fbpx

Bodrum

Bodrum

Bodrum dedikdə, ilk ağla gələn məşhur mavi qapı-pəncərəli ağ örtüklü daş evlər, körfəzlər, istiqanlı və dinc insanlardır. Ege bölgəsinin vazgeçilməzlərindən biri olan Bodrum, tarixi, təbiəti, dərin mavi dənizi, əyləncənin və əmin-amanlığın bir araya gəldiyi bənzərsiz mühiti ilə istirahət edənlər üçün ən xüsusi yerlərdən biridir.  Burası təkcə türklər üçün deyil, həm də xarici turistlər üçün ən çox seçilən yerlərdən biridir. Bodrum, bütün fəsillər üçün dinc bir qaçış yeri olaraq görülür. Hər il müntəzəm olaraq bir neçə ayı Bodrumda keçirən insanların sayı, Bodrumun yerli sakinləri qədərdir. Bodrumdakı həyat antik dövrlərə əsaslanır. Miladdan öncə  650-ci illərdə Bodrum “Halikarnassos” adlandırılmağa başladı. Daha sonra şəhərin Müqəddəs Petrusa həsr edilməsi ilə Petrium-a dəyişdirildi. Petrium sözü zamanla “petrum”, “potrum” və “Bodrum” a çevrildi. Cümhuriyyətin elanı ilə isə nəhayət Bodrum olaraq qərarlaşdı.

Bodrum Aralıq dənizi iqliminə malikdir. Ümumilikdə isti günlərin sayı daha çoxdur. Digər bölgələrlə müqayisədə isə yay daha sərin keçir. İstilik yayda 40 dərəcəyə çatsa da, qışda 10-15 dərəcəyə qədər düşə bilər. Yağıntıların çox hissəsi qışda yağış şəklində olur. Nadir hallarda qar görülür.

Bodruma necə getmək olar?

Bodrum

Bodruma getməyin ən rahat və təhlükəsiz yolu təyyarədir. Siz erkən rezervasiya ilə büdcənizə 50 faizə qədər qənaət etmiş ola bilərsiniz. Xüsusilə yay üçün rezervasiyanızı qış aylarında planlamaqla bu təkliflərdən yararlanmış olursunuz. Bodrum turları şirkətimiz tərəfindən hazır tur paket olaraq təklif edilir. Bu paketlərə, aviabilet gediş-dönüş, transfer (havalimanında qarşılayıb otele yerləşdirmə və eyni qayda ilə dönüş), otel (qidalanma daxil) və sığorta daxil olur. Əgər bu təkliflərdən yararlanmaq üçün gec qalmısınızsa, siz ayrı ayrılıqda otel, bilet həmçinin transfer xidmətini bron edə bilərsiniz. Uçuşlar əsasən Azal, Buta və Türk Hava yolları vasitəsi ilə həyata keçirilir. Bodrum beynəlxalq hava limanına yaxın, 35 km məsafədə yerləşir.

Həmçinin Bodrumda üç böyük marina və böyük sərnişin gəmilərinin yanaşa biləcəyi gəmi yanaşma körpüsü də mövcuddur. Əgər şengen vizanız varsa, buradan başlayan günlük kruiz turları ilə rahatlıqla yunan adalarını da səyahət edə bilərsiniz.

Aşağıdakı cədvəldə hazırki ay və ilin bütün ayları üçün Bakı-Milan uçuş cədvəlini hazırladıq.

Bodrumda harada qalmaq olar?

Bodrum

Bodrumda hər təbəqəyə və qiymətə uyğun, otel, sanatoriya, hostel və kirayə evlər tapmaq mümkündür. Lux otellerdən Lujo Bodrum, Vogue otel, Mandarin Oriental, Rixos Otellərini nəzərdən keçirə bilərsiniz. Bodrumda eyni zamanda ekonom 5* otellər də mövcuddur. Bunlardan Royal Asarlık, Jasmin otel, Green Beach Resort, Labranda TMT Bodrum kimi bir çox otelleri sərfəli qiymətlərlə bron edə bilərsiniz.

Bodrumda gəzməli yerlər?

Bodrumun bir çox mahalları var. Bu qəsəbələrə nəqliyyat Bodrum Avtovağzalından mikroavtobuslar tərəfindən təmin edilir. Turistlərin üstünlük verdiyi yerlər Bitez, Yalıkavak, Türkbükü, Gümüşlük, Gümbet, Turgutreis, Gündoğan, Torba, Ortakent, Mazı, Yalıçiftlik və Akyarlardır. Bitez, Bodrumun ən məşhur körfəzlərindən biridir. Gümüşlükdə məşhur Myndos Antik Şəhər və Dovşan Adası var. Yalıkavak, yel dəyirmanı və mənzərəsi ilə yanaşı süngər sakinləri məhəlləsi ilə bu gün ən çox ziyarət edilən şəhərlərdən biridir.

Bundan əlavə Bodrum, Myndos Darvazası, rəngarəng bazarları, sərin körfəzləri, Dovşan adası və yerli ləzzətlərin dadına baxa biləcəyiniz bir çox kənddən ibarətdir. Eyni zamanda sadəcə tarixi və mədəni xüsusiyyətləri ilə deyil, əyləncə həyatı ilə də ön planda olan bir bölgədir. Bodrum, ölkənin gecə həyatı baxımından da ən məşhur yerlərindən biridir. İlin hər dövründə keçirilən musiqi və əyləncə festivalları ilə ölkədən və xaricdən çox sayda turisti cəlb edir. Bodrumda yaşayan sənətçilərin sayı da kifayət qədər çoxdur. Əl işi ağac, şüşə, dəniz qabığı və s. hədiyyə əşyaları çox yayqındır.

1. Halikarnas Mavzoleyi

Bodrum Halikarnas Mavzoleyi

Bilirsinizmi ki, dünyanın 7 möcüzəsindən ikisi Türkiyədə yerləşir? Onlardan biri məhz Bodrumda yerləşən e.ə. IV əsrdə tikilmiş Halikarnas Mavzoleyidir. 2400 il əvvəl antik Halikarnass şəhərində tapılan bu məqbərə, 242 metrə qədər yüksələn sirli bir memarlığa malikdir. Bodrumun ən əhəmiyyətli əsərlərindən biri olan bu bina, Böyük Anadolu zəlzələsi ilə demək olar ki, tamamilə dağıldı və bu gün binanın xarabalıqları və yerində bir muzey var. Yıxılan abidənin daşlarından Bodrum Qalasının tikintisində istifadə edilmişdir.

2. Bodrum Qalası

Bodrum Qalası

Bodrum qalası heç şübhəsiz Bodrumun ən önəmli simvoludur. New York üçün Azadlıq heykəli, Paris üçün Eyfel qülləsi nədirsə Bodrum üçün də Bodrum qalası odur. İllərdir dəniz sularına baxan qala, Bodrumun ən gəzməli, ən mənzərəli yerlər siyahısının başında durur. Ən romantik Bodrum gözəlliklərindən biri, gecə qalanın üzərindəki qaranlıq qayalıqdan Bodrumu izləməkdir. Uzaqdan barların işıqları yanıb sönür, musiqi səsləri yüksəlir, amma siz hər şeydən uzaq, qalaya söykənərək bütün qarma qarışıqlıqdan uzaqda qorunursunuz. Hər 3 tərəfdən dənizlə əhatə olunan Bodrum qalasının inşa edildiyi yer antik dövrdə ada olub. Daha sonra torpaqla birləşərək yarımadaya çevrilib. Hər iki tərəfdə Bodrumun ürəyi sayılan iki böyük körfəz və liman var.

3. Bodrum Sualtı Arxeoloji Muzeyi

Bodrum Sualtı Arxeoloji Muzeyi

Adı çəkilən muzey Sualtı Arxeologiya mövzusunda tək Türkiyədə deyil, dünyada saylı muzeylərdən biridir. Bu muzeydə dünyanın ən qədim gəmi qalığı olan “Uluburun Batığı” sərgilənir. Bu, 3,300 il əvvəl batmış, erkən tunc dövrünə aid olan 15 metr uzunu və 5 metr eni olan Likya Ticarət Gəmisi Uluburuna aiddir. Gəminin Misirdən gəldiyi düşünülür, çünki gəmidə Misir Şahzadəsi Nefertitinin möhürü və gəminin burun hissəsində Nefertitinin qızıl örtüklü heykəli tapılıb. Bu da gəminin Misirin önəmli ticarət gəmisi olduğunu göstərir. Gəmidən çıxarılan digər əşyalar da bunu dəstəkləyir. Gəmidə 150-dən çox şüşə külçəsi var ki, bu da ən qədim şüşələr olduğu üçün çox qiymətlidir. Həmçinin fil dişləri, su ayqırı dişləri, vazlar və musiqi alətlərinin hazırlanmasında istifadə edilən dəvə quşu yumurtaları tapılıb. Xammal olaraq istifadə edilən bu materiallardan əlavə, qızıl qədəhlər, qızıl zinət əşyaları, qab qacaqlar, bitki toxumları var. Bütün bunlar keçmişdəki ticarəti, mədəniyyəti və o dövrün özəlliklərini dərk etməyimizə kömək edir. Çox önəmli bu gəmi qalıqlarını görmək Sizə tarixə səyahət təsiri bağışlayacaq.
Təbii ki, bu muzeydə tək gəmi qalığı Uluburun deyil, bundan başqa Finike Gelidonya gəmi qalığı, Bodrum Yassıada gəmi qalığı, Roman ticarət gəmisi, Şeytan Dərəsi gəmi qalığı, Marmaris Serçe limanı və Tektaş gəmi qalığı və s. sərgilənir.

Qalaya giriş 20 lirədir (təxminən 10 AZN), amma 65 yaşdan yuxarı və 18 yaşına çatmayanlar üçün ödənişsizdir. Qala bazar ertəsindən başqa hər gün 9.00-19.00-a qədər ziyarətçilərinin üzünə açıqdır.

Забронировать экскурсию

4. Göltürkbükü Cennet Koyu

Bodrum Göltürkbükü Cennet Koyu

Göltürkbükü, Gölköy və Türkbükü adlı iki yaşayış məntəqəsinin birləşməsindən Göltürkbükü adlandırıldı. Göktürkdən bir neçə kilometr aralıda yerləşən Cennet Koyu, açıq mavi bir körfəzdir. Həm mərkəzdən uzaq olduğundan, həm də asanlıqla çatmaq olmadığı üçün sıx deyil. Qum dalğaları tez-tez külək əsəndə sahildə yaranır. Dəniz çimərliyi kimi saf qumdan ibarətdir. Dərin bir körfəz olduğu üçün tur gəmiləri küləkli havalarda tez-tez burada sığınacaq tapır. Sakit yerlərdə üzmək istəyənlər üçün möhtəşəm bir yerdir.

5. Gümüşlük Koyu

Gümüşlük Koyu Bodrum

Gümüşlük, isti mehlərin əsdiyi və dənizin xüsusilə gün batımında gözəl bir rəngə sahib olduğu yerdir. Bodrumun ən gözəl koylarından biridir. Qədim dövrlərdə Myndos Antik Şəhər xarabalıqları üzərində tikilmişdir. Gümüşlük adının gün batanda gümüşə çevrilən dənizdən gəldiyi təxmin edilir. Gümüşlük, dənizi və evləri ilə ecazkardır. Dəniz sahilindəki ağ evlər insanları xüsusilə cəlb edir. Gümüşlükün yerləşdiyi bölgə 1-ci dərəcəli arxeoloji sahədir. Liman ərazisindəki çimərlik evlərinə mismar vurmaq qadağan olduğundan, şəhərin toxuması pozulmayıb. Dəniz kənarındakı restoranlarda və çay bağlarında yeyib içə bilərsiniz. Dəniz çox sakit və ətraf çox dincdir.

6. Yalıkavak Koyu və Plyajı

Yalıkavak Koyu Bodrum

Yalıkavak, Bodrumun ən məşhur və lüks yerlərindən biridir. Balıq restoranlarının çox olduğu ərazi, həm də limanda yerləşən lüks qayıqlara ev sahibliyi edir. Çox təmiz bir dənizə sahibdir. Üzmək üçün Arka Küdür Körfəzini seçə bilərsiniz. Bodrumun əsən küləklərindən faydalanmaq üçün qurulmuş yel dəyirmanları da var, üstəlik Bodrum mərkəzindən daha yaxşı vəziyyətdə aktiv şəkildə çalışırlar. Yalıkavak’dan 5 km məsafədə olan Yalıkavak Yel dəyirmanlarını da ziyarət edə bilərsiniz. Yel dəyirmanları Bodrumun mərkəzindən 12 km məsafədədir.

7. Antik Tiyatro

Bodrum Antik Tiyatro

Bodrumda tarixsevərlər üçün mütləq görülməli yerlərdən biridir. Antik Teatr, Halikarnassos şəhərinin şimalında qurulmuş bir binadır. Bodrumun mərkəzində və Göktepe dağının ətəyindədir. Mütləq buraya gedib tarixi ab-havanı yaşamalısan.

8. Pedasa Antik Kenti

Bodrum Pedasa Antik Kenti

Bodrumun ən yaxşı qorunan qədim şəhərlərindən biri olan Pedasa, Konacık qəsəbəsinə çox yaxındır. Yerli əhali tərəfindən Gökçeler adlandırılan qədim şəhər bölgəsində Athena Məbədi, qala, şəhər divarları və qübbəli türbələr kimi tarixi binaların xarabalıqları var. Bodrumun mərkəzinə təxminən 4 km məsafədə çox yaxın məsafədə yerləşən Pedasa Antik Şəhəri, tarixsevərlər üçün çox əlverişlidir. Hər il bir çox insan tərəfindən ziyarət edilir.

Bodrumda Ekskursiyalar

Bodrumda nə yeməli?

Bodrumda nə yeməli?

Bodrum mətbəxi də çox yüngül və ləzzətli yeməklərdən ibarətdir. Yeməkləri əsasən zeytun yağlı, bol məzəli və dəniz məhsullarıdır. Bu xüsusi ləzzətləri mütləq dadmalısınız. Bodruma xas yeməklərdən –  kabak çiçeği dolması, ekşili palamut, kefal dolması, keşkek, hardal otu salatası, çökertme Kebabı (Bodrum Kababı), bitez dondurma, lokum kimi bir çox təamları dada bilərsiniz.

Yazımızda Bodrumun gəzməli yerləri haqqında danışmağa çalışdıq. Bodrumda tarixi yerlər, təbii gözəlliklər və möhtəşəm koylar sizi misilsiz bir tətilə dəvət edir. Bu tarixi, təbii gözəllikləri və daha çoxunu yerində görməyinizi tövsiyə edirik. Bodrumda gəzməli yerlər sayəsində bənzərsiz bir tətil keçirəcəksiniz. Unudulmaz Bodrum tətili üçün yola çıxma vaxtıdır.

Məqaləni dostlarınızla paylaşsanız şad olarıq. Növbəti  məqalələrdə görüşənədək.

Açar sözlər: bodrumda gezmeli yerlər, bodrumda kiraye evler, bodrumda oteller,  gormeli yerler,  ucuz oteller, bodrumda otellerin qiymetleri

Paylaş
Müəllif: