fbpx

Möhtəşəm Beşlik

Möhtəşəm Beşlik

Tur haqqında

290 / 6 gecə - 7 gün

561M

Turu sifariş et

Tarix: İl boyu

Bratislava
Vyana
Çeski Krumlov
Praqa
Drezden
Budapeşt

Turun tarixləri:
20.05.2019

Cədvəl:
08:30 Kollektivin Budapeştdə, Ferens List hava limanında qarşılanması
10:00 Bratislavaya avtobusla gediş (~200 km.)
14:00 Bratislavada oteldə qeydiyyat
15:00 Bratislavada piyada gəzinti

Günün təəssüratı:
Bratislava — zərif paytaxt şəhəri: bu şəhər dünyada yeganə paytaxtdlr ki, iki digər ölkə ilə sərhədlənir. Bunlardan biri Avstriya, digəri isə Macarıstandır. Bratislavanın Kopçanskaya küçəsi Avstriyanın Kitzey kəndinin Alte-Nordzüd-Landeştras küçəsinə keçidə malikdir. Bratislava inanılmaz gözəl şəhərdir. Slovakiyanın müstəqillik əldə etməsindən sonra bura biznes yol açmış,özü ilə birlikdə isə pul və restavrasiya gətirmişdi. Yəni ki, şəhər ildən-ilə gözəlləşir, turistlər üçün daha maraqlı məkana çevrilir. Bratislava qalasıEvangeliya liseyiQədim şəhər, qotların Müqəddəs Martin kilsəsiMixail darvazaları və digər tarixi abidələri siz bizimlə piyada ekskursiya zamanı öyrənəcəksiniz.

Cədvəl:
08:00 Səhər yeməyi
09:00 Vyanaya avtobusla səyahət (Avstriya, ~60 km)
11:00 Vyanada piyada ekskursiya
13:00 Asudə zaman
19:00 Brnoya avtobusla səyahət (Çexiya, ~150 km)
21:00 Brnoda otel qeydiyyatı

Günün təəssüratı:
Heç şübhə yoxdur ki, Vyana nəinki Avropanın, eyni zamanda dünyanın ən qədim şəhərlərindən biridir. Şəhər öz tarixini hələ Roma imperiyası zamanından götürür: sakinlərin görmədiyi şey, daşlarının şahid olmadığı hadisə olmayıb. Bugün isə Vyana valsın, mədəniyyətin şəhəridir. Bura, qalereyalar, muzeylər, nəfis ansambl parkları məskənidir. Vyana, bugünümüzə kimi böyük təhsil ocaqlarına məxsus olan bir çox  cəhətlərini qoruyub saxlayıb. Böyük məbədlər, böyük şəxsiyyətlərin qərargahları, teatrlar, opera zalları,geniş meydan və prospektlər…Vyana haqlı olaraq dünyanın ən gözəl və maraqlı şəhərlərindən biridir. Onu da qeyd edək ki, bu şəhər 2012-ci ildə dərc edilmiş araşdırmaya əsasən, həyat səviyyəsinin yüksəkliyinə görə dünyanın 221 ölkəsi arasında 5 dəfə ard-arda 1-ci yeri tutub. Buna görə də, Avstriyanı möhtəşəm 5-lik səyahətinə daxil etməmək yanlış olardı.

Cədvəl:
07:30 Səhər yeməyi
08:30 Çeski Krumlova avtobusla səyahət (Çexiya, ~240 km)
13:00 Ceski Krumlovda piyada gəzinti
15:00 Asudə zaman
19:00 Praqaya avtobusla səyahət (Çexiya, ~180 km)
21:00 Praqa otelində qeydiyyat

Günün təəssüratı:
Kommunist rejmi zamanı şəhər tənəzzül etsədə, məxməri inqilab dan sonra özünə gələrək, bərpa edilib və hazırda dünyanın ən tanınmış turist mərkəzlərindən biridir. Öz fövqəladə qəsr kompleksi ilə YUNESKO-nun dünya mədəni irsinə daxil olmuş şəhər, həm istirahət etmək istəyən insanları,festival pərəstişkarlarını, həm də romantikaya köklənmiş cütlükləri özünə cəlb edir. Çeski Krumlov əsl nağıllar paytaxtıdır. Burada, hər addımda-qəsrlərdə, parklarda, çayları üzərində, dar küçələrdə, hətta duz şaxtalarında əfsanələr yaşayır. İnsana elə gəlir ki, gecənin bir yarısı evinə qızıl külçə aparan cırtdana rast gələcək.Bu isə həqiqətən mümkündür. Əgər siz buranın yerli mətbəxinin təamlarının dadına baxmaq istəsəniz, ənənəvi pivəsindən içsəniz, bu şəhər sizin yaddaşıınızda əbədi iz buraxacaq.

Cədvəl:
08:00 Səhər yeməyi
09:00 Praqada piyada gəzinti
13:00 Asudə zaman (+Əlavə ekskursiya)

Günün təəssüratı:
Çexiyanın əsas iqtisadi, siaysi və mədəni mərkəzi, turistlərinsə sevimli məkanı! Praqa Avropanın ənənəvi mədəni mərkəzi, dünya şöhrətli bir çox tədbirlərə- “Praqa baharı” və “Praqa payızı”, “Praqa beynəlxalq orqan festivalı”,”Praqa yazıçılar forumu” vəs. tədbirlərə ev sahibliyi etmiş şəhərdir.

Praqada turistlərin gəzintisi və istirahəti üçün  hər zaman yaxşı hava hökm sürür. Günəşli havada şəhəri gəzmək, müqəddəs Vita kilsəsiniKarlov körpüsünü və digər məkanları dolaşmaq insana xüsusi həzz yaşadır. Praqaın istənilən yerinə ürəyiniz istəyən zaman gedib gəzmək mümkündür. Hər addımda qarşınıza çıxan memarlıq abidələri sizi valeh edəcək. Bax, belə şəhərdir-Praqa.

+Əlavə ekskursiya:
Yəqin ki, sizlərdən hər biriniz Praqanın sirli və mistik bir şəhər olduğu haqqında eşitmisiniz. Beləki, klassik piyada ekskursiyası zamanı siz Praqanın özəlliklərindən tam olaraq həzz ala bilməyəcəksiniz.

Çoxları Xodavar pivə kurortu haqqında eşidib. Burada ilk dəfə olaraq pivə spa-prosedurları təşkil edilib. Məhz burada, çex pivə çəkənləri ilk dəfə pivə spa salonu açıblar.

Romantik Praqa! BU şəhər haqqında daha maraqlı hekayələri siz axşam gəzintisi zamanı dinləyəcəksiz. Praqadan sonra isə yolumuz Drezdenə uzanır.

Ekskursiyanın təqribi müddəti 2 saatdır.

Cədvəl:
08:00 Səhər yeməyi
09:00 Asudə zaman (+Drezdenə səyahət, Almaniya, ~160 km)
18:00 Brnodan Drezdenə avtobusla səyahət (Çexiya, ~350 km)
22:00 Brnoda otel qeydiyyatı

Günün təəssüratı:
Şəhər memarlıq abidələri, rəssamlığın ən parlq nümunələri və digər incəsənət nümunələri ilə zəngindir. İkinci dünya müharibəsindən sonra tarixi Yelizaveta körpüsünü əvvəlki kimi bərpa etmək mümkün olmadı. Yeni körpü isə1964-cü ildə istifadəyə verildi.

Bütün dünyada şan qazanmış Drezden qalereyası da ikinci dünya müharibəsindən öz payını almışdı. Qalereya çoxsaylı bombardmanlara məruz qalmış və evakuasiya edilmişdi.  Bu hadisələrdən sonra nadir sənət inciləri olan şəkillərin bəziləri itirildi.

Amma, 221-ci əsrdə  Drezden hər il keçirilən dünya əhəmiyyətli tədbirlərinə ev sahibliyi edən güclü bir şəhərdir. Bugün gözəlliyi ilə insanları cəlb edən məkan Almaniyanın turistlər tərəfindən ən çox sevilən şəhərlərindən biridir.

+Drezdenə səyahət
Bu şəhəri demokratiya nümunəsi də hesab etmək olar,burada hətta itlərə belə kafeyə daxil olmağa icazə var. Drezden- təzadlar şəhəridir. Bura alış-verişin, klassik musiqinin, cəngavərlər döyüşü və ev yeməkləri paytaxtıdır. Məkan cavanları səhərə kimi əyləncə, orta yaşlı insanları isə yerli mətbəxi, alman xidməti və rahatlığı ilə cəlb edir.

Cədvəl:
08:00 Səhər yeməyi
09:00 Budapeştə avtobusla səfər (Macarıstan, ~320 km)
14:00 Budapeştdə otel qeydiyyatı
15:00 Budapeşti piyada ekskursiya
18:00 Asudə vaxt
21:00 Əlavə ekskursiya (Dunay boyu gəzinti)

Günün təəssüratı:
Helbert dağı, Budapeştin mərkəzində 235 mtr yüksəklikdə yerləşir. Bu dağı həm də “əcinnələr dağı” adlandırırlar. Beləki, əfsanəyə görə, məhz burada toplaşırdılar.

Dağlardan Dunay çayı ilə ikiyə ayrılan Peşt və Buduya göz oxşayan mənzərə açılır, müqəddəs Stefan kilsəsiparlament binasıBuda qəsri və digər görməli məkanlar insanı valeh edir. Dağın ətəyinə məşhur çay hamamı və eyni adlı otel də var ki, gələn qonaqlar burada qalıb istirahət edir.

+Əlavə ekskursiya:
Gəzintilər və xoş təəssüratlarla dolu ən gözəl istirahətdən, şampan badəsi ilə şəhərin gecə mənzərəsindən həzz alacaqsınız.

Cədvəl:
08:00 Səhər yeməyi
10:00 Asudə zaman (alış-veriş)
21:00 Hava limanına gediş

  • Otel 3-4* (6 gecə / 7 gün)
  • Qidalanma (Səhər yeməyi)
  • Transfer
  • Nəqliyyat xidməti
  • Ekskursiyalar
  • Viza dəstəyi
Paylaş

Oxşar turlar

turpaketlerAzərbaycan, Paris
Fransa – Belçika – Niderland Turu

970 / 7 gecə - 8 gün

Ətraflı
parise 3 addim
Parisə 3 addım

350 / 6 gecə - 7 gün

Ətraflı
budapest avropa incisi
Avropa İnciləri

290 / 6 gecə - 7 gün

Ətraflı
Təbiət İncisi Alp

300 / 6 gecə - 7 gün

Ətraflı
praqa mohtesem beslik
Möhtəşəm Beşlik

290 / 6 gecə - 7 gün

Ətraflı
budapest avropanin fethi
Avropanın 7 günə fəthi

320 / 6 gecə - 7 gün

Ətraflı
budapest royal ekspres
Royal Ekspres

265 / 6 gecə - 7 gün

Ətraflı
San Remo
Aralıq Dənizi Nağılı

480 / 7 gecə - 8 gün

Ətraflı