Vyana

Azərbaycandaucuzailərestoranları, Vyana

Vyana – Avstriyanın paytaxtı və ən böyük şəhəri olmaqla yanaşı, imperatorluğun möhtəşəm dövrlərindən qalma bir memarlıq mirasıdır. Nəhəng barok sarayları və möhtəşəm bulvarları ilə tamamilə nostaljik bir krallıq havasında olub, Avropanın ən gözəl şəhərlərindən biridir. Əsrlər boyu Habsburg sülaləsinin yaşadığı şəhər, bu müddət ərzində Avropanın mədəni və siyasi mərkəzlərindən birinə çevrilmişdir.

Vyana mədəni irsi, görməli yerləri, kafeləri, şərab zavodları və sehrli atmosferi ilə bütün dünyada məşhurdur. Bütün bu yaxşı şeylərə əlavə olaraq təbii ki, qəbul etməli olduğumuz bir məqam da şəhərin bahalı olmasıdır. Məsələn, yalnız bir muzeyə girmək üçün 60 dollar ödəməlisiniz. Yaxşı xəbər isə budur ki, Vyanada pulsuz edilə biləcək bir çox şey var.

Qış aylarını soyuq keçirən Vyanada, qarlı havalar mart ayına qədər davam edə bilər. Bütün il boyu yağışlı olan şəhərdə, ən çox yağıntı iyul və avqust aylarında olur. Bunun səbəbi şəhərin okeanın keçid zonasında və kontinental iqlimdə olmasıdır. Şəhəri ziyarət etmək üçün ən yaxşı vaxt bahar və payızdır.

Vyanaya necə getmək olar?

Vyana

Hazırki bloqumuzda biz sizə Bakıdan Vyanaya getməyin yollarını izah edəcəyik. Qeyd edim ki, Avstriyaya səyahət üçün şengen vizası gərəklidir.  Avstriyaya viza dəstəyi üçün bizə müraciət edə bilərsiniz.

Hal hazırda Bakıdan Vyanaya birbaşa uçuşlar olmadığı üçün, biletlər 2 – ci bir ölkə üzərindən həyata keçirilir. Lakin yaxın gələcəkdə birbaşa uçuşların da olacağı gözlənilir. Türkiyə üzərindən nəzərə alsaq, uçuş toplam  4-5 saata qədər davam edə bilər.

Şəhər mərkəzinə 20 km məsafədə olan Vyana Hava Limanından S-Bahn qatarına minərək şəhər mərkəzinə 40 dəqiqədə çatmaq mümkündür. Həmçinin hər otuz dəqiqədən bir yola çıxan Şəhər Hava limanı qatarları ilə də eyni vaxtda mərkəzdə ola bilərsiniz.

Çox böyük bir metro şəbəkəsinin olduğu Vyanada, metro, tramvay yolu və şəhərətrafı kimi dəmir yolu sistemləri vasitəsi ilə istədiyiniz yerə asanlıqla çatmaq mümkündür.

Avropanın tam mərkəzində yerləşdiyi üçün Vyana digər Avropa şəhərlərinə nəqliyyat üçün çox əlverişli bir yerə sahibdir. Eyni zamanda, Budapeşt və Praqa bir günlük səyahət olaraq da ziyarət edilə bilər. Məhz bu qayda ilə şirkətimiz tərəfindən təklif edilən qrup turlarına da qoşulmaq mümkündür.

250*250 RU

Viza prosesi

Turist vizasının qiyməti 35 avro təşkil edir. Vizaya müraciəti səyahətinizdən ən tez 2 ay və ya ən gec 20 gün öncə etməyiniz məsləhət görülür.

Aşağıdakı cədvəldə hazırki ay və ilin bütün ayları üçün Bakı-Vyana uçuş cədvəlini hazırladıq.

Vyanada harada qalmaq olar?

Vyana

Vyana’da lüks istirahət düşünürsünüzsə, Habsburgergasse, Johannesgasse və Philharmonikerstasse küçələri və Opernring, Coburgbastei, Schubertring, Kaerntner Ring bölgələrində sizin üçündür. Daha sərfəli yaşayış imkanları üçün isə Mariahilfer, Tabor və Wagramer Küçələrinə nəzər yetirə bilərsiniz.

Ibis Hotels, dünyada 1800 oteli ilə hər cür səyahət üçün qənaətli və rahat bir yaşayış yeridir. Ibis Wien Mariahilf, Vyananın ən böyük ticarət küçəsi olan Mariahilfe Strasse’dən 500 metr məsafədə yerləşir. Milli dəmir yollarına çıxış imkanı verən Vyana Qərb Stansiyasından 350 metr məsafədədir. St. Stephan Kafedralı buradan 5 metro stansiya yaxınlığındadır.

Vyananın lüks otellərindən biri olan Hotel Sacher Wien, opera teatrının tam yanında yerləşir. Hotel Sacher Wien restoran kafesində təqdim olunan məşhur şokolad tortu isə həm də Vyananın simvoludur. Hofburqa çox yaxın olan Hotel Sans Souci Wien, çox böyük bir hovuza və SPA-ya malikdir.

Burgtheaterin yanında gözəl bir şəkildə bərpa edilmiş bir binada yerləşən Park Hyatt Vienna, geniş otaqlara və hovuza sahibdir. Həm Hofburqdan, həm də kafedraldan yürüş məsafəsindədir.

Orta səviyyəli bir otel düşünürsünüzsə, Hofburqun tam arxasında Mariahilferstrasse’də yerləşən kiçik, lakin lüks bir otel olan Hotel Das Tyrol yerləşir. Həmçinin Best Western Premier Kaiserhof Wien də sizin üçün gözəl bir seçim ola bilər.

Aşağı büdcəli bir otelə üstünlük verirsinizsə, geniş və müasir otaqlarının yanında bir çox lüks təklif etməyən Starr Inn Hotel, metroya, Schönbrunn Sarayı və zooparka yaxınlığı ilə seçilir. Schönbrunn Parkına birbaşa keçidi olan Avstriya Trend Parkhotel bir zamanlar sarayın qonaq evi olaraq istifadə edilmişdir. Hər iki otelin yaxınlığındakı restoranlar piyada məsafəsindədir. Mərkəzdən bir az aralıda, ailə tərəfindən idarə olunan Hotel Pension Boch, Belvedere Sarayının yanında sakit bir küçədə yerləşir.

Bir yataqxanada qalmağı planlaşdırırsanız, Vyananın 7-ci bölgəsindəki My MojO, Kaiser23 kimi ucuz pansiyonatları seçin. Digər tərəfdən, bir qrupda səyahət edirsinizsə, gecə üçün təxminən 20 avro qarşılığında AirBnb ilə Vyana kimi bir şəhərdə qalmağı təmin edə bilərsiniz.

Vyanada gəzməli yerlər?

Vyana, piyada asanlıqla kəşf edilə biləcək bir şəhərdir. Şəhərin düz və planlı quruluşu Vyananı ziyarət edərkən böyük rahatlıq təmin edir. Hər tərəfdən özünəməxsus velosiped yolları ilə əhatə olunmuş Vyana, ölkədəki ən sıx şəhər olsa da, heç bir nəqliyyat problemi yaşamır. Tramvay və metro şəbəkəsi sayəsində şəhərin hər tərəfinə çatmaq çox asandır.

Vyana Schonbrunn Sarayı

XVIII əsrdə Habsburg Xanədanlığı tərəfindən bir yaz sarayı olaraq istifadə edilən Schönbrunn Sarayı (Schloss Schönbrunn), Barok və Rokoko ərazilərindəki təsirli memarlığı ilə şəhərin ən əhəmiyyətli turizm dayanacaqlarından biridir. Yay sarayı kimi istifadə edilən yer hələ də mədəniyyət və siyasət baxımından Avstriyanın ən vacib quruluşudur. Ölkəsində ən çox ziyarət edilən yer olan Schönbrunn Sarayı, 1441 otağı, ağacları, xurma evi, labirint zooparkı, Neptun çeşməsi, çiçəklərdən hazırlanmış tunelləri və ‘gloriette’ adlanan sütunlarla öz adına layiqdir.

Saray həftənin 7 günü ziyarətçilər üçün açıqdır. Sarayda bilet satışı hər gün saat 08: 00-da başlayır və bağlanışdan 45 dəqiqə əvvəl bitir. Schönbrunn Sarayı giriş haqqı, görmək istədiyiniz sarayın hissələrinə görə dəyişir. Ən əhatəli bilet (İmperator Turu) böyüklər üçün 16.50 €, tələbələr üçün 14.5 € təşkil edir.

Holfburq Sarayı Vyana

Hofburg Sarayı, Vyana tarixində, xüsusən də Habsburg sülaləsi tarixində iz buraxan İmperatriça Sisi’nin, həmçinin Fransız kraliçası Marie Antoinette’in doğulduğu və Avstriya tarixini formalaşdıran güclü ailələrin yerləşdiyi çox əhəmiyyətli bir saraydır. II Dünya Müharibəsi zamanı Hitler bu sarayın balkonunda çıxış etmişdir.

600 ildir Avstriyanın kral ailəsi olan Habsburg sülaləsinə ev sahibliyi edən Hofburg Sarayı, 13. əsrə aid bir binadır. Bu gün prezident ofisləri və 22 muzeyi, 14. əsr Avqustin Kilsəsi, Kral Kapellası, İspan Atçılıq Məktəbi və Milli Kitabxananın yerləşdiyi nəhəng bir kampusdur. Hofburg Sarayı, çox sayda görməli yerləri olduğu üçün səyahətçilərin ən sevimli məkanıdır.

Sarayı sentyabr – iyun aylarında 09.00-17.30, iyul – avqust dövrlərində 09.00-18.00 arasında ziyarət etmək olar. Hofburg Sarayı giriş haqqı böyüklər üçün 15 € (audio bələdçi 18 €) və tələbələr üçün 14 € (audio bələdçi 17 €) təşkil edir.

3. Vyana – İspan Atçılıq Məktəbi

Vyana İspan Atçılıq Məktəbi

Vyanadakı İspan Atçılıq Məktəbi, dünyanın ən qədim və hazırda yeganə kral atçılıq məktəbidir. Atlarlı sevir və onların çıxışlarını izləmək istəyirsinizsə Vyanada mütləq getməli olduğunuz yerlərdən biridir. 1572-ci ildə qurulduğu bilinən bu məkan, tez-tez ziyarətçilərin izləməsi üçün şoular təşkil edir. Vyana üçün böyük bir marka dəyərinə sahib olan İspan Atçılıq Məktəbinin ildə ortalama 250 min ziyarətçisi var.

İspan Binicilik Məktəbini həftənin 7 günü, 09.00-16.00 arasında ziyarət etmək olar. Xüsusi tamaşaların nümayiş olunduğu cümə günləri, ziyarətçilər 09.00-19.00 arasında qəbul edilir. İspan Binicilik Məktəbinə giriş haqqı 19 €, səhər idmanı 16 € və xüsusi performans nümayişləri 27 €.

Забронировать экскурсию

Vyana Hundertwasserhaus

Vyananın məşhur “insan və təbiət dostu” evi olan Hundretwasserhaus, həqiqətən qəribə, lakin təsir edici və mütləq görülməli bir yerdir. Rəssam Friedensreich Hundretwasser tərəfindən dizayn edilmişdir və Löwengasse və KegelStrasse küncündə çox canlı rəngləri ilə seçilir. 1985-ci ildə inşası başa çatmış binanın tam yanında olan Kunsthaus Wien də ziyarətçilərin diqqətini çəkməyi bacarır. Teras kafedə oturub həzz almaq üçün əla bir şərait var.

St_Stephens Kafedralı Vyana

Vyana’nın simvolu olan Müqəddəs Stefan Kafedralı (Stefansdom), ziyarətçiləri şəhərin ürəyi sayılan Stephansplatz Meydanında 1365-ci ildən bəri bütün şöhrəti ilə salamlayır. Avstriya hersoqu IV. Rudolf tərəfindən inşa edilmişdir.

Kafedral bazar ertəsi günündən şənbə gününə qədər 06.00-22.00, bazar və tətil günləri 07.00-22.00 aralığında ziyarət edilə bilər. St. Stephan Kafedralına giriş haqqı böyüklər üçün 16.90 avro, tələbələr üçün 4.90 avrodur.

Vyana Belvedere Sarayı

Belvedere Sarayı, 1745-ci ildə tamamlanan Barok üslublu arxitekturalı çox əhəmiyyətli bir saraydır. Yuxarı Beldevere və Aşağı Beldevere iki hissədən ibarət olan binanın yuxarı hissəsində daimi sərgilər, alt hissəsində isə müvəqqəti sərgilər təşkil olunur.

Gecələr yaxşı görünən bir yer axtarırsınızsa, başqa yerə baxmayın, Belvedere Sarayı tam aradığınız yerdir. Gecə düşəndə ​​və işıqlar yandırıldıqda o qədər gözəl olur ki, Vyananın ən gözəl məkanı adlandırıla bilər. Landstrasse’də barok üslublu bir saray olan Belvedere Sarayı, Yuxarı və Aşağı Belvedere Sarayı olmaqla iki hissədən ibarətdir.

Sarayı cümə günləri istisna olmaqla hər gün 10.00-18.00 və cümə günləri 10.00-21.00 arasında ziyarət etmək olar. Yuxarı Belvedere Sarayı giriş haqqı böyüklər üçün 16 €, tələbələr üçün 13 €; Aşağı Belvedere Sarayına giriş haqqı böyüklər üçün 24 €, tələbələr üçün 21 €.

Vyana Prater Əyləncə Parkı

Hər nə qədər məşhur olsa da insanları Vyananın əyləncə parkına meyl etdirən tək şey Riesenrad deyil. Bu nəhəng şeytan çarxı dünyanın bir çox yerindən gələn turistləri təəccübləndirib həyəcanlandırsa da Wiener Prater Əyləncə Parkını hərəkətləndirən və cəzbedici edən yüzlərlə nüans var. Mart-Oktyabr ayları arasında fəaliyyət göstərən bu parkda əyləncə vasitələri ilə yanaşı 60-a yaxın restoran, bir planetarium, bir muzey və ard-arda sıralanan ağacların kölgələdiyi Hauptallee bulvarı mövcuddur. Parti (Qonaqlıq) abu-havasını yaşamaq istəyənlər, parkın ucunda yerləşən Pratersauna-yı sınaqdan keçirməlidir. Əvvəllər qədim sauna olan, sonralar gecə klubu kimi fəaliyyət göstərən bu füsunkar məkənın ünvanını parkda kimdən soruşsanız sizə göstərəcəkdir.

Vyanada Ekskursiyalar

Vyanada nə yeməli?

Vyanada nə yeməli?

Avstriya və Vyana mətbəxinin ən vacib içkilərindən biri qəhvədir. Şəhərin demək olar ki, hər yerində qəhvə satan və ya qəhvə dada biləcəyiniz mağaza və cafelər mövcuddur. Şərab eyni zamanda Vyanada istehsal olunan və dünyaya ixrac olunan bir məhsuldur. Vyana şərabı dadlıdır, ağ şərabı məsləhət görürük. Bir axşam şərab içmək üçün bölgədəki şərab evlərinin yanında dayana bilərsiniz. Schnitzel (Schnitzel) yemək üçün isə doğru yerdəsiniz. Həmçinin qızardılmış xüsusi kolbasa, sınanmalı bir ləzzətdir. Vyananın ən yaxşı və tanınmış kafelerindən biri olan Demel Cafe-də qəhvə içmədən əvvəl Hotel Sacher-in tortundan yeməyinizi məsləhət görürük. 1618-ci ildə qurulan Zum Schwarzen şəhərdə çox tanınmış restorandır. Vyanaya səyahət etdikdə yemək üçün üstünlük verəcəyiniz məkanlar arasında Cafe Sperl, Cafe Pruckel, Sapa, Cafe Hawelka, Babettes, Cafe Jelinek, Demel, Figlmuller, Amerlingbeisl, Steirereck, Korso, Drei Husaren ola bilər. Graben küçəsi boyunca çox sayda lux restoranlar, yan küçələrdə isə nisbətən ucuz ailə restoranları mövcuddur.

Macarıstandan başlayan qrup turları

Parisə 3 addım

Turun tarixləri: 19.11.2018, 20.11.2018, 21.11.2018, 22.11.2018, 23.11.2018, 24.11.2018, 25.11.2018, 15.04.2019, 16.04.2019, 17.04.2019, 18.04.2019, 19.04.2019, 20.04.2019, 21.04.2019 Turun proqramı Hamısını göstər   Hamısını gizlət 1 gün Bratislava - Budapeşt Расписание: 08:30 Встреча группы в Будапеште (аэропорт им. Ференца Листа) 11:00 Переезд на автобусе в Братиславу (Словакия, ~200...

Avropa İnciləri

Turun tarixləri: 10.12.2018, 08.04.2019 Turun proqramı Hamısını göstər   Hamısını gizlət 1 gün Brno - Budapeşt Расписание: 08:30 Встреча группы в Будапеште (аэропорт им. Ференца Листа) 11:00 Пешеходная прогулка по Будапешту 14:00 Переезд на...

Təbiət İncisi Alp

Turun tarixləri: 19.03.2018, 23.04.2018, 21.05.2018, 18.06.2018, 16.07.2018, 13.08.2018, 10.09.2018, 08.10.2018 Turun proqramı Hamısını göstər   Hamısını gizlət 1 gün Budapeşt Cədvəl: 08:30 Qrupun Budapeştdə, Ferens List adına hava limanında qarşılanması 10:00 Budapeştdə ekskursiya 14:00 Lyublana şəhərinə ...

Açar sözlər: vyanada gezmeli yerlər,  vyanada oteller,  gormeli yerler,  ucuz oteller, vyanada otellerin qiymetleri

Paylaş
Müəllif: