Şengen Vizası

Şengen Vizası

Şengen vizası – Şengen sözü Lüksemburqun “Şengen” şəhərinin adından götürülüb. 1985-ci ildə bu şəhərdə Avropa ölkələrinin sərhədləri arasında yoxlanışa son qoyan müqavilə imzalanmışdır. Şengen zonasına daxil olan ölkələr Avropa Birliyinin üzvləridir. Yalnız İslandiya və Norveç Avropa Birliyinin üzvləri deyil. Bununla yanaşı Avropa Birliyinin 5 üzvü (Birləşmiş Krallıq, Bolqarıstan, Kipr və Ruminiya) şengen zonasına daxil deyil. Granit AS Travel komandası olaraq müştərilərimizə şengen vizası dəstəyi göstərməkdən məmnunluq hissi duyuruq.

Viza ödənişləri

Viza rüsumu – 35 AVRO

0-12 yaş aralığında olan uşaqlar və təqaüdçülər üçün viza rüsumu tələb olunmur – pulsuz

Viza üçün tələb olunan sənədlər

  • Xarici passport
  • Gediş və dönüş biletlərinin bronu
  • İşlədiyiniz müəssisədən və ya tələbəsinizsə oxuduğunuz təhsil müəssisəsindən arayış
  • Lazımi xərclərin ödənəcəyinin sübutu və ya bankdan arayış
  • Bankdan son 6 ay müddətində etdiyiniz əməliyyatların çıxarışı
  • Bron etdiyiniz otelin vauçeri və ya sizə göndərilən dəvət məktubu
  • Ən azı 30.000 avro məbləğində, bütün səfər müddəti və bütün şengen ölkələri üçün tibbi sığorta
  • Şəkil 3.5×4.5 sm
  • Hazır ərizə forması
  • Şəxsiyyəti təsdiq edən sənədin və xarici passportun kopyası

Müraciət zamanı sizə lazım ola biləcək digər sənədlər

  • Əgər evlisinizsə nikah şəhadətnaməsi və bununla yanaşı əgər 18 yaşına çatmamış övladınız (övladlarınız) varsa doğum haqqında şəhadətnamə
  • Azərbaycan Respublikası ali və ya orta təhsil müəssisələrində təhsil alan və vizaya müraciət edən bütün tələbə və şagirdlər həmin təhsil müəssisəsində oxuduğuna dair arayış təqdim etməlidirlər
  • Nəzərinizə çatdıraq ki, Macarıstan və Yunanıstan səfirlikləri viza müraciəti zamanı Elektron Hökumət Portalından rəsmi iş yeri haqqında çıxarış tələb edirlər.
  • Əlavə üstünlük kimi əgər adınızda hər hansı daşınan və ya daşınmaz əmlakınız varsa çıxarışları təqdim etmək

Qeyd: Passport və şəxsiyyət vəsiqəsinin surətlərindən başqa digər lazım olan bütün sənədlər inglis dilində və ya ingilis dilinə tərcümə olunmuş və notariatda təsdiq olunmuş olmalıdır.

Şəklin çəkilmə qaydası

  • Şəkilin çəkilmə müddəti altı aydan gec olmamalıdır.
  • 3.5 sm x 4.5 sm ölçüdə olmalıdır.
  • Parlaq olmayan bir fonda çəkilməlidir.
  • Şəklin fonun tünd olmamasına diqqət edilməlidir.
  • Şəkildə bədənin əsasən çiyindən yuxarı hissəsinin olmasına diqqət yetirilməlidir, odur ki, şəkilin 70-80% – i üz nahiyəsindən ibarət olmalıdır.

Əməliyyat müddəti

Şengen vizasına etdiyiniz müraciətin cavabı sizə 3 – 14 iş günü müddətində verilir.

Qeyd: Vizaların verilməsi birbaşa Konsulluq ilə əlaqəlidir, buna görə də Granit AS şirkəti olaraq vizaların verilməsinə tam zəmanət vermirik. Bütün qərarlar Konsulluğa məxsusdur. Turpaket alan müştərilərimiz üçün viza dəstəyi pulsuzdur.

Ətraflı məlumat

☎: +994 12 447 48 43
?: +994 70 447 48 43
?: Telegram: @granitas
?: Nizami 77/9, Bakı
?[email protected]
➡www.granitas.az

Whatsappla birbaşa əlaqə üçün linkə daxil olun ? http://bit.ly/2Hp9u6M

Açar sözlər: şengen vizası, şengen viza dəstəyi, şengen vizası üçün ərizə, şengen viza üçün tələb olunan sənədlər, şengen vizası almaq, şengen vizası üçün ərizə forması