Viza nədir?
Viza nədir? – Viza bir ölkənin vətəndaşlarının başqa bir ölkəyə səyahət etmək üçün pasportuna vurulan icazə sənədidir. Əlbəttə ki, bu iki ölkə arasında viza rejimi varsa bu sənədə ehtiyac vardır.
Vizanı haradan almaq olar?
Vətəndaşlar vizanı əldə etmək üçün müvafiq ölkənin səfirilikləri və konsulluqlarına müraciət etməlidirlər.
Viza alarkən tələb olunan sənədlər
Ölkədən asılı olaraq tələb olunan sənədlər dəyişə bilir. Səyahət etdiyiniz ölkəyə hansı sənədlərin zəruri olduğunu müvafiq orqanlardan və səyahət agentliklərindən öyrənə bilərsiniz. Bir çox ölkələrə əsasən aşağıdakı sənədlər lazım olur.
- Xarici passport
- Gediş və dönüş biletlərinin bronu
- İşlədiyiniz müəssisədən və ya tələbəsinizsə oxuduğunuz təhsil müəssisəsindən arayış
- Lazımi xərclərin ödənəcəyinin sübutu və ya bankdan arayış
- Bankdan son 6 ay müddətində etdiyiniz əməliyyatların çıxarışı
- Bron etdiyiniz otelin vauçeri və ya sizə göndərilən dəvət məktubu
- Səyahət sığortası
- Şəkil 3.5×4.5 sm
- Hazır ərizə forması
- Şəxsiyyəti təsdiq edən sənədin və xarici passportun kopyası
Viza müraciəti zamanı nəyə diqqət etməliyik?
Bəzi nüanslar vardır ki, vətəndaşlar viza müraciətində həmin nüanslara fikir verməlidirlər. Bu nüanslar aşağıdakılardır:
- Pasportunuzun etibarlılıq müddətinin bir ildən çox olmasından əmin olun.
- Müsahibə zamanı səfirlik nümayəndəsinin suallarına düzgün cavab verin. Səhv məlumat əsnasında viza almaq şansınız azalır.
- Səlahiyyətli şəxsə, səyahət etdiyiniz ölkəyə məqsədinizin səyahət olduğunu əmin etdirməlisiniz.
- Müraciət edərkən sənədlərinizi düzgün toplayın. Sənədləriniz tam olmalıdır.
- Özünüzün və sizinlə bərabər səyahət edən şəxslərin həmin ölkədə xərclərinin asanlıqla qarşılayacağınızı sübut etməlisiniz. Bunun üçün hesabınızda kifayət qədər vəsait olmalıdır. Dövlət strukturunda işləməyiniz, yüksək əmək haqqınızın olması və ya yüksək gəlirinizin olması viza almaq şansınızı artırır.
Viza müraciəti rədd edilərsə, təkrar müraciət mümkündürmü?
Bəli mümkündür. Əksər səfirliklər viza müraciətlərinə məhdudiyyət qoymurlar. Lakin siz ilk müraciətinizdən sonra rədd cavabı alsanız, əmin olun ki, sonrakı müraciətlərinizdə viza əldə etmək çox çətin bir prosedura çevriləcək. Bəzi vətəndaşlar ilk müraciətlərində işin ciddiliyini nəzərə almayaraq, sənəd yığımında və başqa nüanslarda müəyyən səhvlərə yol verirlər və nəticədə rədd cavabı alırlar.
Şengen vizası nədir?
Çoxlarının arzusudur dünyanı gəzmək, səyahət zamanı yeni yerlər görməklə qalmıyıb yeni mədəniyyətlər kəşf etmiş olursunuz. Avropa mədəniyyətini, şəhərlərin gözəlliyini və tarixin buraxdığı izləri kəşf etmək üçün isə sizlərə Şengen vizası almaq vacib olacaq. Əgər Avropaya getmək istəyir və tək problem kimi vizanı görürsünüzsə Granit AS travel şirkətinin sizə təqdim etdiyi viza dəstəyindən yararlana bilərsiniz.
Şengen vizasının növləri aşağıdakılardır
- Birdəfəli
- İkidəfəli
- Çoxdəfəli
Çoxdəfəli giriş vizasında isə minimum müddəti 6 ay maksimum müddəti isə 5 ildir. Vizanı əldə edən zaman iki xüsusi halı nəzərə almaq lazımdır.
- Vizanın müddəti minimum altı ay olduğundan hər altı ay müddətində 90 günə qədər qalmaq hüququ əldə edirsiniz
- Viza sizə təqdim olunan zaman getmək istədiyiniz ölkənin ərazisində qalmaq istədiyiniz günlərin miqdarına görə verilir
Şengen vizası haqda ətraflı məlumat üçün aşağıdakı linkə keçid edin.
Ölkələr
Açar sözlər: viza nedir, viza haradan almaq olar, teleb olunan senedler, viza rusumu, viza xidmetleri