Budapeşt

Budapeşt

Budapeşt – heyranedici mənzərələrinə, sehrli günbatımına, dünyanın ən gözəl binasına sahib olan, eyni zamanda, dadlı yeməkləri və atmosferli əyləncə həyatının xas olduğu şəhər sayılır.  Bir-birindən zəngin abidələri, lakin ən əsas da, 1905-ci ildə inşa edilmiş parlament binası ilə məşhurdur.

Şəhər kontinental iqlimə malikdir, isti yayı və soyuq qışı ilə seçilir.

Budapeştə necə getmək olar?

Budapeşt

Budapeştə getməyin ən tez və rahat yolu Bakıdan WizzAirlə birbaşa uçuşdur. Bakı-Budapeşt reysi üçün birtərəfli biletin qiyməti bel çantası ilə bir yerdə (10 kg) 28 avrodan başlayır. Birbaşa uçuşlar həftədə iki dəfə olmaqla həyata keçirilir və uçuş müddəti təqribən 4-5 saat aralığında davam edir. Nəzərə almaq lazımdır ki, Macarıstan Şengen zonasında yerləşir və buna görə də, gəlməzdən əvvəl şengen vizası almaq lazımdır.

Online bilet almaq

Eyni zamanda, Avropanın digər ölkələrindən də Budapeştə çox sərfəli yollarla səyahət etmək mümkündür. Bu həm avtobus və ya qatarla, həm də low cost hava yolları ilə mümkündür. Bundan əlavə, Bakıdan birbaşa uçuşlar çox baha olduğu təqdirdə Kutaisidən səyahət etmək olar. Bunun üçün qatar və ya avtobusla Tbilisiyə səyahət edib, oradan avtobusla Kutaisi hava limanına getməkdir. Avtobus bileti 20 laridir və www.georgianbus.com saytına daxil olaraq ala bilərsiniz. Tbilisidən Kutaisiyə avtobuslar Puşkin meydanından yola düşür.

250*250 RU

Viza prosesi

Turist vizasının qiyməti 35 avro təşkil edir. Vizaya müraciəti səyahətinizdən ən tez 2 ay və ya ən gec 20 gün öncə etməyiniz məsləhət görülür.

Aşağıdakı cədvəldə hazırki ay və ilin bütün ayları üçün Bakı-Budapeşt uçuş cədvəlini hazırladıq.

Budapeştdə harada qalmaq olar?

Budapeşt

Budapeşt şəhərini Dunay çayı iki hissəyə ayırır – Buda və Peşt. Şəhərin iki hissəsi bir-birinə nə qədər yaxın olsa da, bir-birindən bir qədər fərqlənir.

 

Buda: Şəhərin bu hissəsi sakit və daha çox asudə bir gəzintidən zövq almaq üçün gedilməsi ilə tanınır. Buda, təpəlikdə yerləşdiyinə görə, Dunay çayına və şəhərin Peşt hissəsinə möhtəşəm mənzərəsi ilə fərqlənir. Buda qədim üslubdadır və sakit yaşayış yeri hisssini bağışlayır.

 

Peşt: Şəhərin peşt hissəsi ən çox kosmopolitan xüsusiyyəti ilə fərqlənir. Budapeştin ən çox görməli yerləri, eyni zamanda alış-veriş mərkəzi məhz bu hissəsində yerləşir. Burada qalmaqla hədsiz sayda restoranlardan, kafelərdən, və əyləncə mərkəzlərindən faydalana bilərsiniz. Peşt, Budadan fərqli olaraq, daha çox böyük şəhər hissini bağışlayır.

Budapeştə səyahət etdiyiniz zaman əgər lüks hotel axtarışındasınızsa, o zaman Anantara New York Palace, Corinthia, The Ritz-Carlson Hotel, Mariott otellərini nəzərə ala bilərsiniz.

Bundan əlavə, Danubius Hotel Gellert, Hotel Memories, Expo Congress Hotel, Ambra Hotel, Marmara Hotel Budapest kimi 4 ulduzlu otelləri də gözdən keçirə bilərsiniz.

3 ulduzlu otel axtarırsınızsa, Amber Gardenview Studios, Casati Hotel Superior, Star Inn Hotel Centrum, Promenade City Hotel və digər otelləri seçə bilərsiniz.

Əgər daha kiçik büdcə sərf etmək istəyirsinizsə, mehmanxana və ya hostellərdən Das Nest, Island Hostel, Meander Hostel və digərlərini nəzərə almaq mümkündür.

Budapeştdə gəzməli yerlər?

1. Parlament Binasını ziyarət edin

Budapeşt Parlament Binası

Gotik Dirçəliş tərzində dizayn edilmiş və inşa edilmiş Macarıstan Parlament Binası, Macarıstanın ən böyük binalarından biridir və yüzlərlə parlament nümayəndəliyinə ev sahibliyi edir. Bu nəhəng bina 18.000 kvadratmetri əhatə edir və 1902-ci ildə inşa edilib.

Binanın müəyyən ərazilərinə ekskursiyalar gündəlik olaraq həyata keçirilir və müxtəlif dillərdə aparılır. İçəri girmək üçün passportunuza ehtiyacınız olacaq və çantanız girişdə axtarıla bilər. Burada sifariş edə biləcəyiniz ən çox satılan bələdçi turları var. Qiymətlər tələbələr üçün 9-11 avro (3500 HUF), tələbə olmayanlar üçün isə 18-20 avro (6700 HUF) aralığında dəyişir.

2. Dunay çayı boyunca gəzin

unay Sahilinde Ayaqqabilar

Parlamenti gəzdikdən sonra Dunay çayı boyunca gəzin. Burada siz heykəltaraşlıq və yaşıllıqları izləməklə bərabər, eyni zamanda, İkinci Dünya Müharibəsi illərində burada güllələnən yəhudilərin şərəfinə həsr olunmuş “Dunay sahilindəki ayaqqabılar” adlı yeri ziyarət edə bilərsiniz. Bir kitabınız varsa və ya sadəcə mənzərəyə baxmaq istəyirsinizsə, bu dayanmaq və dincəlmək üçün gözəl bir məkandır.

3. Budapeşt Terror Muzeyi

Budapeşt Terror Muzeyi

Terror muzeyi 20-ci əsrdə olan faşist və kommunist rejimə həsr olunub. Bu muzeyin yerləşdiyi bina, ÁVH (Gizli Polis) və Arrow Cross Party (Macar nasist partiyası) tərəfindən terror hökmranlığı dövründə istifadə edilmişdir. Faşizm zamanında 700 mindən çox Macarın repressiyaya məruz qalmasından və eyni zamanda, o dövrdə həyatlarının nə qədər dəhşətli olmasından bəhs edir. Kommunizm və faşizm dövrü ilə maraqlanırsınızsa, ziyarət etməyiniz tövsiyyə olunur. Zirzəmidəki bəzi həbsxana sahələrini gəzmək imkanı var. Sərgidə hər iki rejim haqqında məlumatlar və bəzi qurbanların ifadələri yer alıb. Muzeyə sərgi üçün bilet təxmini 8,3 avrodur (3000 HUF).

Забронировать экскурсию

4. Fisherman’s Bastionu ziyarət edin.

Budapeşt Fishermans Bastionu

Şəhərin panoramik görünüşünü məhz bu qaladan izləyə bilərsiniz. Fisherman’s Bastion bir orta əsr abidəsinə bənzəsə də, əslində 20-ci əsrin əvvəllərində, neo-Gotik üslubda inşa edilmişdir. Orta əsrlər boyu şəhər divarlarını qorumaqdan məsul olan Balıqçılar Gildiyasının adını daşıyır. Bastionun yeddi qülləsi, Magyar xalqını Karpat hövzəsində yerləşdirməyə kömək edən yeddi Magyar qəbiləsini təmsil edir. Şəhərin möhtəşəm mənzərəsini izləmək üçün gün batana yaxın gəlməyiniz məsləhət görülür.

5. Buda Qəsri

Buda Qəsri Budapeşt

Buda Qəsri (Buda Castle) 13-cü əsrdə monqolların hücumundan qorunmaq üçün inşa edilib. Qəsr təpədə yerləşdiyinə görə ziyarət etmək üçün təpəyə qalxmaq lazımdır. Bunu funiklyorla edərək həm sürətli şəkildə qalanın təpəsinə çata, həm də panoramik mənzərədən zövq ala bilərsiniz. Qeyd edək ki, Buda Qəsri YUNESKO-nun Dünya İrsi Siyahısında yer alır.

6. Stephen Basilica

Budapeşt Stephen Basilica

Budapeşt şəhərinin ən məşhur görməli yerlərindən biri Müqəddəs Stiven Bazilikasıdır. Bu, Macarıstanın ən böyük kilsəsidir. Macarıstanın ilk kralının adını daşıyan kilsə bəzəkli memarlıqdan, möhtəşəm sənət əsərlərindən ibarətdir və böyük bir günbəzlə taclandırılır. 50 ildən sonra, 1905-ci ildə inşası başa çatmışdır. Əsrarəngiz arxitekturası və interyeri ilə seçilən kilsəni, həm özünüz, həm də bələdçi turları ilə ziyarət edə bilərsiniz. Kilsəyə giriş pulsuzdur, lakin 200 Forint ianə etmək məsləhət görülür.

7. Széchenyi Hamamları

Budapeşt Széchenyi Hamamları

Budapeşt şəhəri həm də termal spa hamamları ilə məşhurdur. Széchenyi Hamamları kompleksi də onlardan biri olaraq Avropanın ən geniş şəfalı hamam mərkəzi sayılır. Həm yerli sakinlər, həm də turistlər üçün tez-tez gəlinən yerdir.

Budapeştdə Ekskursiyalar

Budapeştdə nə yeməli?

Budapeştdə nə yeməli?

Macarların özünəxas olan zəngin mətbəxi vardır. Paprika (qırmızı bibər ədviyyatı), bir çox milli yeməklərin ayrılmaz hissəsi sayılır. Ən dadlı yeməkləri qulyaş şorbası və paprikalı toyuq hesab olunur. Qeyd etmək lazımdır ki, Macarıstan ən çox alkoqol qəbul edən ölkələrdən biridir. Ölkənin ən məşhur yerli alkoqollu içkisi müxtəlif meyvələrdən hazırlanan “palinka” sayılır. Alkoqol faizi 40-70 arası olan bu içki, yerli sakinlər tərəfindən bir çox hallarda yeməkdən sonra qəbul edilir. Eyni zamanda, şirin təamlı Tokaji çaxırlarının dadına baxa bilərsiniz. Budapeştdə olduğunuz zaman “street food” sayılan langoşun dadına baxmağı unutmayın. Bundan əlavə, Budapeşti kəşf elədiyniz zaman hər küncdə rastlaya biləcəyiniz şirin çörək – kürtöşkalaçsın dadmağınızı mütləq tövsiyyə edirik.

Ümid edirəm Budapeştlə əlaqədar sizlərə az da olsa faydalı ola bildim. Məqaləni bəyəndizsə dostlarınızla paylaşmağı unutmayın. Növbəti məqalələrdə görüşənədək.

Macarıstandan başlayan qrup turları

Parisə 3 addım

Turun tarixləri: 19.11.2018, 20.11.2018, 21.11.2018, 22.11.2018, 23.11.2018, 24.11.2018, 25.11.2018, 15.04.2019, 16.04.2019, 17.04.2019, 18.04.2019, 19.04.2019, 20.04.2019, 21.04.2019 Turun proqramı Hamısını göstər   Hamısını gizlət 1 gün Bratislava - Budapeşt Расписание: 08:30 Встреча группы в Будапеште (аэропорт им. Ференца Листа) 11:00 Переезд на автобусе в Братиславу (Словакия, ~200...

Avropa İnciləri

Turun tarixləri: 10.12.2018, 08.04.2019 Turun proqramı Hamısını göstər   Hamısını gizlət 1 gün Brno - Budapeşt Расписание: 08:30 Встреча группы в Будапеште (аэропорт им. Ференца Листа) 11:00 Пешеходная прогулка по Будапешту 14:00 Переезд на...

Təbiət İncisi Alp

Turun tarixləri: 19.03.2018, 23.04.2018, 21.05.2018, 18.06.2018, 16.07.2018, 13.08.2018, 10.09.2018, 08.10.2018 Turun proqramı Hamısını göstər   Hamısını gizlət 1 gün Budapeşt Cədvəl: 08:30 Qrupun Budapeştdə, Ferens List adına hava limanında qarşılanması 10:00 Budapeştdə ekskursiya 14:00 Lyublana şəhərinə ...

Açar sözlər: budapestde gezmeli yerlər,  budapestde oteller,  gormeli yerler,  ucuz oteller, budapestde otellerin qiymetleri

Paylaş
Müəllif: