fbpx

Şengen vizası nədir?

Şengenə hansı ölkələr daxildir

Şengen vizası nədir?

Çoxlarının arzusudur dünyanı gəzmək, səyahət zamanı yeni yerlər görməklə qalmıyıb yeni mədəniyyətlər kəşf etmiş olursunuz. Avropa mədəniyyətini, şəhərlərin gözəlliyini və tarixin buraxdığı izləri kəşf etmək üçün isə sizlərə Şengen vizası almaq vacib olacaq. Əgər Avropaya getmək istəyir və tək problem kimi vizanı görürsünüzsə Granit AS travel şirkətinin sizə təqdim etdiyi viza dəstəyindən yararlana bilərsiniz, həmçinin də bloqumuzu oxuyaraq qaranlıq qalan suallarınıza cavab tapa bilərsiniz.

Şengen vizasının hansı növləri var? və  “Səyahət ehtiyacı” nə deməkdir?

Şengen vizasının növləri aşağıdakılardır

  • Birdəfəli
  • İkidəfəli
  • Çoxdəfəli

Çoxdəfəli giriş vizasında isə minimum müddəti 6 ay maksimum müddəti isə 5 ildir. Vizanı əldə edən zaman iki xüsusi halı nəzərə almaq lazımdır.

  • Vizanın müddəti minimum altı ay olduğundan hər altı ay müddətində 90 günə qədər qalmaq hüququ əldə edirsiniz
  • Viza sizə təqdim olunan zaman getmək istədiyiniz ölkənin ərazisində qalmaq istədiyiniz günlərin miqdarına görə verilir

Səyahət Ehtiyacı nədir?

Əgər siz vaxtaşırı işgüzar səfərlər məqsədilə səyahət edirsinizsə və ya siz Aİ vətəndaşısınızsa və ya hər hansı bir Aİ vətəndaşının ailə üzvüsünüz bu zaman sizdə Səyahət Ehtiyacı yaranır. Başqa bir bucaqla baxsaq məsələyə vaxtaşırı olaraq səyahət ehtiyacı o deməkdir ki, sizin hər hansı bir xalanız və ya bibiniz daimi olaraq Almaniyada yaşayırsa onda siz vaxtaşırı ona baş çəkirsiniz. Həmçinin əgər siz alimsiniz və mütəmadi olaraq Aİ ərazisinə təşkil edilən konfranslarda və ya tədbirlərdə iştirak üçün səfərlər edirsiniz. Və son bir əlavə variant kimi desək məsələn hər hansı Aİ ərazisində fəaliyyət göstərən hər hansı bir biznes tərəfdaşınız varsa onda deməli sizdə yenə səyahət ehtiyacı yaranacaq.

Bütün bunların hamsını nəzərə alaraq deyək ki, əgər beş illik vizaya müraciət etsəniz təəssüf ki, çox zaman yox cavabı gəlir. Granit AS şirkəti olaraq isə viza dəstəyi kimi biz sizə onu məsləhət görərdik ki, hər səfər vizaya müraciət edəndə bir əvvəlkindən daha uzun müddətli vizaya müraciət edəsiniz. Siz həmişə altı aylıq çoxdəfəli giriş vizasına müraciət edə bilərsiniz. Altı aylıq vizalardan sonra isə siz bir və ya iki illik vizalara da müraciət edə bilərsiniz. Çox az hallarda isə sizin beş illik viza üçün etdiyiniz müraciətinizə müsbət cavab gəlir. Əgər siz beş ilik vizanı əldə etmək istəyirsinizsə onda sizin bu vaxta qədər olan müsbət müraciətləriniz  müddətində hər hansı qanun pozuntuluğu və ya vizanın verdiyi müddətdən artıq qalma halı aşkar olunmamalıdır.

Şengene hansı ölkələr daxildir

Şengen Vizası üçün lazım olan sənədlər hansılardır?

  • Xarici passport
  • Gediş və dönüş biletlərinin bronu
  • İşlədiyiniz müəssisədən və ya tələbəsinizsə oxuduğunuz təhsil müəssisəsindən arayış
  • Lazımi xərclərin ödənəcəyinin sübutu və ya bankdan arayış
  • Bankdan son 6 ay müddətində etdiyiniz əməliyyatların çıxarışı
  • Bron etdiyiniz otelin vauçeri və ya sizə göndərilən dəvət məktubu
  • Səyahət sığortası
  • Şəkil 3.5×4.5 sm
  • Hazır ərizə forması
  • Şəxsiyyəti təsdiq edən sənədin və xarici passportun kopyası

Müraciət zamanı sizə lazım ola biləcək digər sənədlər

  • Əgər evlisinizsə nikah şəhadətnaməsi və bununla yanaşı əgər 18 yaşına çatmamış övladınız (övladlarınız) varsa doğum haqqında şəhadətnamə
  • Azərbaycan Respublikası ali və ya orta təhsil müəssisələrində təhsil alan və vizaya müraciət edən bütün tələbə və şagirdlər həmin təhsil müəssisəsində oxuduğuna dair arayış təqdim etməlidirlər
  • Nəzərinizə çatdıraq ki, Macarıstan və Yunanıstan səfirlikləri viza müraciəti zamanı Elektron Hökumət Portalından rəsmi iş yeri haqqında çıxarış tələb edirlər.
  • Əlavə üstünlük kimi əgər adınızda hər hansı daşınan və ya daşınmaz əmlakınız varsa çıxarışları təqdim etmək
Şengen vizası nədir

Dəvətnamədən necə istifadə etməli?

Sizə göndərilən dəvətnamə aşağıdakı məlumatları öz tərkibində cəmləşdirməlidir.

Dəvət edilən şəxsin məlumatları, hansılar ki, aşağıdakılardır:

Ad, soyad, doğum tarixi, cinsi, vətəndaşlığı, passport nömrəsi, səfərin vaxtı və məqsədi, ölkəyə girişlərin sayı. Həmçinin də əgər sizdə mövcuddursa dəvət edilən şəxsi müşaiyət edən həyat yoldaşı və uşaqların adları. Əgər gələcəkdə də bu əlaqələr davam edəcəksə uzunmüddətli müraciətlər zamanı bunları məktubda göstərmək tövsiyyə olunur.

Dəvət edən, şəxs əgər şəxs fiziki şəxsdirsə daxil ediləcək məlumatlar aşağıdakılardır.

Ad, soyad və ünvan

Əgər dəvət edən şəxs huquqi şəxs və ya təşkilatdırsa o zaman

Tam ad, ünvan, məktubu imzalayan şəxsin adı və vəzifəsi. Təşkilat olduqda həmin təşkilatın qeydiyyat nömrəsi məktubda qeyd edilməlidir.

Şengen vizası üçün tələb olunan ödəniş məbləği

Şengen vizası üçün konsulluq tərəfindən tələb olunan rüsum miqdarı 35 avro təşkil edir. Bəzi hallarda konsulluq sizə ödənişsiz viza təklif etse belə viza mərkəzi vasitəsi ilə vizaya müraciət etdiyiniz zaman 30 avroya qədər əlavə xidmət haqqı sizdən tələb olunur.

Şengen vizası nədir?

Viza mərkəzləri nədir və hansı seçim hüquqlarınız var

Şengen – ə üzv olan dövlətlər adətən viza mərkəzləri ilə birgə çalışırlar. Həmin viza mərkəzləri vizaya olunan müraciətləri və lazım olan sənədləri qəbul edir. Əgər sizin konsulluğa getmək kimi bir şansınız yoxdursa viza mərkəzlərinə müraciət edə bilərsiniz ancaq bu zaman sizdən 30 avro – ya qədər xidmət haqqı tələb olunacaq.

Siz istədiyiniz təqdirdə birbaşa konsulluğa yox əgər istəsəniz viza mərkəzlərinə müraciət edə bilərsiniz. Ancaq nəzərinizdə saxlamalısınız ki, müraciət edən zaman həmişə konsulluğun rəsmi saytında göstərilən viza mərkəzlərinə müraciət edin. Sizə konsulluq əvvəlcədən müraciətinizi qəbul etmək üçün görüş vaxtı təyin edibsə o zaman sizin müraciətinizə iki həftədən gec olmuyaraq baxılmalıdır.

Şengen vizası nə qədər vaxta təhvil verilir

Prosedurlar adətən on iş günü ərzində davam edir, lakin xüsusi hallarda bu müddət iki günə enə və ya 30 günə qalxa bilər.

Viza rusumunda xüsusi hallar var ki, dəyişikliklər baş verir. Əgər siz təyin olunmuş səyahətdən üç gün öncə vizaya müraciət edirsinizsə o zaman sizin viza rüsumunuz ikiyə qatlanacaq və 70 avro olacaqdır. Lakin bir xüsusi hal da var ki, siz tamamilə ödənişdən azad olasınız hətta siz təcili vizaya müraciət etsəniz belə heç bir məbləğ ödəmirsiniz bunun üçün isə siz hər hansı bir  rəsmi nümayəndəliyin və ya parlamentin üzvüsünüzsə, fiziki qüsürlu, jurnalist, təqaüdçüsünüzsə və ya humanitar məsələlərlə bağlı səfər edirsinizsə bütün növ vizaların ödənişindən azadsınız.

Viza bütün işləri həll edirmi?

Sizin viza almağınız o demək deyil ki, siz Şengendə olan getmək istədiyiniz ölkəyə daxil ola biləcəksiniz. Bunun səbəbləri müxtəlifdir. Məsələn: əgər siz ölkəyə daxil olan zaman məqsədinizi aydın izah edə bilməsəniz ölkəyə girişinizə icazə verilməyə bilər. Başqa bir halda isə əgər ölkə daxilində öz xərclərinizi ödəyəcəyinizi sübut edə bilməsəniz bu da sizi ölkəyə daxil olmağa qoymayacaq səbəblərdən biri kimi göstərilə bilər.

Ancaq yenə də nəzərinizə çatdırmaq istəyərdik ki, sizin həmin ölkəyə girişinizə icazə verilməyibsə bu o demək deyil ki, sizin vizanız artıq ləğv olunub.

Avropa birliyi

Şengen ərazisinə hansı ölkələr daxildir?

Şengen ərazisinə 26 ölkə daxildir ancaq biz sizə ilk növbədə bildirmək istəyirik ki, Şengen ərazisi ilə Avropa İttifaqının ərazisi eyni deyil ona görə də bu ikisini qarışdırmamağınız lazımdır. Şengenə daxil olan ölkələr isə aşağıdakılardır:

Avstriya, Belçika, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İtaliya, Latviya, Lixtenşteyn, Litva, Lüksemburq, Malta, Niderland, Norveç, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, İspaniya, İsveçİsveçrə

Açar sözlər: Şengen vizası, Şengen viza rüsumu, Şengenə daxil olan ölkələr, Avropa ittifaqı, Şengen viza müddəti

Paylaş
Müəllif: