Təbiət İncisi Alp

Təbiət İncisi Alp

Tour Description

300 / 6 night - 7 day

579M

Order this tour

Date: 19 Mar - 08 Oct 2018

Budapeşt
Venesiya
Verona
Münxen
Salzburq
Vyana

Turun tarixləri:
19.03.2018, 23.04.2018, 21.05.2018, 18.06.2018, 16.07.2018, 13.08.2018, 10.09.2018, 08.10.2018

  • Otel 3-4* (6 gecə / 7 gün)
  • Qidalanma (Səhər yeməyi)
  • Transfer
  • Nəqliyyat xidməti
  • Ekskursiyalar
  • Viza dəstəyi
  • Aviabilet
  • Səyahət sığortası
  • Viza rüsumu

Turun proqramı

Cədvəl:
08:30 Qrupun Budapeştdə, Ferens List adına hava limanında qarşılanması
10:00 Budapeştdə ekskursiya
14:00 Lyublana şəhərinə  avtobusla səyahət (Sloveniya ~ 470 km)
20:00 Oteldə qeydiyyat

Günün təəssüratı:
Ekskursiya-şəhərlə əsl tanışlıq üçün hazırlıq mərhələsidir ki, sizin Matias kilsəsi ilə tanışlıqdan sonra başlayacaq.Daha sonra siz dünyada tanınan digər dinlərə aid olan dini abidələri görəcək və dadlı makaron şirniyyatlarından dadacaqsınız.

Cədvəl:
07:00 Səhər yeməyi
08:00 Venesiya ətrafına avtobusla səyahət (İtaliya, ~ 240 км)
13:00 Venesiyada piyada gəzinti
15:30 Asudə zamanlarda (Əlavə ekskursiya)
20:00 Sİtadel şəhərinə avtobusla səyahət (İtaliya, ~ 70 км)
21:00 Oteldə qeydiyyat

Günün təəssüratı:
Bir-birindən 150 kanalla ayrılan 118 adada salınmışdır bu tarixi şəhər. Zəngin bəzəkli kilsələr, dəbdəbəli fasadlı saraylar, yüngül körpülər, ətrafında 3-4 mərtəbəli evlər tikilmiş ensiz, dolanbac küçələr Venesiyaya ecazkar görkəm verir. Müqəddəs Mark kilsəsi  Venesiyanın ən gözəl memarlıq abidəsidir.Venesiyanın görməli yerləri çoxdur. Onlardan biri də San-Marko meydanıdır. Yalnız nabələd adam Napaleon tərəfindən işlədilən”Avropanın ən qəşəng mehmanxanası San Markodur” kəlməsini eşitməmiş olsun. Meydan dəniz səviyyəsindən aşağı yerləşdiyindən daşqın zamanı  kiçik gölü xatırladır. Burada insanlar qədim stullarda oturub asta-asta qəhvə içirlər. Fincanı da 10 avroya. Soruşa bilərsniz niyə belə baha? Səbəb, burada vaxtilə Hemunquey və Bayron qəhvə içməsidir.Bütün bunların canlı şahidi olmaq üçün gərək bu şəhəri səyahət edəsiniz.

Əlavə ekskursiya:
Qayıqlarda səyahət Venesiyada ekskursiyanın ayrılmaz hissəsidir ki, səyahətdən sonra yaddaşınızda dərin izlər buraxacaq. Ekskursiyanın təxmini müddəti 1 saatdır.
Sittadella

Cədvəl:
08:00 Səhər yeməyi
09:00 Veronanı avtobusla səyahət (İtaliya, ~ 100 км)
11:00 Veronanada piyada gəzinti
13:00 Asudə zaman
15:00 Trentoya avtobusla səyahət (İtaliya, ~ 220 км)
19:00 Oteldə qeydiyyat

Günün təəssüratı:
“Sevgililər” günü ərəfəsində Avropanın bir çox məşhur şəhərlərinə sevən cütlüklər üçün özəl səyahət paketləri təqdim edirlər. Lakin siyahını incələdikdə nədənsə sevgi abu-havası ilə zəngin, İtaliyanın ən gözəl şəhərlərindən sayılan Verona nəzərdən qaçır. Halbuki, Verona U.Şekspirin məşhur “Romeo və Cülyetta” pyesindən bəlli olduğu kimi iki gəncin sevgisinə şahidlik etmiş və dillər əzbəri bir şəhərə çevrilmişdi. Bugün də Veronaya ilk ayaq basdıqda havada elə bil bir sevgi abu-havasını duymaq və bu əhvala tabe olaraq bu gözəl şəhərin küçələrini eyforik bir durumda gəzmək mümkündür. Və bəzən bu gəzinti zamanı o küçələrdən birindən qarşınınıza Romeonun çıxacağı duyğusu sizi bürüyə bilər. Culyetanın evi də burada yerləşir. Heç təsadüfi deyil ki, Verona “dünyanın ən romantik şəhəri” adına görə Parislə rahatlıqla rəqabət apara bilər.

Cədvəl:
08:00 Səhər yeməyi
09:00 Noyvanştayna avtobusla səyahət (Almaniya, ~280 км)
13:00 Noyvanştaynda piyada gəzinti
16:00 Münxenə avtobusla səyahət (Almaniya, ~140 km)
18:00 Münxeni piyada səyahət
Oteldə qeydiyyat

Günün təəssüratı:
Həyata küskün kralın sığınacağı kimi inşa edilmiş qəsr, onun ölümündən sonra, 1886-cı ildə ictimai ziyarətə verilmişdir. Həmin vaxtdan 60 milyondan artıq insan Noyşvanştayn qəsrini ziyarət edib. İl ərzində ortalama 1.3 milyondan çox ziyarətçisi olan abidə, yayda bəzən gün ərzinsə 6000 ziyarətçi qəbul edir.Bir neçə filmin çəkiliş meydanı da olmuş qəsr Disneylandin Yatmış gözəl qəsrinin və sonrakı oxşar tikililərin də ilham mənbəyi olub.Əgər bu abidəni uzaqdan duman içərisində görsəniz,özünüzü həqiqətən də nağıllar aləmində hiss edəcəksiniz. Bie zölə desək, Münxen çox heyrətamiz bir şəhərdir.

Cədvəl:
08:00 Səhər yeməyi
11:00 Salsburqa avtobusla səyahət (Avstriya, ~150 km)
13:00 Salsburqda piyadə gəzinti
15:00 Asudə zaman
17:00 Bratislavaya avtobusla səyahət (Slovakiya, ~360 km)
21:30 Oteldə qeydiyyat

Günün təəssüratı:
Vyanadan cəmi dörd saatlıq məsafədə yerləşir bu möcüzəli diyar. Alp mənzərəsi ilə klassik memarlığın bənzərsiz vəhdəti onu digər turizm bölgələrindən ecazkarlığına görə fərqləndirir. Bu şəhərdə hər şey musiqi ilə, bəstəkarlarla bağlıdır- musiqi evi, Mozart muzeyi, görkəmli musiqiçilərin abidələri. Məhz bu torpaq dünyaya dahi Mozartı bəxş edib. Buna görə də, bu şəhər klassik musiqi heyranlarının şəhəri hesab edilir. Bu şəhərdə dünyaəhəmiyyətli konsertlər, festivallar təşkil edilir. YUNESKO-nun dünya mədəni irsinə daxil edilmiş bu gözəl diyarı ziyatət etməklə tarixə və incəsənətə baş vurmuş olacaqsınız.

Cədvəl:
08:00 Səhər yeməyi
09:00 Vyanaya gediş (Avstriya) 60 km.
10:00 Vyanada piyada gəzinti
12:00 Asudə vaxt
17:00 Budapeştə gediş (Macarıstan), ~260 km.
21:00 Oteldə yerləşmə

Günün təəssüratı:
Bugün həddindən artıq  təəssüratlarla yüklənəcəksiniz. Buna görə də, telefon və fotoaparatlarınızı necə lazımdı enerji ilə yükləməyinizi məsləhət edirik. Bir günə siz, 3 ölkə gəzəcəksiniz. Hələ biz Vyanadakı gəzib-görəcəyiniz yerləri bu siyahıya qatmırıq.

Vyananın ən köhnə küçəsi sayılan Rinqştrasse, parlament binası- Ratxaus, tarix yazmış Avstriya imperatorlarının  iqamətgahı olan Şenbrun sarayı, məşhur Vyana operası,Mariya Terezi meydanı, Ştrausa ucaldılan qızıldan heykəl… Bu siyahını uzatmaq olar,ancaq ən əsası budur ki, siz dünyanın ən möhtəşəm şəhərlərindən birini gəzəcəksiniz!

Cədvəl:
08:00 Səhər yeməyi
10:00 Asudə zaman (alış-veriş)
21:00 Hava limanına gediş

Related tours

parise 3 addim
Parisə 3 addım

350 / 6 night - 7 day

Details
budapest avropa incisi
Avropa İnciləri

290 / 6 night - 7 day

Details
Təbiət İncisi Alp

300 / 6 night - 7 day

Details
praqa mohtesem beslik
Möhtəşəm Beşlik

290 / 6 night - 7 day

Details
budapest avropanin fethi
Avropanın 7 günə fəthi

320 / 6 night - 7 day

Details
budapest royal ekspres
Royal Ekspres

265 / 6 night - 7 day

Details
Aralıq Dənizi Nağılı

480 / 7 night - 8 day

Details