla şəkil çəkdirmək qadağandır. Məhz burada, Rovaniemi şəhərinin yaxınlığında qədim Santa-Klaus kəndi yerləşir.

Забронировать экскурсию

Ranua Parkı

Laplandiyanın vəhşi təbiətini görmək üçün ən gözəl yer Ranua parkıdır. Bu parkda siz Laplandiyanın məşhur ağ və qonur ayılarına, vəhşi marallara və şimal heyvanlarına baxmaq imkanı əldə edəcəksiniz. Ayıları ancaq yatmış halda görmək mümkündür. Əgər onların balaları dünyaya gəlirsə belə, ayılar aprelin sonunda yuxudan oyanır.

Buz Qəsri Lumilinna

Buzdan düzəldilən, orta əsr saraylarını xatırladan bu möhtəşəm qəsr Kemu şəhərində yerləşir. Laplandiyaya səyahət edən hər bir kəsə bu qəsrə baxmaq məsləhətdir. Nur saçan bu məkanda qonaqları “Lumilinnanın ruhları” – Terttu və Arttu qarşılayır. Turistləri bu qəribə məxluqlar  gəzdirir.

Laplandiya Xizək Kurortları

Finlandiyada, xüsusilə Laplandiyada çox gözəl dağ-xizək kurortları var. Orada təbiətin gözəllikləri ilə mükəmməl servis əla uzlaşır. Onlar arasından bütün peşəkar dağ xizəkçiləri Levi, Luosto, Saariselkaya, Pello, Vuokattini seçir. Xizək sürməyə başlamazdan əvvəl professional xizəkçilər qonağı sorğu-suala tutur. Əgər xizək sürməyi bacarmırsınızsa, onda sizə böyük məmnuniyyətlə dərs verəcəklər. Küçədə isə əllərdə xizək çubuqlarıyla gedən finlərlə qarşılaşa bilərsiniz. İdmanın “bu növü “Şimal yerişi” adlanır.

Laplandiya Buz Oteli

Hər qış Laplandiyanın Kemi şəhərində böyük qar qəsri hazırlanır. Onun daxilində Buz otel və Buz restoranı olur. Şaxta babanın vətənində belə qəribə və nadir otelin tikilməsi heç də təəccüblü deyil. Laplandiyaya səyahət edən hər bir kəsə bu qəsrə baxmaq məsləhətdir.

Ametis Mağarası

Turistlərin ən çox sevdiyi məkanlardan biri də Laplandiyanın Luosto əyalətində yerləşən Ametis mağarasıdır. Bu, dünyada ən möhtəşəm və yeganə Ametis şaxtasıdır. Turistlərə bu şaxtadan xatirə qalması üçün kiçik ölçüdə ametis daşı götürməyə icazə verilir. Deyilənə görə, hamamda isti vanna qəbul edərkən ametisi vannanın bir küncünə qoyanda özünü gümrah və sağlam hiss edirsən.

Laplandiya Milli Parkları

Əyalətinin ərazisində 7 qoruq ərazisi var, hansı ki, burada təbiətin ilkin görünüşü bu günə qədər ilkin mənzərəsini qoruyub saxlanılıb. Bütün milli parklar 1956-ci ildən başlayaraq son 60 ildə açılıb. Onlardan ikisi, “Pallas-Yullyastunturi” və “Pyuxya-Luosto” 20-ci əsrin əvvəlində yaradılmış daha köhnə qoruqlardır. Milli parkların böyük bir hissəsi qütb dairəsi arxasında yerləşir.

Laplandiyada nə yeməli?

Laplandiyada olub, maral əti yeməmək günahdır. Ən ləzzətli və ən dadlı yeməklər maral ətindən hazırlanır. Restoranların çoxu İsveç masası üslubunda fəaliyyət göstərir. 22 avro ödə, istədiyini ye. Şorbalar göbələkdən, maral ətindən və qızıl balıqdan hazırlanır.  Ən dadlı yeməkləri kartof püresi və mərsin mürəbbəsi, balla hazırlanan xiyar və ev pendiri, təzəcə kəsilmiş, süddə bişirilən qoyun ətidir. Laplandiyada ən bahalı içki Avstraliyadan gətirilən isti rom hesab edilir. İçkilər çox bahalıdır. Burada meşə giləmeyvələrindən hazırlanan kiselin dadına baxmaq məsləhətdir.
Ən məşhur sousları isə Portveyndən (şirin şərab) hazırlanır. Yolun Laplandiyaya düşsə, mütləq “Laplandiya a lya karte” yeməyinin dadına bax. Tərkibi sarı böyürtkən və digər giləmeyvələrlə yanaşı göbələk, balıq, maral ətindən ibarətdir. Görünüşü qəribə olsa da, dadı çox ləzzətlidir.

Açar sözlər: laplandiyada gezmeli yerlər, laplandiyada oteller, laplandiya gormeli yerler, ucuz oteller, laplandiyada otellerin qiymetleri

Paylaş
Müəllif: