fbpx

Royal Ekspres

Royal Ekspres

Tur haqqında

265 / 6 gecə - 7 gün

513M

Turu sifariş et

Tarix: 16 aprel - 01 oktyabr 2018

Budapeşt
Vyana
Krakov
Vroslav
Praqa
Çeski Krumlov

Turun tarixləri:
16.04.2018, 14.05.2018, 11.06.2018, 09.07.2018, 06.08.2018, 03.09.2018, 01.10.2018

Cədvəl:
08:30 Qrupun Budapeştdə Ferens List adına hava limanında qarşılanması
10:00 Budapeşti piyada ekskursiya
14:00 Bratislavaya keçid (~200 km.)
17:00 Bratislavada otelə yerləşmə

Günün təəssüratı:
Budapeşt “Qırmızı bibər muzeyi” ilə  çox məşhur olsa da, bu Budapeşti səyahət etmək üçün başlıca səbəb deyil. Biz, Granit AS Travel ilə sizin Budapeşt səfərinizin unudulmaz olacağına dair sizə zəmanət veririk.

Budapeştin küçələrini gəzərkən, biz uzunluğu 140m, eni 8m olan qalereya ilə əhatələnmiş Balıqçılar Bastionu meydanı ilə tanış olacağıq ki,adına  Balıqçılar bürcü də deyilir. Buradan şəhərə açılan  möhtəşəm panarama sizi Budapeştə daha da aşiq edəcək. Bastiondan biraz aralıda yerləşən və tam 1003 yaşı olan Matias Kilsəsi dəfələrlə yenidənqurma işlərinə məruz qalsa da, öz tarixi əhəmiyyətindən heçnə itirməyib.Bundan başqa, tur zamanı biz sizi Kral sarayı və şəhərin tam mərkəzində yerləşən,möhtəşəmliyi , gözəlliyi ilə görənlərin gözlərini qamaşdıran Vaydaxunyad qalası ilə tanış edəcəyik. Budapeşt görməli yerlərlə zəngin olan gözəl bir şəhərdir. Tarixilik və müasirliyin uğurlu vəhdəti sayılan bu şəhərə səyəhət sizin yaddaşınızda gözəl xatirələri ilə iz buraxacaq.

Cədvəl:
08:00 Səhər yeməyi
09:00 Oteldən Vyanaya gediş (Avstriya, ~60 km)
10:30 Vyanada piyada gəzinti
15:00 İstirahət saatı
19:00 Brno şəhərinə keçid (Çexiya, ~160 km)
20:00 Brnoda oteldə yerləşmə

Günün təssüratı:
Vyana! Avropa tarixinin ən gözəl şahidlərindən sayılan bu şəhər öz qədim və özünəməxsus memarlığı ilə məşhurdur. Piyada gəzinti zamanı, bu dar küçələrdən gəzərək bu şəhər haqqında daha ətraflı peşəkar bələdçimizdən dinləyərək sanki orta əsr Vyanasına səyahət edəcəksiniz.

Cədvəl:
08:00 Səhər yeməyi
09:00 Krakov şəhərinə səyahət (Polşa, ~350 km)
14:00 Krakovda piyada gəzinti
17:00 Krakov otelində yerləşmək
18:00 İstirahət və asudə zaman (əlavə ekskursiya)

Günün təəssüratı:
Krakov sahəsinə görə Polşanın ikinci ən böyük şəhəri olsa da turizm baxımından əsas şəhər hesab edilir. Krakov qədimdə krallığın paytaxt şəhəri olmaqla özünü doğruldub.Baxmayaraq ki, şəhərin çoxdan paytaxt olmaqdan çıxmasına baxmayaraq, kral dəbdəbəsinə onun hər addımında rast gəlinir. Şəhərin maraqlı görməli yerləri və ikinci dünya müharibəsi dövrünə aid abidələri bir çox turisti özünə cəlb edir.Bundan başqa burada keçirilən dünya miqyaslı musiqi və kino festivalları, küçə teatrı günləri şəhərə gələn qonaqların diqqətinə səbəb olur.

Əlavə ekskursiya:
Veliçka Krakov ərazisində yerləşən kiçik şəhərcikdir Veliçkada duz şaxtası və həm də yeraltı duz kilsəsi kimi fəaliyyət göstərən yer var.Əsrlərlə şaxtaçılar burada duz əldə edirdilər. Şaxtanın işinin dayandırılmasının səbəbinin burada çalışan insanların nəslinin tükənməsi olduğuna inanılır. Onlar özlərindən sonra mifik, tarixi və dini personajların heykəlləri şəklində öz vaxtının şəhadətnaməsinin ruhi totemlərini qoydular. Onlar hətta dua etmək üçün kilsələrini belə yaratdılar. İnanılmazdır, amma hətta kilsədəki çılçıraqlar da duzdan düzəldilmişdir. Bu heç də sadə əl əməyi deyil. Hər kəs duzu narın halda görməyə öyrəşib. Burada isə şüşəyə bənzər duzların çılçıraq şəklində olmaları göz oxşayır. Keçən il bu məkan rekor qıraraq 1 708 131 nəfər turist qəbul edib.Şaxtanın ekskursiyası 3 saata qədər davam edir.

Cədvəl:
08:00 Səhər yeməyi
09:00 Vroslav şəhərinə avtobusla səyahət (Polşa, ~270 km)
13:00 Vroslavda piyada gəzinti
15:00 Asudə zaman
17:00 Praqaya keçid  (Çexiya, ~300 km)
21:00 Praqada oteldə yerləşmə

Günün təəssüratı:
Vroslav Polşanın ənfüsunkar şəhərlərindən biridir. Bu gözəl şəhərdə çoxlu körpülərdən keçərək dolaşmaq sizin yaddaşınızda gözəl xatirələr saxlayacaq. Buranın ən böyük özəlliyi, səfər zamanı cırtdan ovuna çıxmaqdır. Bəli,bəli! Düz başa düşdünüz. Məsələn, Berlinə gedəndə ayı, Praqaya gedəndə inək ovuna çıxırlar, amma Vroslavda cırtdan ovuna. Bu şəhərdə cırtdan ovuna çıxmaq ən çox uşaqların sevimli məşğuliyyətidir.  Bu məsələ çox dərin tarixə söykənir.

Cədvəl:
08:00 Səhər yeməyi
09:00 Praqada piyada ekskursiya
13:00 Asudə zaman (+Əlavə ekskursiya)

Günün təəssüratı:
Çoxlu gəzməli yerlərin və tarixi abidələrlə zəngin olması Praqanı həqiqətən turistlərin sevimli şəhərinə çevirib. Praqa Qəsri, Müqəddəs Vitus kilsəsiKral sarayıÇarlz Körpüsü Praqanın ən məşhur məkanlarıdır. “Nağıllar aləminə” bənzər şəhər deyəndə hamının ağlına bir şəhər gəlir – Praqa. 100 dəfə eşitməkdənsə, 1 dəfə gedib görmək yaxşıdır.
Əlavə ekskursiya:
Piyada ekskursiyadan sonra romantik Praqa gəzintisindən həzz almaq istəsəniz siz əlavə olaraq 2 saatlıq gəzinti də sifəriş edə bilərsiniz.

Cədvəl:
07:00 Səhər yeməyi
08:30 Çeski Krumlova gediş  (Çexiya),  ~180 km.
11:00 Piyada ekskursiya
13:00 Asuda vaxt və istirahət (+Əlavə ekskursiya)
16:00 Macarıstana qayıdış (~350 km.)
21:00 Tranzit oteldə yerləşmək

Günün təəssüratı:
Çeski Krumlov Cənubi Bohemiya krallığında orta əsr nağıllarına bənzəyən fövqəladə bir şəhərdir. Bu qədim diyar 1992-ci ilə YUNESKO-nun mədəni irsinə daxil edilib.  Çeski Krumlov qəsri böyüklüyünə görə Praqa qəsrindən sonra 2-ci yerdə gəlir. Qəsrin içərisində 1766-cı ildə Borokko stilində inşa edilmiş teatr yerləşir. Teatr çox qədim olduğuna görə, burada ildə yalnız 3 dəfə istifadəyə verilir. Şəhərdən 10 km aralıda Qızıl Tac adlanan monastr mövcuddur ki, bu da ölkədə ən qədim monastrlardan biri hesab edilir. Qeyri-adi evlər, böyük qala, girintili-çıxıntılı çay. Çeski Krumlov Beşləçəkli qızılgül fevtivalı ilə məşhurdur.

Cədvəl:
08:00 Səhər yeməyi
09:00 Budapeştə qayıdış.
10:00 Asudə zaman (əlavə ekskursiya)
20:30 Hava limanına gediş

Əlavə gəzinti:
Budapeştə gəlib də, Dunay çayında teploxodla gəzməmək günah olar. Bu ekskursiyanın adambaşına düşən qiyməti 20 avrodur ki, bu da sizə 1 saat Dunay çayında teploxodla üzmək imkanı verəcək.

  • Otel 3-4* (6 gecə / 7 gün)
  • Qidalanma (Səhər yeməyi)
  • Transfer
  • Nəqliyyat xidməti
  • Ekskursiyalar
  • Viza dəstəyi
Paylaş

Oxşar turlar

turpaketlerAzərbaycan, Paris
Fransa – Belçika – Niderland Turu

970 / 7 gecə - 8 gün

Ətraflı
parise 3 addim
Parisə 3 addım

350 / 6 gecə - 7 gün

Ətraflı
budapest avropa incisi
Avropa İnciləri

290 / 6 gecə - 7 gün

Ətraflı
Təbiət İncisi Alp

300 / 6 gecə - 7 gün

Ətraflı
praqa mohtesem beslik
Möhtəşəm Beşlik

290 / 6 gecə - 7 gün

Ətraflı
budapest avropanin fethi
Avropanın 7 günə fəthi

320 / 6 gecə - 7 gün

Ətraflı
budapest royal ekspres
Royal Ekspres

265 / 6 gecə - 7 gün

Ətraflı
San Remo
Aralıq Dənizi Nağılı

480 / 7 gecə - 8 gün

Ətraflı