London

London

London – İngiltərə və Birləşmiş krallığın paytaxtı, 0 meridianın keçdiyi Greenwich qəsəbəsini də əhatə etməklə Avropanın ən gözəl və məşhur şəhərlərindən biri olaraq tanınmaqdadır. Bu şəhər təxminən 2 min il əvvəl Romalılar tərəfindən qurulmuşdur. Roma İmparatorluğu M.Ö. 43-cü ildə Britaniyanı işğal etdikdən sonra Londinium adı ilə quruldu. Adın mənşəyi barədə dəqiq bir məlumat olmasa da, mənasının “axan çay” ola biləcəyi düşünülür.

London dünyanın ən qədim şəhərlərindən biridir. Turizm baxımından tarixi əsərlər böyük muzeylərdə sərgilənir. Bura dünyanın hər yerindən qonaqlar gəlir. London, Parisdən sonra turistlərin dünyada ən çox ziyarət etdiyi ikinci şəhəridir və hər il təxminən 15 milyon turisti cəlb edir. Bu, Londonun uzun bir tarixə sahib olmasının nəticəsidir.

Londonun iqlimi mülayim dəniz iqlimi hesab edilir və şəhər ümumiyyətlə orta temperatura malikdir. Orta yay yüksək temperaturu 21-24 ° C ətrafındadır. Qışlar soyuq ola bilər, lakin qar hər zaman yağmır. Londonda orta qış temperaturu 5-8 ° C  təşkil edir.

Londona necə getmək olar?

London

Hazırki bloqumuzda biz sizə Bakıdan Londona getməyin yollarını izah edəcəyik. Qeyd edim ki, Azərbaycanla İngiltərə arasında viza rejimi var. İngiltərəyə viza dəstəyi burada.

London beynəlxalq turizmin kəsişməsidir. Dünyanın ən sıx hava trafiki London hava trafikidir. 5 beynəlxalq hava limanı var. Bunlardan ən böyüyü Heathrowdur. Heathrow beynəlxalq sərnişin daşıma üzrə dünyanın ən böyük hava limanıdır.

Online bilet almaq

Təəssüf ki, hal-hazırda Bakıdan Londona bir başa uçuşlar mövcud deyildir. Lakin siz İstanbul və digər şəhərlər üzərindən tranzit uçuşlarla səyahətinizi həyata keçirə bilərsiniz. Seçdiyiniz marşrutdan asılı olaraq ümumi uçuş, 6-7 saat təşkil edə bilər. Həmçinin bir neçə aviaşirkət Moskva hava limanlarından birbaşa uçuşlar həyata keçirir: Transaero, Aeroflot, British Airways və easyJet. Səyahət müddəti 4 saatdır. Yalnız British Airways birbaşa Sankt-Peterburqdan uçur və 3,5 saata Londona çatır. Aeroflot, Transaero, S7 Airlines, UIA, airBaltic, Finnair, SAS və bir çox digər aviaşirkətlərin əlaqə variantları var. Kiyevdən Londona birbaşa uçuşlar 3,5 saat çəkir, birbaşa uçuşlar WizzAir, Ukraine International Airlines və British Airways kimi aviaşirkətlərdən də seçilə bilər.

Viza prosesi

Britaniya vizası çətin alınan vizalardan biridir. Sənəd siyahısı şengen ilə eynidir, 6 aylıq multi giriş-çıxışlı verilir. Ətraflı

London – ən ucuz aviabiletlər (Gediş-dönüş)

Дата вылета Дата возвращения Пересадки Авиакомпания Найти билет

12.02.2022

19.02.2022

Direct

Билеты от 1 061

16.01.2022

23.01.2022

1 stop

Билеты от 187

01.03.2022

05.03.2022

2 stops

Билеты от 348

Londonda harada qalmaq olar?

London

İngiltərə şərti olaraq 32 bölgəyə bölünür. Bunlardan 12 mahal iç və ya Böyük Londonu, yəni tarixi mərkəzi meydana gətirir, qalan 20 şəhər isə tədricən şəhər hüdudlarına qovuşmuş keçmiş kənar yerlərdir.

Londonda otellər olduqca bahalıdır. İctimai nəqliyyat qiymətləri də kifayət qədər yüksəkdir. Buna görə, məqsədiniz görməli yerləri ziyarət etməkdirsə, Böyük Londona daxil olan rayonları seçməyə dəyər. Bu vəziyyətdə, pula qənaət etmək üçün mərkəzdən kənar bir otel seçmək üsulu həmişə işə yaramır, çünki bütün fərqləri səyahətə xərcləyə bilərsiniz, üstəlik hər gün özünüzdən 1,5-2 saat vaxt oğurlayacaqsınız.

Burada luks otellərdən Ritz, orta səviyyəli otellərdən Grosvenor Hotel, ekonom otellərdən Alhambra Hotel,  ailə otellərindən Taj 51 Buckingham Gate Suites and Residences kimi bir çox otelləri nümunə göstərmək olar.

Londonda gəzməli yerlər?

Londona ayaq basdığınız an, buranın bir zamanlar nəhəng imperatorluğun paytaxtı olduğunu hiss edə bilərsiniz. İngiltərə əsrlər boyu böyük əzəmət, mədəniyyət və zənginlik toplamışdır. Yeninin və köhnənin, keçmişin və gələcəyin gözəl bir sintezi ortaya çıxmışdır. İnsanlar bir tərəfdən köhnə tarixi evlərdə yaşayarkən,  digər tərəfdən də dronlarla evlərə yemək daşıyan və market  alış-verişi edən bir sistem qururlar. Bu insanlar öz keçmiş adət ənənələri ilə gələcək arasında böyük bir tarazlıq yaratmağı bacarırlar.

1. Westminster Sarayı (Parlament Sarayı)

Westminster Sarayı

Westminster Sarayı  Birləşmiş Krallıqda həm politikanın ürəyinin attığı, həm də zamanında kral ailəsinə ev sahibliyi etmiş  yer olaraq tanınmaqdadır. 11-ci yüz illikdə inşa edilmiş saray, zaman zaman çıxan yanğınlardan çox təsirlənmişdir. 1512-ci ildə baş vermiş böyük yanğına qədər İngiltərə krallarının baş yerləşim mərkəzi olan sarayın, yanğından sonra böyük bir qismi zərər görmüş və daha sonralar İngiltərə Parlamenti ve Ədalət Məhkəməsinə ev sahibliyi etməyə başlamışdır. Tarix dərslərindən hamımızın xatırlayacağı İcmalar Palatası və Lordlar Palatası məhz bu binada toplanırdı.

Saraya giriş 09:00 – 17:00 arasıdır. Səsli və bələdçili turlar il boyu şənbə günləri, Milad, Pasxa və yay tətillərində hər iş günü olur. İlk tur 9:00-da, son tur 16:15-də başlayır. Tur 75 dəqiqə çəkir.

2. Big Ben (Elizabeth Tower)

Big Ben

Londonun başqa bir turistik məkanı, şübhəsiz ki, Elizabeth Tower və ya ən çox bilinən adı ilə Big Ben’dir. Əslində, Big Ben burda yerləşən 13 tonluq saat zənginin adıdır, lakin zaman keçdikcə bütün qüllənin adı halına gəldi. 1834-cü ildə Westminster Sarayı yanğın nəticəsində zərər görəndə, saray kompleksini bərpa edən memar Charles Barry, bu məşhur 96 metrlik saat qülləsini də 1844-cü ildə dizaynına əlavə etdi. İlk tikildiyi zaman, Big Benin yerinə başqa bir zəng var idi, lakin daha sonra bu saat təmir olunmaz dərəcədə çatladı. Sonra çatlamış zəngin metalı əridilib yerinə Big Ben düzəldildi. Big Ben ilk dəfə 31 May 1859-cu ildə oynadı. O gündən bəri səs eyni Big Bendən gəlir.

3. Buckingham Sarayı (Britaniya Kral Sarayı)

Buckingham Sarayı

İngiltərənin Ağ Evi olan bu saray, Kraliça Viktoriyanın taxta oturmasından sonra 1837-ci ildən bəri İngiltərə Kraliyətinin rəsmi ünvanıdır. Əslində bu məkanı, 1702-ci ildə Buckingham Dük Londonda öz malikanəsi olaraq inşa etdirdi, lakin zaman keçdikcə burası bir kral iqamətgahına çevrildi. Kraliça Viktoriyanın həyat yoldaşı Albert 1861-ci ildə vəfat etdikdə, kraliça yas tutmağa başlayır və dünyəvi ləzzətlərdən çəkilib Windsor qalasına köçür. Saray bir müddət boş qalır, lakin 1901-ci ildə saray Kral Edvardla birlikdə canlanır. Kral ailəsinin xalqı salamladığı məşhur balkon 1914-cü ildə Kral 5. Georgi dövründə əlavə edildi. Birinci Dünya Müharibəsi zamanı, o dövrdə sarayın sakinləri olan Kral 5-ci George və Kraliça Məryəm tez bir zamanda buradan qaçmaq məcburiyyərində qaldılar. İkinci Dünya Müharibəsi zamanı saray 9 dəfə bombardman edildi. Bu bombardmanlarda ən böyük itki sarayın ibadətgahında verilir.

Saray yalnız yay mövsümü ziyarətçilər üçün açıqdır və Kraliça Qalereyası adlı hissədə kralın əşyaları nümayiş etdirilir və otaqları ziyarət olunur. Əlbətdə ki, bu Kraliçanın rəsmi iqamətgahı olduğundan sarayın əksər hissələri qonaqlar üçün bağlıdır. Digər fəsillərdə ziyarət edən turistlər isə saraya çöldən baxa və məşhur əsgər paradını izləyə bilərlər.

Забронировать экскурсию

4. Kensinqton Sarayı

Kensinqton Sarayı

Kensington bağlarında yerləşən bu möhtəşəm saray, 17-ci əsrdən bəri İngiltərə Kralları, Queens, Dukes və Duchessesin evi olmuşdur. Kral William astma xəstəsi olduğu üçün Kral William və Queen Mary 1689-cu ildə Thames çayının sisindən və nəmindən uzaq olaraq bu bağçanı satın aldılar və ömürlərinin sonuna qədər burada yaşadılar. Daha sonra saray Kraliça Annaya ev sahibliyi edir. Saraya gətirdiyi ən gözəl hissə 1704-cü ildə tikilmiş Orangery olur. Vaxt keçdikcə bu Orangery adi bir istixana olmaqdan çıxır və royalların zövq alması üçün sosial bir yerə çevrilir. Kral I və II George dövründə bir kral iqamətgahı olan saray, sonrakı dövrlərdə şahzadə və knyazlara ev sahibliyi edir.

1837-ci ildə Böyük Britaniya kraliçası Viktoriya taxt-tacı ələ alanda özü Bukingem Sarayına köçdü, ancaq ailəsini və qohumlarını burada yerləşdirdi. Kraliça Məryəm 1867-ci ildə burada anadan olub. Sarayın bir çox otağı Birinci Dünya müharibəsi illərində cəbhədə xidmət etmiş əsgərlərin istifadəsinə açıq olmuşdur. İkinci Dünya Müharibəsi zamanı, şəhər almanlar tərəfindən bombalandıqda, saray zərər görsə də, lazımi təmir işləri aparıldı. Müharibədən sonra isə Şahzadə Elizabeth və Şahzadə Philip 1947-ci ildə evləndi və bir müddət burada yaşadılar. Yeni evlənmiş Uels Şahzadəsi Çarlz və Xanım Diana burada övladları Şahzadə Harry və Uilyamın böyüdükləri Xanım Diananın faciəli ölümünə qədər yaşayırdılar. 1997-ci ildə Şahzadə Diananın ölümündən sonra bir müddət boş qalan saray daha sonra Müdafiə Katibliyinin ofisləri, xeyriyyə qurumları kimi fəaliyyət göstərir. Hak hazırda bu saray, 2013-cü ildən bəri dünyanın ən sevilən cütlüyü olan Şahzadə William və Kate-in evidir. Həm də Şahzadə Harry buradakı mənzillərin birində yaşayır.

Bu gün sarayın turistik hissələri Tarixi Kral Sarayları adlı  qeyri-kommersiya təşkilatı tərəfindən idarə olunur. Buradakı turlarla 18-ci əsr memarlığındakı kral və kraliçaların yaşayış yerlərini, kral bağlarını, Kraliça Viktoriya və Şahzadə Diananın şəxsi geyim əşyalarını görə bilərsiniz. Yeri gəlmişkən, sarayın kafesi kimi fəaliyyət göstərən Orangery-də kral ailəsinə xas ingilis çayından da dadmağınızı tövsiyyə edirik.

5. London Körpüsü (Tower Bridge)

Tower Bridge London

Körpü şəhər mərkəzi ilə Soutvark səmti arasında yerləşir. 1750-ci ilə qədər Temza çayı üzərində yerləşən yeganə körpü olmuşdur. Körpünün şimalında Böyük London Yanğınına həsr olunmuş abidə yerləşir. Körpünün əsasını 2000 il əvvəl romalılar qoymuşdur. İndiki müasir London körpüsü 1967-1973-cü illərdə inşa edilmiş və kraliça II Elizabet tərəfindən 17 mart 1973-cü il tarixində açılmışdır. 283 metr uzunluğundadır.

6. Windsor Sarayı

Windsor Sarayı

900-dən çox yaşı olan Windsor hazırda dünyanın ən qədim və istifadəyə açıq olan ən böyük qəsridir. Bu gün də İngiltərənin rəsmi yaşayış yerlərindən biridir. Xüsusilə Kraliça Yelizavetanın ən sevimli iqamətgahıdır. Berkshire və Windsor şəhərində yerləşən qala, avtomobillə paytaxt Londondan təxminən 20 kilometr məsafədədir. Dünyanın ən məşhur kukla evi olan Kraliça Məryəmin kukla evi, ibadətgahı, dövlət idarələri kimi ərazilər bu turlarda ziyarət oluna bilər.

7. Müqəddəs Paul Kafedralı

Paul Kafedralı

Anglikan təriqətinə aid olan Müqəddəs Paul Kafedralı həm Londondakı ən böyük dini bina, Episkopal mərkəzi, həm də ən turistik yerlərdən biridir. XVII əsrdə inşa edilməsinə baxmayaraq, müharibələrdə aldığı zərbələr səbəbiylə dəfələrlə yenidən qurulmuşdur. Londondakı ən yüksək bina tikildiyi zaman 111 metr idi. İndi isə burasə İngiltərədəki Liverpool Kafedralından sonra ikinci ən böyük dini binadır. Onun günbəzinin dünyanın ən böyük kilsə günbəzi olduğu deyilir. Burada baş verən bəzi mühüm hadisələrdən bəziləri, Sir Winston Churchill və Margaret Thatcherin cənazələri, Kraliça Viktoriyanın ildönümü, Şahzadə Charles və Şahzadə Diana’nın toyu, Kraliça Elizabethin 80 və 90. doğum günləridir. Ancaq ən böyük hadisə 500 ildir ənənəvi hala gələn Kilsə musiqisidir. Demək olar ki, hər həftə fərqli konsertlər, kilsə xoru tədbirləri, kilsə orqanı konsertləri olur.

Londonda Ekskursiyalar

Londonda nə yeməli?

Londonda nə yeməli?

İngilislərin özlərinə xas xüsusi bir mətbəxləri yoxdur. Bununla birlikdə, Londonda dünyanın bütün mətbəxlərindən restoranlar tapmaq mümkündür, bu da Londonu dünya mətbəxi mərkəzinə çevirir.

Zövq və rənglərin müxtəlif olduğunu nəzərə alaraq, sizə bir neçə yemək haqqında fikirlər verə bilərik.

Üçlü Menyular: Üçlü menyular haqqında eşitdiyiniz zaman, dərhal ağlınıza Burger King və ya McDonalds-un gəldiyini düşünürəm, ancaq bu menyular onlara aid deyil. Bu menyular, böyük zəncirdə Tesco və bənzər yerlərdə satılan sendviç, içkilər və qəlyanaltılar (cips, şokolad, dilimlənmiş meyvələr) ala biləcəyiniz həm büdcə dostu həm də doyumcul menyulardır.

İngilis səhər yeməyi: İngilis səhər yeməyi, insanların xoşladığı bir səhər yeməyi növüdür. Beykon, kolbasa, bişmiş yumurta, şəkərlə qurudulmuş lobya, qızardılmış pomidor və qızardılmış çörəkdən ibarətdir. Bir içki olaraq, İngilis çayı, portağal suyu və ya süd seçimləri vardır. Müsəlman versiyasını istədiyiniz halda, ümumiyyətlə donuz ətindən hazırlanan beykon və sosislər boşqabdan çıxarılır və vəziyyətə görə falafel və ya başqa bir şey əlavə edir.

Lüks restoranlar: İngiltərə və paytaxt London dünya mətbəxi ilə zəngin olduğu üçün burada təbii olaraq bir çox lüks restoranlar mövcuddur. Onsuz da bahalı bir ölkədə lüks bir restoranın nə qədər olacağını təxminlərinizə buraxıram. Buranın ən lüks restoranlarından biri, türklər tərəfindən idarə olunan Aralıq dənizi restoranıdır.

Bol Fast Food: Burger King, KFC və bənzər fastfud restoranları, üçlü menyular xaricində həm razı, həm də qismən qənaətcil olan başqa bir seçimdir. Menyular ölkəmizdəki qiymətlərlə müqayisədə daha baha olsa da, yerinizdə yemək bişirmək imkanınız yoxdursa, yeməyin ən ucuz 2-3 yolundan biridir.

Nəhayət, ada ölkəsi olan İngiltərədə dəniz məhsulları sevənlər üçün də bir çox alternativlər vardır . Həmçinin, Fish & Chips İngiltərənin bizə təqdim etdiyi yeməklərdən biridir.

Paylaş
Müəllif: