Amerika Vizası
Amerikaya səfər etmək üçün Azərbaycan vətəndaşlarına Amerika vizası almaq vacibdir. Granit AS Travel Amerika viza dəstəyi göstərir. Səfərin müddətini təyin edib bizimlə əlaqə saxlaya bilərsiniz.
Qeyd: Granit AS Travel şirkəti İşçi Vizaları – nın alınması prosesini həyata keçirmir. Yalnız “Turist və Təhsil” vizalarının alınmasında müştərilərimizə viza dəstəyi göstəririk.
Viza ödənişləri
Viza rüsumu – 160 USD
Viza dəstəyi – 150 AZN
Viza üçün tələb olunan sənədlər
- Xarici passport
- Viza üçün tələb olunan rüsumun ödənildiyi haqqında sənəd
- Gediş və dönüş biletlərinin bronu
- İşlədiyiniz müəssisədən və ya tələbəsinizsə oxuduğunuz təhsil müəssisəsindən arayış
- Lazımi xərclərin ödənəcəyinin sübutu və ya bankdan arayış
- Bron etdiyiniz otelin vauçeri və ya sizə göndərilən dəvət məktubu
- Şəkil 5×5 ölçüdə (elektron)
- Hazır ərizə forması (DS160)
- Şəxsiyyəti təsdiq edən sənədin surəti
Şəklin çəkilmə qaydası
- Şəkilin çəkilmə müddəti altı aydan gec olmamalıdır.
- 50 mm * 50 mm ölçüdə olmalıdır.
- Parlaq olmayan bir fonda çəkilməlidir.
- Şəklin fonun tünd olmamasına diqqət edilməlidir.
- Şəkildə bədənin əsasən çiyindən yuxarı hissəsinin olmasına diqqət yetirilməlidir, odur ki, şəkilin 70-80% – i üz nahiyəsindən ibarət olmalıdır.
Əməliyyat müddəti
ABŞ Səfirliyindən Konsulluq görüşündən dərhal sonra Siz müraciətinizlə bağlı cavabı biləcəksiniz. Müsbət cavab olduğu təqdirdə, 3 iş günü ərzində vizanız hazır olur. İstisna hallarda, Səfirlik sizin müraciətə baxılması üçün “İnzibati prosses” həyata keçirə bilər.
Qeyd: Vizaların verilməsi birbaşa Konsulluq ilə əlaqəlidir, buna görə də Granit AS şirkəti olaraq vizaların verilməsinə tam zəmanət vermirik. Bütün qərarlar Konsulluğa məxsusdur.
Ətraflı məlumat
: +994 12 447 48 43
: +994 70 207 48 43 (WhatsApp)
: Telegram: @granitas
: Nizami 77/9, Bakı
: [email protected]
: www.granitas.az
Whatsappla birbaşa əlaqə üçün linkə daxil olun – http://bit.ly/2AWo3Jm
Açar sözlər: amerika vizası, amerika viza dəstəyi, amerikaya viza almaq, amerika səfirliyi, amerika vizası üçün ərizə forması