Yaponiyaya viza almağın yolları: Praktik bilgilər
Yaponiya, zəngin mədəniyyəti, tarixi və texnologiya ilə tanınan bir ölkə olaraq turizm üçün çox cəlbedici bir məkandır. Gözəl məbədlər, müasir şəhərlər, dağ mənzərələri və müxtəlif təbiət möcüzələri ilə Yaponiya ziyarətçilərə geniş bir turizm təcrübəsi təqdim edir. Yaponiyaya səyahət etməyi düşünənlər üçün əsas yerlər və təcrübələrdən bəziləri:
Tokio: Yaponiya paytaxtı və dünyanın ən böyük şəhərlərindən biri olan Tokio, yüksək texnologiyalı şəhər həyatı və ənənəvi yapon mədəniyyətini birləşdirir. Ginza alış-veriş rayonu, Şibuya keçidi və İmperator Sarayı kimi yerlər buranı maraqlı edir. Bundan əlavə, ziyarətçilər Akihabara’da texnologiya, Asakusa’da isə Sensoji məbədini ziyarət edə bilərlər.
Kyoto: Keçmiş paytaxt Kyoto, Yaponiyanın ənənəvi mədəniyyətini əks etdirən məbədlər, zen bağları və çay evləri ilə məşhurdur. Kinkakuji (Qızıl Pavilyon), Fushimi Inari Taisha və Kiyomizu-dera kimi tarixi məkanlar burada ziyarətçiləri cəlb edir.
Osaka: Müasir bir şəhər olan Osaka, öz canlı gecə həyatı, möhtəşəm yeməkləri və Universal Studios Japan əyləncə parkı ilə tanınır. Ayrıca, Osaka Qalası və Dotonbori bölgəsi də burada ziyarətçilərin sevdiyi məkanlardır.
Hiroshima: Tarixlə maraqlananlar üçün Hiroshima şəhəri, 1945-ci ildə atom bombasının vurduğu yerdir və Sülh Abidəsi və Sülh Parkı ilə tanınır.
Hokkaido: Yaponiyanın ən şimal adası olan Hokkaido, qış idman növləri və təbiət sevərlər üçün ideal bir məkandır. Niseko dağ-xizək kurortu və Shiretoko Milli Parkı məşhurdur.
Fuji Dağı: Yaponiya’nın ən yüksək zirvəsi olan Fuji Dağı, həm təcrübəli alpinistlər, həm də bu gözəl dağa sadəcə heyran olmaq istəyənlər üçün məşhurdur. Yaz və yayda burada alpinizm etmək ən yaxşı zamandır.
Yapon Yeməkləri: Yaponiyanın təcrübə ediləcək ən böyük mədəni cəhətlərindən biri də onun yeməkləridir. Sushi, ramen, tempura və wagyu ətləri kimi yeməklər dünya miqyasında məşhurdur və ziyarətçilər tərəfindən çox sevilir.
Qeyd edək ki, şirkətimiz tərəfindən Yaponiyaya turlar əldə etdiyiniz zaman viza dəstəyi xidməti pulsuz olaraq həyata keçirilir. Yaponiyaya viza almaq üçün bizə müraciət edin və vizanızı rahatlıqla əldə edin.
Yaponiya üçün viza növləri
Turist vizası ilə Yaponiyaya səyahət
Yaponiyaya viza da giriş növünə görə birdəfəlik və çoxdəfəlik olaraq verilir.
- Birdəfəlik giriş vizası: Bu viza adətən 15 gündən 90 günə qədər etibarlıdır. Bu viza müraciətinin işlənməsi ümumiyyətlə 5 iş günü çəkir, lakin bəzi hallarda bir həftədən çox çəkə bilər.
- Çoxdəfəlik giriş vizası: Bu viza, müraciətçinin vəziyyətindən asılı olaraq 3 ildən 5 ilə qədər etibarlıdır. Çoxdəfəlik vizaların işlənməsi də adətən 5 iş günü tələb edir, lakin bəzi hallarda proses daha uzun sürə bilər.
Yaponiya vizası üçün müraciət etdikdə, hər iki viza növü üçün uyğun sənədləri hazırlamaq vacibdir.
Yaponiya vizası üçün tələb olunan sənədlər
- Xarici pasportunuzun əsli və 1-ci səhifəsinin surəti
- Şəxsiyyəti təsdiq edən sənədin surəti
- Gediş və dönüş biletlərinin bronu
- İşlədiyiniz müəssisədən və ya tələbəsinizsə oxuduğunuz təhsil müəssisəsindən arayış
- Lazımi xərclərin ödənəcəyinin sübutu və ya bankdan arayış
- Bankdan son 6 ay müddətində etdiyiniz əməliyyatların çıxarışı
- Bron etdiyiniz hotelin vauçeri və ya sizə göndərilən dəvət məktubu
- Ən azı 30.000 avro məbləğində, bütün səfər müddəti və bütün şengen ölkələri üçün tibbi sığorta
- Şəkil 3.5×4.5 sm
- Hazır ərizə forması
Müraciət zamanı sizə lazım ola biləcək digər sənədlər
- Əgər evlisinizsə nikah şəhadətnaməsi və bununla yanaşı əgər 18 yaşına çatmamış övladınız (övladlarınız) varsa doğum haqqında şəhadətnamə
- Azərbaycan Respublikası ali və ya orta təhsil müəssisələrində təhsil alan və vizaya müraciət edən bütün tələbə və şagirdlər həmin təhsil müəssisəsində oxuduğuna dair arayış təqdim etməlidirlər.
- Təqaüd alanlar üçün təqaüd aldığını sübut edən sənəd və təqaüd kartının çıxarışı təqdim edilməlidir.
- Əlavə üstünlük kimi əgər adınızda hər hansı daşınan və ya daşınmaz əmlakınız varsa çıxarışları təqdim etmək
Qeyd: Pasport və şəxsiyyət vəsiqəsinin surətlərindən başqa digər lazım olan bütün sənədlər ingilis dilinə tərcümə olunmuş və notariatda təsdiq olunmuş olmalıdır.
Əgər sahibkar kimi fəaliyyət göstərirsinizsə, işlə bağlı sənədləriniz kimi VÖEN-in ingilis dilində tərcüməsi və notarial qaydada təsdiqi, Vergilər Nazirliyindən alınmış dövriyyəniz haqqında arayışı və şirkətinizin reyestrdən çıxarışını səfirliyə təqdim edə bilərsiniz. İşsizsinizsə, təhsil alırsınızsa, ya da başqa bir şəxs səyahətinizin xərclərini ödəyəcəksə, həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayışı və bank hesabı məlumatlarını (sizin və ya sponsorunuzun adına) təqdim etməlisiniz. Ailə bağlarınızı sübut edən sənədlər (doğum və ya nikah şəhadətnamələri) və sponsorluğa dair sənədlər də tələb oluna bilər. Əgər müraciət edən şəxs 18 yaşdan kiçikdirsə, valideynlərindən biri ilə səyahət edirsə, digər valideynindən ölkədən çıxmağa dair icazənin surəti təqdim edilməlidir.
Sənədləriniz təsdiqləndikdən sonra, viza prosedurunuzun həyata keçirilməsi zamanı Yaponiya səfirliyi tərəfindən sizinlə əlaqə saxlanılacaq və mümkündür ki, əlavə sənədlər təqdim etməyiniz tələb olunsun. Zaman-zaman, Yunanıstan səfirliyi vizanın təsdiqlənməsi üçün sizdən hotel rezervasiyalarınızı və ya bu rezervasiyaların rəsmi təsdiqini təqdim etməyinizi tələb edə bilər.
Yaponiyaya viza dəstəyi
Granit AS Travel şirkəti olaraq, 1998-ci ildən bəri turistlərimizə dünyanın bütün ölkələrinə viza dəstəyi göstəririk. Bu sahədəki zəngin təcrübəmiz sayəsində siz, ərizə formunun düzgün qaydada doldurulması, hotel rezervasiyası və aviabiletlərin bron edilməsi kimi xidmətləri rahatlıqla əldə edə bilərsiniz. Biz sizi, səyahətiniz üçün lazım olan sığorta xidmətləri ilə də təmin edirik. Əgər Yaponiyaya viza müraciətiniz üçün hələ hotel və aviabilet almamısınızsa, bu xidmətləri sizin üçün həyata keçirə bilərik.
Yaponiyaya viza almaq üçün bizimlə əlaqə saxlayın:
Tel: +994 12 447 48 43; +994 12 594 18 49
Mob: +994 70 207 48 43; +994 70 447 48 43
Bizi izləyin: Facebook | Instagram | Telegram
Ünvan: Hüseyn Cavid 80, Bakı