fbpx

Yeni Zelandiya vizası

Yeni Zelandiya vizası almaq, viza dəstəyi

Yeni Zelandiya vizası almağın yolları


Yeni Zelandiya, füsunkar mənzərələri, möhtəşəm milli parkları və rəngarəng mədəniyyəti ilə məşhur olan bir ölkədir. Sakit Okeanda yerləşən bu ada ölkəsi, macəra axtaranlar və təbiət həvəskarları üçün ideal bir məkan kimi tanınır. Yeni Zelandiyanın cazibədarlığı, dağlar, göllər, çimərliklər, yağış meşələri və vulkanik ərazilərin qeyri-adi bir qarışığında gizlidir. Yeni Zelandiya vizası əldə etmək üçün bu məqaləni oxuyun.

Viza nədir?

Viza dəstəyi nədir?

Avropaya viza almaq

Vizasız ölkələr

Yeni Zelandiya vizası növləri


Yeni Zelandiyaya səyahət etmək üçün müxtəlif növ vizalar mövcuddur. Səyahət məqsədinizə uyğun olaraq, uyğun bir viza növünə müraciət etməlisiniz. Yeni Zelandiyanın viza növlərinin qısa izahı:

Yeni Zelandiya turist vizası

Yeni Zelandiyaya qısamüddətli səyahət etmək istəyən turistlər üçün nəzərdə tutulmuşdur. Bu viza ilə ziyarətçilər ümumilikdə 9 aya qədər ölkədə qala bilərlər. Ziyarətçilər turizm, ailə və ya dostları ilə görüş üçün müraciət edə bilərlər.

Tələbə Vizası

Yeni Zelandiyada 3 aydan çox təhsil almaq istəyən tələbələr üçün uyğundur. Bu viza, həm təhsil, həm də təcrübə proqramlarına qatılmağa imkan verir.

İş Vizası

Müvəqqəti iş vizaları ölkədə qısamüddətli işləmək üçün nəzərdə tutulmuşdur. Müxtəlif iş vizaları, xüsusi ixtisaslar və sənaye sektorları üzrə tələblərə uyğun olaraq verilir.

Təqaüdçü Vizası

Təqaüdçülər və ya təqaüdçü olmaq üçün yaxınlaşan şəxslər üçün nəzərdə tutulmuş xüsusi vizadır. Bu viza ilə səyahətçilər ölkədə yaşaya bilər və müəyyən şərtlər daxilində işləmək hüququ əldə edirlər.

İnvestor Vizası

Yüksək məbləğdə investisiya etməyi planlaşdıranlar üçün nəzərdə tutulmuşdur. Bu viza ilə sahibkarlar və sərmayəçilər müəyyən şərtlər daxilində daimi yaşayış icazəsi əldə edə bilərlər.

Ailə birləşməsi vizası

Ailə üzvlərinin bir araya gəlməsi üçün nəzərdə tutulmuşdur. Yeni Zelandiyalı vətəndaşların və ya daimi sakinlərin ailə üzvləri üçün müraciət edilə bilər.

Bu vizalardan hansının sizin səyahət məqsədinizə uyğun olduğunu müəyyənləşdirmək üçün rəsmi hökumət qaydalarına baxmaq və ya müvafiq viza dəstəyi xidməti ilə əlaqə saxlamaq faydalı olacaqdır.

Yeni Zelandiya vizası üçün tələb olunan sənədlər


  • Xarici pasportun əsli və 1-ci səhifəsinin surəti
  • Şəxsiyyəti təsdiq edən sənədin surəti
  • Gediş və dönüş biletlərinin bronu
  • İşlədiyiniz müəssisədən və ya tələbəsinizsə oxuduğunuz təhsil müəssisəsindən arayış
  • Lazımi xərclərin ödənəcəyinin sübutu və ya bankdan arayış
  • Bankdan son 6 ay müddətində etdiyiniz əməliyyatların çıxarışı
  • Bron etdiyiniz hotelin vauçeri və ya sizə göndərilən dəvət məktubu
  • Ən azı 30.000 avro məbləğində, bütün səfər müddəti üçün tibbi sığorta
  • Şəkil 3.5×4.5 sm
  • Hazır ərizə forması

Müraciət zamanı sizə lazım ola biləcək digər sənədlər

  • Əgər evlisinizsə nikah şəhadətnaməsi və bununla yanaşı əgər 18 yaşına çatmamış övladınız (övladlarınız) varsa doğum haqqında şəhadətnamə
  • Azərbaycan Respublikası ali və ya orta təhsil müəssisələrində təhsil alan və vizaya müraciət edən bütün tələbə və şagirdlər həmin təhsil müəssisəsində oxuduğuna dair arayış təqdim etməlidirlər.
  • Təqaüd alanlar üçün təqaüd aldığını sübut edən sənəd və təqaüd kartının çıxarışı təqdim edilməlidir.
  • Əlavə üstünlük kimi əgər adınızda hər hansı daşınan və ya daşınmaz əmlakınız varsa çıxarışları təqdim etmək

Yeni Zelandiya viza müraciəti prosesi


Yeni Zelandiya vizası üçün müraciət onlayn qaydada aparılır. Müsbət qərar alındıqda, viza elektron şəkildə verilir, yəni pasporta viza etiketi vurulmur. Viza qərarı, Yeni Zelandiyanın Moskvadakı səfirliyində verilir. Bir çox halda, müraciət nəzərdən keçirildikdən sonra pasportun əsli yoxlanış üçün tələb oluna bilər. Bu zaman müraciətçi pasportunu ya kuryerlə, ya da şəxsən, səfirliyin Moskvadakı viza mərkəzi olan VFS Global-a göndərməlidir.

Onlayn viza portalında əvvəlcə hesab yaradılır. Daha sonra uyğun viza növü seçilir, onlayn ərizə forması doldurulur və cavablara əsasən tələb olunan sənədlərin siyahısı göstərilir. Bu sənədlərin skan edilmiş versiyası sistemə yüklənməlidir.

Azərbaycan vətəndaşları qısamüddətli turizm, işgüzar səfərlər, tədbirlərdə iştirak və ya ailə və dost ziyarətləri üçün “Visitor visa”ya müraciət etməlidirlər.

Viza rüsumu təxminən 150 ABŞ dolları dəyərindədir. Əlavə olaraq, pasportun əsli tələb olunarsa, VFS Global viza mərkəzinin rüsumu təxminən 22 ABŞ dolları dəyərində olur. Viza rüsumu ərizə forması tamamlandıqdan sonra onlayn şəkildə ödənilir. Viza mərkəzinin rüsumu isə müraciətçi şəxsən getdikdə nağd və ya kartla, pasport kuryer vasitəsilə göndərildikdə isə bank köçürməsi ilə ödənilə bilər.

Qeyd edək ki, əvvəlcədən razılaşma əsasında Moskvadakı səfirlik əvəzinə, Ankaradakı Yeni Zelandiya səfirliyinə də müraciət etmək mümkündür.

Yeni Zelandiyaya viza dəstəyi


Granit AS Travel şirkəti olaraq, 1998-ci ildən bəri turistlərimizə dünyanın bütün ölkələrinə viza dəstəyi göstəririk. Bu sahədəki zəngin təcrübəmiz sayəsində siz, ərizə formunun düzgün qaydada doldurulması, hotel rezervasiyası və aviabiletlərin bron edilməsi kimi xidmətləri rahatlıqla əldə edə bilərsiniz. Biz sizi, səyahətiniz üçün lazım olan sığorta xidmətləri ilə də təmin edirik. Əgər Yeni Zelandiyaya səyahətiniz üçün hələ hotel və aviabilet almamısınızsa, bu xidmətləri sizin üçün həyata keçirə bilərik.

Yeni Zelandiyaya viza almaq üçün bizimlə əlaqə saxlayın:

Tel: +994 12 447 48 43; +994 12 594 18 49
Mob: +994 70 207 48 43+994 70 447 48 43
Bizi izləyin: Facebook | Instagram | Telegram
Ünvan: Hüseyn Cavid 80, Bakı

Paylaş
Müəllif: