fbpx

Yuxarı Gövhərağa Məscidi

Yuxarı Gövhərağa məscidi, 1865-ci il, Şuşa

“Şuşanın əsası qoyulan zaman Pənahəli xan tərəfindən kiçik, qamışdan bir məscid tikilir, 2 qapısı olduğundan adına “İkiqapılı məscid” deyirlər.

Oğlu İbrahimxəlil xan tərəfindən məscid yenilənir, yenidən daşdan tikilir, lakin məscidin taleyi bununla bitmir.

Nəvəsi Gövhərağa (İbrahimxəlil xanın qızı) tərəfindən məscidə 2 minarə əlavə edilir və o, şəhərin əsas Cümə məscidinə çevrilir” (c) Çingiz Qacar “Köhnə Şuşa”

Məscid işğal illərində İran şirkəti tərəfindən bərpa edilmiş (“ürək sözlərimiz”i deməyək daha. Post sevgi doludur), daxili xalça və canamazlar şəhər Azərbaycan ordusu tərəfindən azad edildikdən sonra döşənmişdir.

Aşağı məhəllədə Aşağı Gövhərağa məscidi yerləşir ki, o, ilkin abu-havasını qorumaqdadır

Hər 2 məscid Kərbəlayi Səfixan Qarabağinin şah əsəridir.

İradə Qədirova ©

Paylaş
Müəllif: