Tayland Vizası
Taylanda səfər etmək üçün Azərbaycan vətəndaşlarına Tayland vizası almaq vacibdir. Granit AS Travel Tayland viza dəstəyi göstərir. Səfərin müddətini təyin edib bizimlə əlaqə saxlaya bilərsiniz.
Qeyd: Granit AS Travel şirkəti İşçi Vizaları – nın alınması prosesini həyata keçirmir. Yalnız “Turist və Təhsil” vizalarının alınmasında müştərilərimizə viza dəstəyi göstəririk.
Viza ödənişləri
Viza rüsumu – 40 USD
Kuryer xərcləri – 210 USD
Viza dəstəyi – 125 AZN
Viza üçün tələb olunan sənədlər
- Xarici passport
- Gediş və dönüş biletlərinin bronu
- İşlədiyiniz müəssisədən və ya tələbəsinizsə oxuduğunuz təhsil müəssisəsindən arayış
- Lazımi xərclərin ödənəcəyinin sübutu və ya bankdan arayış
- Bankdan son 6 ay müddətində etdiyiniz əməliyyatların çıxarışı
- Bron etdiyiniz otelin vauçeri və ya sizə göndərilən dəvət məktubu
- Ən azı 30.000 avro məbləğində, bütün səfər müddəti və bütün şengen ölkələri üçün tibbi sığorta
- Şəkil 3.5×4.5 sm
- Hazır ərizə forması
- Şəxsiyyəti təsdiq edən sənədin və xarici passportun kopyası
Müraciət zamanı sizə lazım ola biləcək digər sənədlər
- Əgər evlisinizsə nikah şəhadətnaməsi və bununla yanaşı əgər 18 yaşına çatmamış övladınız (övladlarınız) varsa doğum haqqında şəhadətnamə
- Azərbaycan Respublikası ali və ya orta təhsil müəssisələrində təhsil alan və vizaya müraciət edən bütün tələbə və şagirdlər həmin təhsil müəssisəsində oxuduğuna dair arayış təqdim etməlidirlər
- Əlavə üstünlük kimi əgər adınızda hər hansı daşınan və ya daşınmaz əmlakınız varsa çıxarışları təqdim etmək
Qeyd: Passport və şəxsiyyət vəsiqəsinin surətlərindən başqa digər lazım olan bütün sənədlər inglis dilində və ya ingilis dilinə tərcümə olunmuş və notariatda təsdiq olunmuş olmalıdır.
Şəklin çəkilmə qaydası
- Şəkilin çəkilmə müddəti altı aydan gec olmamalıdır.
- 3.5 sm x 4.5 sm ölçüdə olmalıdır.
- Parlaq olmayan bir fonda çəkilməlidir.
- Şəklin fonun tünd olmamasına diqqət edilməlidir.
- Şəkildə bədənin əsasən çiyindən yuxarı hissəsinin olmasına diqqət yetirilməlidir, odur ki, şəkilin 70-80% – i üz nahiyəsindən ibarət olmalıdır.
Əməliyyat müddəti
Tayland vizası üçün etdiyiniz müraciətin cavabı sizə 5 iş günü müddətində verilir.
Qeyd: Vizaların verilməsi birbaşa Konsulluq ilə əlaqəlidir, buna görə də Granit AS şirkəti olaraq vizaların verilməsinə tam zəmanət vermirik. Bütün qərarlar Konsulluğa məxsusdur. Turpaket alan müştərilərimiz üçün viza dəstəyi pulsuzdur.
Ətraflı məlumat
: +994 12 447 48 43
: +994 70 207 48 43 (WhatsApp)
: Telegram: @granitas
: Nizami 77/9, Bakı
: [email protected]
: www.granitas.az
Whatsappla birbaşa əlaqə üçün linkə daxil olun – http://bit.ly/2AWo3Jm
Açar sözlər: taylands vizası, tayland viza dəstəyi, taylanda viza almaq, tayland səfirliyi, çexiya vizası üçün ərizə forması