Tur haqqında
320 / 6 gecə - 7 gün
619M
Tarix: İl boyu
Turun tarixləri:
18.03.2019, 27.05.2019
Turun proqramı
Cədvəl:
08:30 Kollektivin Budapeşt hava liamnında qarşılanması
11:00 Budapeştdə piyada gəzinti
15:00 Oteldə qeydiyyat və asudə zaman
21:00 Əlavə ekskursiya
Günün təəssüratı:
Uçuşdan və qrupun Budapeşt hava limanında toplanmasından sonra bu gözəl şəhərin küçələrini gəzməyin əsl zamanıdır. Şəhərdə evlər köhnə olsa da, gözəl işlənmiş fasadları insanı valeh edir.Təbii ki, gəzinti zamanı bələdçinin şəhərin tarixi haqqında söhbətləri də gəzintini daha da mənalı və əyləncəli hala gətirir. Avropanı səyahətimiz başlayır!
+Əlavə ekskursiya:
Dunay çayının gecələr mənzərəsi bir başqa olur.Çayda teploxodla üzərkən bütün görməli məkanlar gecə işiqlarının altında daha da cazibədar görsənir. Buradan açılan möhtəşəm mənzərə YUNESKO-nun mədəni irsinə daxil edilib. Qayığın göyərtəsində,əlində şampan bakalı ilə dayanmaq və macar musiqisinin sədalərı altında şəhəri izləmək insana unudulmaz anlar yaşadır. Siz gecə vaxtı, bu çay gəzintisindən inanılmaz dərəcədə həzz alacağınıza əmin ola bilərsiniz.
Ekskursiyanın qiyməti 20 avrodur.
Cədvəl:
08:00 Oteldə səhər yeməyi
09:00 Vyanaya avtobusla səyahət (Avstriya, ~250 km.)
12:00 Vyanada piyada gəzinti
18:00 Münxenə avtobusla gediş
22:00 Tranzit oteldə qeydiyyat və asudə zaman
* Burada və bundan sonra ekskursiyanın vaxtı yol şərtlərindən asılı olaraq dəyişə bilər.
Günün təəssüratı:
Vyanada ekskursiya bitər-bitməz kafe-restoran axtarmağa tələsməyin. Biz başa düşürük ki, gəzintidən sonra insan acır, amma bunu daha sonra da etmək olar. İndi isə biz Vyananın vizit kartı hesab edilən Müqəddəs Stefan kilsəsinə yollanaq. Kilsənin düz kəlləsində olan böyük milin hündürlüyü 136 m-dir və o paytaxtın hər yerindən görsənir. Bu məbəd nəinki öz gözəlliyinə görə, eyni zamanda dünya səviyyəli ikona kilsə ləvazimatına görə də dünyada tanınır. Kilsədən sonra isə biz, hərkəsə daha da maraqlı olan bir məkana, dahi Mozartın yaşadığı evə üz tutacağıq.
Cədvəl:
08:00 Oteldə səhər yeməyi
09:00 Münxenə avtobusla səyahət (Almaniya, ~150 km.)
12:00 Münxendə piyada gəzinti
15:00 Oteldə qeydiyyat və asudə zaman
16:00 Əlavə ekskursiya
Günün təəssüratı:
“Münxen sizi seir”-bu Bavariya paytaxtının rəsmi devizidir. Münxen metal və şüşədən tikilmiş biznes binaların, iri gözəl parkların məskənidir. Hal-hazırda da, bura gələn kimi şəhərin qonaqpərvər atmosferini o an hiss etmək olur. Qonaqpərvərliyinə görə bəlkədə Bakı ilə müqayisə edilə bilər. Amma, miqyasına və gözəlliyinə görə onu Berlinlə müqayisə edirlər. Fərq isə bundadır ki, Münxendə yaşayış Berlindən daha ucuzdur, əhalisi isə daha qonaqpərvərdir. Bu şəhəri sözlə başa salmaq mümkün deyil. Buna görə də, bura gəlib öz gözlərinlə görməlisən.
+Əlavə ekskursiya:
BMV zavoduna ziyarət. Maraqlı binası var. Böyük bir kompleks- zavod, muzey, mağaza, bunların hamısı bir binada yerləşir. Hər-şey A-dan Z-yə göz qabağında icra edilir. Mütləq bura gəlib baxmağı sizə məsləhət edirik. Çünki, burada video və şəkil çəkməyə icazə yoxdur.
Ekskursiyanın qiyməti 15 Avrodur.
Cədvəl:
08:00 Oteldə səhər yeməyi
09:00 Avtobusla Sürixə səyahət (İsveçrə, ~320 km.)
14:00 Sürixdə piyada gəzinti
19:00 Milana Avtobusla səyahət (İtaliya, ~300 km.)
22:00 Oteldə qeydiyyat və asudə zaman
Günün təəssüratı:
Sürixin caəh-cəlalı onun sakinlərinə zamana qiymət verməyi öyrətdi, yoxsa Sürixin Avropanın ən böyük biznes-iş şəhərinə çevrilməsi onları buna vadar etdi?! Bu suala cavabı isə siz şəxsən özünüz bura gəldikdə öyrənəcəksiniz. Qüsursuz yollar, ideal evlər, hətta göldə üzən ördəkləri belə sanki rəssam əl ilə çəkib burada. Gündüz burada biznes atmosferi hökm sürür, amma gecə yerli burjua və turistlər şəhər klublarında əylənir.
Cədvəl:
08:00 Oteldə səhər yrməyi
10:00 Milanda piyada gəzinti
19:00 Paduyaya avtobusla gediş (İtaliya, ~250 km.)
22:00 Oteldə qeydiyyat və asudə zaman
Günün təəssüratı:
Milan! İtaliyanın digər şəhərlərindən fərqli olaraq öz gözəlliklərini birdən-birə turistlərin ayağı altına sərmir. Bu şəhərlə tanış olmaq üçün onu öyrənərək, yerli mətbəxin təamlarından dadaraq burada kifayət qədər uzun zaman keçirmək lazımdır.
Hamı Milanı haqlı olaraq dəb dünyasının paytaxı kimi tanıyır. Məşhur moda həftələrinə Milan ev sahibliyi edir. Tanınmış Müqəddəs Məryəmin Duomo Kilsəsi, La Skala-opera teatrı, Vittorio Emmanuel qalereyası, möhtəşəm saraylar və kilsələr, bahalı mağazalar, cəlbedici kafelər və şirniyyatlar, hətta Milanın yağışlı və dumanlı havası belə insanı özünə aşiq edir.
Cədvəl:
08:00 Oteldə səhər yeməyi
09:00 Venesiyaya avtobusla gediş (İtaliya, ~70 km.)
11:00 Venesiyada piyada gəzinti
13:00 Asudə zaman
19:00 Lyublyanaya avtobusla səyahət (Sloveniya, ~250 km.)
22:00 Oteldə qeydiyyat və asudə zaman
Günün təəssüratı:
Venesiya! Hətta, bu adı eşitmək belə insana təkrarolunmaz bir həzz verir. Biz hələ şəhərin küləklə dünyaya yayılan şöhrətindən danışmırıq?! Elə turistləri də dünyanın hər yerindən bura çəkib gətirən şey budur!
Bu şəhər insanı aşiq olmağa ilhamlandırır. Buranın bütün gəzməli-görməli yerlərini sizə ekskursiya zamanı göstərəcəyik. Venesiya səyəhətindən sonra siz uzun zaman təəssüratlardan ayıla bilməyəcəksiniz.
Cədvəl:
08:00 Oteldə səhər yeməyi
09:00 Budapeştə avtobusla səyahət (Macarıstan, ~470 km.)
21:00 Hava limanına çatdırılma.
Günün təəssüratı:
Avropa turumuz başa çatdı. Amma, buna məyus olmağa ehtiyac yoxdur. Axı, biz dəqiq bilirik ki, bu cür proqramdan sonra, siz Felias Foqq kimi yenidən səyahətə çıxmaq istəyəcəksiniz ki, Avropanın və dünyanın digər şəhərlərini özünüz üçün kəşf edəsiniz.
- Otel 3-4* (6 gecə / 7 gün)
- Qidalanma (Səhər yeməyi)
- Transfer
- Nəqliyyat xidməti
- Ekskursiyalar
- Viza dəstəyi
- Aviabilet
- Səyahət sığortası
- Viza rüsumu