
Xorvatiyaya viza almağın yolları
Xorvatiya, Adriatik dənizi sahillərində yerləşən, zəngin tarixi və təbii gözəllikləri ilə tanınan bir Avropa ölkəsidir. Bu ölkə hər il milyonlarla turisti, bənzərsiz adaları, qədim şəhərləri və milli parkları ilə cəlb edir. Xorvatiyanın paytaxtı Zaqrebdəki tarixi abidələr və muzeylər, ziyarətçilərə ölkənin mədəni irsini yaxından tanımaq imkanı verir. Dubrovnik, Split və Zadar kimi şəhərlər isə UNESCO Dünya İrsi siyahısında yer alan qədim qalaları, dar küçələri və möhtəşəm dəniz mənzərələri ilə məşhurdur. Xorvatiya mətbəxi də Aralıq dənizi təsiri ilə zənginləşmiş, dəniz məhsulları, zeytun yağı və yerli şərabları ilə seçilir. Xorvatiya səyahəti, Avropanın ən gözəl sahil xətlərindən birini və qədim mədəniyyətini kəşf etmək üçün unudulmaz bir təcrübə vəd edir. Viza əldə etmə prosesi, Avropa Birliyi üzvü olan bir çox ölkəyə nisbətən daha asandır. Bu gözəl ölkəni kəşf etmək və Xorvatiyaya viza məlumatları üçün bu məqaləni oxuyun. Qeyd edək ki, şirkətimiz tərəfindən Xorvatiyaya turlar əldə etdiyiniz zaman viza dəstəyi xidməti pulsuz olaraq həyata keçirilir.
Xorvatiya üçün viza növləri və viza müraciətində ipucları
Şengen vizası ilə Xorvatiyaya səyahət
Xorvatiyaya səfər üçün əsasən aşağıdakı viza növləri mövcuddur: turizm vizası, ailə və dost ziyarəti, işgüzar səfər, təhsil, mübadilə proqramları, tibbi müayinə və müalicə. Əgər Xorvatiyada 90 gündən artıq qalmaq, təhsil almaq və ya işləmək istəyirsinizsə, milli (D tipi) vizaya müraciət etməlisiniz. Qısa müddətli səfərlər üçün isə Şengen vizası kifayətdir.
Xorvatiya artıq Şengen zonasının tamhüquqlu üzvüdür. Bu o deməkdir ki, etibarlı Şengen vizası ilə Xorvatiyaya səfər edə bilərsiniz və bu viza ilə digər Şengen ölkələrinə də sərbəst şəkildə səyahət etmək mümkündür. Şengen vizası 90 günədək qısa müddətli səfərlər üçün nəzərdə tutulub və turizm, iş, təhsil, ailə ziyarəti və digər məqsədlər üçün istifadə oluna bilər.
Milli viza ilə uzunmüddətli imkanlar
Əgər Xorvatiyada 90 gündən artıq qalmaq, təhsil almaq və ya işləmək istəyirsinizsə, milli (D tipi) vizaya müraciət etməlisiniz. Bu viza növü üçün adətən rəsmi dəvət məktubu, qəbul sənədi və digər əlavə sənədlər tələb olunur. Milli viza sizə ölkədə uzun müddət yaşamaq və işləmək imkanı verir.
Viza müraciətində ipucları
Xorvatiya vizası almaq üçün əsas şərtlərdən biri, səfərinizin məqsədini və planınızı dəqiq göstərməkdir. Bank hesabınızda səyahət xərclərini tam əhatə edəcək məbləğdə vəsaitin olması, rəsmi iş yerinizin və ya təhsil müəssisəsinin arayışını təqdim etmək, otel və aviabilet bronlarını əlavə etmək vacibdir. Sənədlərin bir hissəsi ingilis dilində və notarial qaydada təsdiqlənməlidir. Əvvəllər alınmış Şengen vizaları və səyahət tarixçəniz viza alma şansınızı artırır.
Xorvatiya şengen vizası üçün tələb olunan sənədlər
- Xarici pasportunuzun əsli və 1-ci səhifəsinin surəti
- Şəxsiyyəti təsdiq edən sənədin surəti
- Gediş və dönüş biletlərinin bronu
- İşlədiyiniz müəssisədən və ya tələbəsinizsə oxuduğunuz təhsil müəssisəsindən arayış
- Lazımi xərclərin ödənəcəyinin sübutu və ya bankdan arayış
- Bankdan son 6 ay müddətində etdiyiniz əməliyyatların çıxarışı
- Bron etdiyiniz hotelin vauçeri və ya sizə göndərilən dəvət məktubu
- Ən azı 30.000 avro məbləğində, bütün səfər müddəti və bütün şengen ölkələri üçün tibbi sığorta
- Şəkil 3.5×4.5 sm
- Hazır ərizə forması
Müraciət zamanı sizə lazım ola biləcək digər sənədlər
- Əgər evlisinizsə nikah şəhadətnaməsi və bununla yanaşı əgər 18 yaşına çatmamış övladınız (övladlarınız) varsa doğum haqqında şəhadətnamə
- Azərbaycan Respublikası ali və ya orta təhsil müəssisələrində təhsil alan və vizaya müraciət edən bütün tələbə və şagirdlər həmin təhsil müəssisəsində oxuduğuna dair arayış təqdim etməlidirlər.
- Təqaüd alanlar üçün təqaüd aldığını sübut edən sənəd və təqaüd kartının çıxarışı təqdim edilməlidir.
- Əlavə üstünlük kimi əgər adınızda hər hansı daşınan və ya daşınmaz əmlakınız varsa çıxarışları təqdim etmək
Xorvatiya şengen vizası müraciət prosesi
Xorvatiyaya viza almaq üçün Xorvatiyanın Azərbaycandakı səfirliyinə və ya viza mərkəzinə müraciət edə bilərsiniz. Viza qərarı səfirliyin konsulluq şöbəsi tərəfindən verilir. Sənədlərinizi şəxsən təqdim etməli və qısa müsahibədən keçməlisiniz.
Viza görüşü
Səfirliyə sənədlərinizi təqdim etmədən əvvəl mütləq viza görüşü təyin etməlisiniz. Viza müraciətinizi səyahət tarixinizdən 1-6 ay öncə edə bilərsiniz və sənədlərinizi şəxsən təqdim etməlisiniz. Viza görüşü üçün vaxt səyahət tarixinizə uyğun təyin edilir.
Səfirlikdə müsahibə
Sənədlərinizi təqdim etdikdən sonra səfirlikdə konsulla qısa bir müsahibə keçiriləcək. Bu müsahibədə sizdən şəxsi məlumatlarınız, həyat tərziniz, səyahət planlarınız və məqsədləriniz haqqında suallar soruşula bilər. Nəzərə alın ki, müsahibə zamanı verilən yanlış məlumatlar viza rəddinə səbəb ola bilər.
Viza təsdiqlənmə müddəti
Şengen viza prosesi adətən 10-15 iş günü davam edir, lakin cavabın verilmə müddəti daha qısa və ya uzun ola bilər. Bu müraciət etdiyiniz zamana bağlıdır.
Viza rüsumu
Viza rüsumu olaraq 35 avro tələb olunur. Bu məbləğ milli valyuta olan manatla nağd şəkildə ödənilir. Rüsumun məbləği səfirlikdə günün məzənnəsinə əsasən tənzimlənir.
Xorvatiyaya viza dəstəyi
Granit AS Travel şirkəti olaraq, 1998-ci ildən bəri turistlərimizə dünyanın bütün ölkələrinə viza dəstəyi göstəririk. Bu sahədəki zəngin təcrübəmiz sayəsində siz, ərizə formunun düzgün qaydada doldurulması, hotel rezervasiyası və aviabiletlərin bron edilməsi kimi xidmətləri rahatlıqla əldə edə bilərsiniz. Biz sizi, səyahətiniz üçün lazım olan sığorta xidmətləri ilə də təmin edirik. Əgər Xorvatiyaya səyahətiniz üçün hələ hotel və aviabilet almamısınızsa, bu xidmətləri sizin üçün həyata keçirə bilərik.
Xorvatiyaya viza almaq üçün bizimlə əlaqə saxlayın:
Tel: +994 12 447 48 43; +994 12 594 18 49
Mob: +994 70 207 48 43; +994 70 447 48 43
Bizi izləyin: Facebook | Instagram | Telegram
Ünvan: Hüseyn Cavid 80, Bakı