fbpx

Yunanıstana viza dəstəyi

Yunanıstana viza dəstəyi, Yunanıstan vizası almaq

Yunanıstana viza almağın yolları: Praktik bilgilər


Yunanıstan, Ağdəniz sahillərində yerləşən, antik tarixi, zəngin mədəniyyəti ilə tanınan bir Avropa ölkəsidir. Bu ölkə hər il milyonlarla turisti, bənzərsiz adaları, şəhərləri və arxeoloji yerləri ilə cəlb edir. Yunanıstanın paytaxtı Afinadakı Parthenon və Delphi kimi tarixi abidələr, ziyarətçilərə qədim dünyanın ruhunu hiss etmək imkanı verir. Santorini, Mikonos və Rodos kimi adalar isə mavi suları və gözəl qumsalları ilə məşhurdur. Yunan mətbəxi də öz zeytun yağı, şərab və tazə dəniz məhsulları ilə dünyaca məşhurdur. Yunanıstan səyahəti, Avropa’nın ən qədim mədəniyyətlərindən birinə dair dərin bir təcrübə vəd edir. Viza əldə etmə prosesi, Avropa Birliyi üzvü olan bir çox ölkəyə nisbətən daha asandır. Bu qədim diyarı kəşf etmək və Yunanıstana viza məlumatları üçün bu məqaləni oxuyun. Qeyd edək ki, şirkətimiz tərəfindən Yunanıstana turlar əldə etdiyiniz zaman viza dəstəyi xidməti pulsuz olaraq həyata keçirilir.

Yunanıstan üçün viza növləri və viza müraciətində ipucları


Şengen vizası ilə Yunanıstana səyahət

Yunanıstan, Şengen Zonasının bir hissəsi kimi, turistlərə, iş adamlarına və təhsil ala biləcək tələbələrə müxtəlif səbəblər üzrə vizalar təklif edir. Bu vizalar, qısa müddətli ziyarətlər üçün idealdır və turizm, iş, tibbi səbəblər, qısamüddətli təhsil və digər qeyri-daimi səfərlər üçün müraciət edilə bilər. Ən məşhur vizalardan biri olan Şengen vizası, sizə Yunanıstanda 90 günə qədər qalmağınız üçün imkan verir və təkcə Yunanıstan deyil, bütün Şengen zonasında sərbəst hərəkət etməyə imkan tanıyır.

Milli viza ilə uzunmüddətli imkanlar

Daha uzun müddətli qalmalar üçün, məsələn təhsil və ya iş təklifləri kimi, Yunanıstan milli vizasına müraciət edə bilərsiniz. Bu viza növü, ölkədə 90 gündən daha uzun müddət qalmaq istəyən şəxslər üçün nəzərdə tutulub. Ehtiyacınız olan rəsmi dəvət və ya qəbul məktubları ilə birlikdə, bu viza sizə təhsil və ya iş məqsədləri üçün ölkədə qalmaq imkanı verir.

Viza müraciətində ipucları

Yunanıstan vizası almaq üçün, ilk növbədə səyahətiniz boyunca ən çox vaxtınızı keçirəcəyiniz ölkə kimi Yunanıstanı göstərməlisiniz. Yunanıstan Şengen vizası alaraq, siz digər Şengen ölkələrinə də səyahət edə bilərsiniz, lakin Şengen zonasına ilk dəfə girişinizi Yunanıstandan etmək məsləhət görülür. Əks halda, başqa bir Şengen ölkəsində problem yaşayaraq, sərhəd xidməti tərəfindən geri qaytarılma riskiniz artır.

Yunanıstana səfəriniz üçün Şengen vizası almaq istəyirsinizsə, ərizə profilinizin hər bir detalı böyük əhəmiyyət kəsb edir. Sabit bir işə və müntəzəm gəlirə sahib olmaq Yunanıstana viza almaq ehtimalını artıracaqdır. Aylıq gəlirinizin 400-500 AZN arasında olması ümumiyyətlə kifayət hesab olunur. Səyahət xərclərinizi rahat ödəyə biləcəyiniz məbləğdə pulunuzun olması və ölkənizdə güclü sosial bağlara sahib olmağınız, məsələn, adınıza qeydiyyatlı əmlakınızın olması, 18 yaşdan aşağı uşağınızın olması və onun sizin səyahət müddətində ölkədə qalması viza verilmə şansını artırır.

Əvvəllər əldə edilmiş Şengen vizaları Yunanıstana viza alma ehtimalını daha da artırır, lakin ilk vizanız üçün rahatlıqla Yunanıstan Səfirliyinə müraciət edə bilərsiniz.

Yunanıstan şengen vizası üçün tələb olunan sənədlər


  • Xarici pasportunuzun əsli və 1-ci səhifəsinin surəti
  • Şəxsiyyəti təsdiq edən sənədin surəti
  • Gediş və dönüş biletlərinin bronu
  • İşlədiyiniz müəssisədən və ya tələbəsinizsə oxuduğunuz təhsil müəssisəsindən arayış
  • Lazımi xərclərin ödənəcəyinin sübutu və ya bankdan arayış
  • Bankdan son 6 ay müddətində etdiyiniz əməliyyatların çıxarışı
  • Bron etdiyiniz hotelin vauçeri və ya sizə göndərilən dəvət məktubu
  • Ən azı 30.000 avro məbləğində, bütün səfər müddəti və bütün şengen ölkələri üçün tibbi sığorta
  • Şəkil 3.5×4.5 sm
  • Hazır ərizə forması

Müraciət zamanı sizə lazım ola biləcək digər sənədlər

  • Əgər evlisinizsə nikah şəhadətnaməsi və bununla yanaşı əgər 18 yaşına çatmamış övladınız (övladlarınız) varsa doğum haqqında şəhadətnamə
  • Azərbaycan Respublikası ali və ya orta təhsil müəssisələrində təhsil alan və vizaya müraciət edən bütün tələbə və şagirdlər həmin təhsil müəssisəsində oxuduğuna dair arayış təqdim etməlidirlər.
  • Təqaüd alanlar üçün təqaüd aldığını sübut edən sənəd və təqaüd kartının çıxarışı təqdim edilməlidir.
  • Nəzərinizə çatdıraq ki, Macarıstan və Yunanıstan səfirlikləri viza müraciəti zamanı Elektron Hökumət Portalından rəsmi iş yeri haqqında çıxarış tələb edirlər.
  • Əlavə üstünlük kimi əgər adınızda hər hansı daşınan və ya daşınmaz əmlakınız varsa çıxarışları təqdim etmək

Qeyd: Pasport və şəxsiyyət vəsiqəsinin surətlərindən başqa digər lazım olan bütün sənədlər ingilis dilinə tərcümə olunmuş və notariatda təsdiq olunmuş olmalıdır.

Əgər sahibkar kimi fəaliyyət göstərirsinizsə, işlə bağlı sənədləriniz kimi VÖEN-in ingilis dilində tərcüməsi və notarial qaydada təsdiqi, Vergilər Nazirliyindən alınmış dövriyyəniz haqqında arayışı və şirkətinizin reyestrdən çıxarışını səfirliyə təqdim edə bilərsiniz. İşsizsinizsə, təhsil alırsınızsa, ya da başqa bir şəxs səyahətinizin xərclərini ödəyəcəksə, həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayışı və bank hesabı məlumatlarını (sizin və ya sponsorunuzun adına) təqdim etməlisiniz. Ailə bağlarınızı sübut edən sənədlər (doğum və ya nikah şəhadətnamələri) və sponsorluğa dair sənədlər də tələb oluna bilər. Əgər müraciət edən şəxs 18 yaşdan kiçikdirsə, valideynlərindən biri ilə səyahət edirsə, digər valideynindən ölkədən çıxmağa dair icazənin surəti təqdim edilməlidir.

Sənədləriniz təsdiqləndikdən sonra, viza prosedurunuzun həyata keçirilməsi zamanı Yunanıstan səfirliyi tərəfindən sizinlə əlaqə saxlanılacaq və mümkündür ki, əlavə sənədlər təqdim etməyiniz tələb olunsun. Zaman-zaman, Yunanıstan səfirliyi vizanın təsdiqlənməsi üçün sizdən hotel rezervasiyalarınızı və ya bu rezervasiyaların rəsmi təsdiqini təqdim etməyinizi tələb edə bilər.

Viza almaq üçün səyahət xərcləri nə qədər olmalıdır?

Səyahət xərclərinizi ödəmək üçün bank hesabınızdakı məbləğ, səyahət planlarınıza və Şengen zonasında qalacağınız müddətə bağlı olaraq dəyişir. Ümumiyyətlə, bir həftəlik səyahət üçün hesabınızda ən az 3000-4000 AZN (və ya ekvivalenti məbləğ) olmalıdır. Hesabınızda olması tələb olunan məbləği hesablayarkən, uçuş və hotel bronlarınızın maliyyətini və Şengen zonasında hər gün üçün nəzərdə tutulan orta xərci (təxminən 100-200 avro) toplayın.

Yunanıstan şengen vizası müraciət prosesi


Yunanıstanın Azərbaycandakı səfirliyinə Yunanıstan Şengen vizası üçün müraciət edə bilərsiniz. Viza qərarı səfirliyin konsulluq şöbəsi tərəfindən, konsulun özü tərəfindən verilir.

Viza görüşü təyinatı

Görüşün təyin olunması səyahət tarixinizə bağlı olaraq dəyişir; səyahətiniz nə qədər gec olarsa, görüş vaxtınız da o qədər sonraya təyin edilə bilər.

Səfirlikdə müsahibə

Sənədlərinizi təqdim etdikdən sonra səfirlikdə konsulla qısa bir müsahibə keçiriləcək. Bu müsahibədə sizdən şəxsi məlumatlarınız, həyat tərziniz, səyahət planlarınız və məqsədləriniz haqqında suallar soruşula bilər. Nəzərə alın ki, müsahibə zamanı verilən yanlış məlumatlar viza rəddinə səbəb ola bilər.

Viza görüşünün zəruriliyi

Səfirliyə sənədlərinizi təqdim etmədən əvvəl mütləq viza görüşü təyin etməlisiniz. Viza müraciətinizi səyahət tarixinizdən 1-6 ay öncə edə bilərsiniz və sənədlərinizi şəxsən təqdim etməlisiniz.

Viza təsdiqlənmə müddəti

Şengen viza prosesi adətən 10-15 iş günü davam edir, lakin cavabın verilmə müddəti daha qısa və ya uzun ola bilər. Bu müraciət etdiyiniz zamana bağlıdır.

Viza rüsumu

Viza rüsumu olaraq 35 avro tələb olunur. Bu məbləğ milli valyuta olan manatla nağd şəkildə ödənilir. Rüsumun məbləği səfirlikdə günün məzənnəsinə əsasən tənzimlənir.

Yunanıstana viza dəstəyi


Granit AS Travel şirkəti olaraq, 1998-ci ildən bəri turistlərimizə dünyanın bütün ölkələrinə viza dəstəyi göstəririk. Bu sahədəki zəngin təcrübəmiz sayəsində siz, ərizə formunun düzgün qaydada doldurulması, hotel rezervasiyası və aviabiletlərin bron edilməsi kimi xidmətləri rahatlıqla əldə edə bilərsiniz. Biz sizi, səyahətiniz üçün lazım olan sığorta xidmətləri ilə də təmin edirik. Əgər Yunanıstana səyahətiniz üçün hələ hotel və aviabilet almamısınızsa, bu xidmətləri sizin üçün həyata keçirə bilərik.

Yunanıstana viza almaq üçün bizimlə əlaqə saxlayın:

Tel: +994 12 447 48 43; +994 12 594 18 49
Mob: +994 70 207 48 43+994 70 447 48 43
Bizi izləyin: Facebook | Instagram | Telegram
Ünvan: Hüseyn Cavid 80, Bakı

Yunanıstan - Viza təsdiqimiz

Yunanıstana viza almaq, Yunanıstan vizası
Paylaş
Müəllif: