fbpx

Praqa

Praqa

Praqa orta əsrlərdən bəri Avropanın ən gözəl şəhərlərindən biri kimi tanınır. Tez-tez “Avropanın Ürəyi” adlandırılan bu şəhər, bir çox səyahət sevərlər üçün xüsusi yer tutur. Gəzib görməli yerləri ilə ön sıralarda olan Praqa, Çexiyanın ən mühüm iqtisadi və mədəni mərkəzi hesab edilir.

Şəhər mülayim iqlim qurşağına malik olub, yay ayları isti, qış ayları isə soyuq, buludlu, və qarlıdır.

Praqaya necə getmək olar?

Bu bloqda sizə Bakıdan Praqaya getməyin yollarından bəhs edəcəyik. Qeyd edək ki, Çexiya şengen zonasına daxil olduğundan, aviabilet almazdan öncə viza almaq lazımdır. Çexiyaya viza dəstəyi üçün bizə müraciət edə bilərsiniz.

Bakıdan Praqaya getməyin ən sərfəli yolu ilk öncə Bakıdan Budapeştə Wizzairlə birbaşa gedərək, oradan avtobus və ya qatar ilə Praqaya yola düşməkdir. Bu yol ilə siz həm Macarıstanı da görmüş olacaqsınız, həm də aviabiletə qənaət edəcəksiniz. Qatar və ya avtobusla getmək istəmədiyiniz təqdirdə, tranzit uçuşlardan da istifadə edə bilərsiz.

Bakıdan Praqaya getməyin ən asan və rahat yolu isə Bakı və Praqa birbaşa uçuşlarıdır. Hal-hazırda Bakı ilə Praqa arasında birbaşa uçuşlar dayandırılıb, lakin yaxın gələcəkdə yenidən davam edilməsi gözlənilir.

Praqa hava limanı şəhər mərkəzindən 15 km məsafədə yerləşir. Buradan həm taksi, həm ekspress avtobuslar, həm də ictimai nəqliyyat vasitəsi ilə şəhərin mərkəzinə asanlıqla çatmaq mümkündür.

Online bilet almaq

Viza prosesi

Çexiya turist vizasının qiyməti 35 avro təşkil edir. Vizaya müraciəti səyahətinizdən ən tez 2 ay və ən gec 20 gün öncə etməyiniz məsləhət görülür.

Praqa – ən ucuz aviabiletlər (Gediş-dönüş)

[tp_cheapest_flights_shortcodes origin=BAK destination=PRG title=”” paginate=true off_title=true subid=”” currency=”AZN”]

Praqada harada qalmaq olar?

Praqa

Praqada lüks bir səyahət planındasınızsa, o zaman Nove Mesto bölgəsi sizin üçündür. Ümumilikdə lüks otellərdən Iron Gate Hotel & Suites, Jalta Boutique Hotel, Prague Marriott Hotel, Art Deco Imperial Hotel, Cosmopolitan Hotel Prague, Grandium Hotel Prague və digər seçimlər sizə uyğun ola bilər.

Daha uyğun 4 ulduzlu otellərdən Plaza Prague Hotel, Orea Hotel Pyramida Praha, Hotel Cerny Slon, Don Giovanni Hotels Prague, Hotel Taurus, Hotel Aida, və ya münasib qiymətə olan 5 ulduzlu Urban Creme oteli məsləhət görülür.

Əgər siz 3 ulduzlu otel axtarışındasınızsa, Hotel Atos, Hotel Globus, Hotel Wilhelm sizə əlverişli gələ bilər.

Digər tərəfdən, əgər hostel və ya mehmanxanada qalmağı düşünürsüzsə, Hostel Fontana, PLUS Prague, a&o Prague Metro Strizkov, a&o Prague Rhea və digər seçimləri gözdən keçirə bilərsiniz.

Praqada gəzməli yerlər?

1. Karl Körpüsü

Praqa Karl Körpüsü

“Həyatda ən yaxşı şeylərin pulsuzdur” deyən insan yəgin ki, Praqadakı Karl Körpüsünü nəzərdə tuturdu. 14-cü əsrdə inşa edilən Karl körpüsündə edəcəyiniz sadə bir gəzinti Praqa ziyarətinin ən yaddaqalan təcrübələrindən biri olacaq. Bu körpünün inşa edilməsi 1357-ci ildə IV Karlın himayəsində başlayıb və 45 ildən sonra başa çatıb. 17-ci əsrdə heykəllər əlavə edilib və 1870-ci ildən Karl körpüsü adını daşımağa başlayıb.

2. Praqa Köhnə Şəhər Meydanı

Praqa Köhnə Şəhər Meydanı

Praqa Köhnə Şəhər Meydanı, 10-cu əsrdən bəri nisbətən toxunulmazlığını qoruyub saxlayıb. Bu meydanda hər gün müxtəlif turist qrupları açıq hava restoranları ətrafında görmək mümkündür. Meydanın özü Praqanın sahib olduğu ecazkar memarlığa heyran olmaq üçün mükəmməl bir yerdir. Bundan əlavə, küçələr boyu düzülən müxtəlif musiqiçiləri, tacirləri və küçə ifaçılarını görə bilərsiniz.

3. Praqa Qalası

Praqa Qalası

Praqa qalası dünyanın ən böyük qədim qala kompleksidir və Vltava çayının üzərindəki bir təpədə yerləşir. Bir vaxtlar Bohemiya krallarının oturduğu yer hal-hazırda Çexiya prezidentinin iqamətgahı kimi fəaliyyət göstərir. Bu füsunkar və zərif memarlıqdan zövq almaq üçün mütləq baş çəkməyinizi tövsiyyə edirik.

Забронировать экскурсию

4. Müqəddəs Vitus Kafedralı (St. Vitus Cathedral)

Müqəddəs Vitus Kafedralı

Praqa Qala kompleksi daxilində yerləşən Müqəddəs Vitus Kafedralı, ölkənin ən əhəmiyyətli dini ziyarətgahıdır. Tikintisi Qotik dövrdə başlasa da, yalnız 20-ci əsrdə başa çatmışdır. Bu kafedral həm də Bohemiya padşahlarının tacqoyulduğu yerdir, onlardan bir neçəsi binanın döşəməsinin altındakı qəbirlərə basdırılmışdır. Katedralın əsas qülləsindən şəhərin möhtəşəm mənzərəsini izləmək mümkündür.

5. Yəhudi Məhəlləsi

Yəhudi Məhəlləsi Praqa

osefov olaraq bilinən Yəhudi məhəlləsi, Köhnə Şəhər Meydanı və Vltava çayı arasında yerləşir. Bu məhəllənin tarixi XIII əsrdə Praqada yaşayan yəhudilərə evlərini boşaltmaq və bu ərazidə yerləşmək əmri verildiyi zaman başladı. Yəhudilərə şəhərin başqa yerlərində yaşamaları qadağan edilmişdi və eyni zamanda digər Avropa ölkələrindən mühacirətdə olan Yəhudilər də onlara qoşulmuşdu. 19-cu əsrin sonlarında şəhərin yenidən qurulması zamanı bu məhəllədəki bir çox bina dağıdıldı. Lakin, altı sinaqoq da daxil olmaqla bir sıra əhəmiyyətli tarixi bina olduğu kimi qalır. Buraya gəldiyiniz zaman mütləq ziyarət etməli olduğunuz yerlərdəndir.

6. Praqa Milli Muzeyi

Praqa Milli Muzeyi

Yerli mədəniyyəti və tarixi öyrənmək üçün Praqadakı ən gözəl muzeylərdən biri olan Milli muzeyə baş çəkməyiniz məsləhət görülür. Xüsusi ilə də muzeyə böyük sevginiz varsa, Praqada mütləq etməli olduğunuz şeylərdən biridir. Muzeyə giriş böyüklər üçün 200 CZK (7,71 EUR), tələbələr üçün isə 130 CZK (5 EUR) təşkil edir.

7. Astronomik Saat

Astronomik Saat Praqa

15-ci əsrdə inşa edilən bu saat dünyanın ən yaxşı qorunan astronomik saatlarından biri hesab olunur. Demək olar ki, hər gün yüzlərlə turist bu saatı izləmək üçün onun ətrafına toplaşır. Praqaya gəldiyiniz zaman saatın tamamlanmasını burada mütləq müşahidə etməlisiniz.

Praqada Ekskursiyalar

Praqada nə yeməli?

Praqada nə yeməli?

Ət yeməklərindən ən seviləni “Svíčková” sayılır, tərəvəzli sousla və çörək damplinqləri ilə servis edilir. Praqada səyahət edərkən mütləq dadına baxmalı olduğunuz digər bir təam isə “chelibíčky” sayılar. Kiçik ölçülü açıq sendviçlər Çex mətbəxinin əsas məhsulu olub, yolüstü yemək üçün də ideal hesab olunur. Bundan əlavə, ləzzətli yeməkdən sonra şirin bir krepin dadına baxa bilərsiniz. Bunun üçün “Palačinky”, milli krep bükülərək, qaymaq, qoz-fındıq, cem, və meyvə kimi bir sıra əlavələrlə xidmət edilir. Bildiyimiz kimi, Çexiya pivələri ilə çox məşhur sayılır. Praqaya gəldiyiniz zaman yerli çex pivələrinin dadına baxmağı unutmayın.

Açar sözlər: praqada gezmeli yerlər, praqada oteller, praqa gormeli yerler, ucuz oteller, praqada otellerin qiymetleri

Paylaş
Müəllif: