Polşa İş Vizası

Polşa İş Vizası

Polşada işləmək üçün Azərbaycan vətəndaşlarına Polşa iş vizası almaq vacibdir.
Vizanın 2 növü var:

  • Qısamüddətli (90 günə qədər)
  • Multiviza (90 gündən artıq)

Granit AS Travel Polşaya iş vizası dəstəyi göstərir.

Xidmətə daxildir

  • Dəvətin gətirilməsi
  • Viza prosedurunun aparılması (Səfirlikdə görüşün təyin edilməsi, ərizə formasının doldurulması, bilet bronunun edilməsi, sığortanın edilməsi (sığorta üçün rüsum sizin tərəfinizdən ödənilir), intervyuya hazırlıq).
  • Viza aldıqdan sonra Polşada qarşılama və yerləşdirmə
  • Qalacaq yerlə təmin edilmə. Qalacağınız yerin təsviri ilə sizə foto materiallarla ətraflı və dəqiq məlumatlar təqdim edəcəyik.
  • İşlə təmin edilmə. İşin təsviri ilə sizə foto və video materiallarla ətraflı və dəqiq məlumatlar təqdim edəcəyik.

İş barədə məlumat:

  • İş karqo şirkətdədir.
  • İş gündəlik 10-12 saat həftənin 5 gününü əhatə edir. (İstədiyiniz təqdirdə 6-cı gün də işə çıxa bilərsiniz)
  • Əmək haqqı saat hesabı 15 zlot (təqribən 7.5 AZN) təşkil edir.

Proses dəvətin gətirilməsi, viza müraciətinin edilməsi ilə birgə ümumilikdə təqribən 2 ay çəkir.

Viza ödənişləri

Viza rüsumu – 80 AVRO
İş vizası üçün bizim xidmət haqqı – 1300 AZN

Viza üçün tələb olunan sənədlər

  • Xarici passport
  • Gediş və dönüş biletlərinin bronu
  • Ən azı 30.000 avro məbləğində, bütün səfər müddəti və bütün şengen ölkələri üçün tibbi sığorta
  • Şəkil 3.5×4.5 sm
  • Hazır ərizə forması
  • Şəxsiyyəti təsdiq edən sənədin və xarici passportun kopyası

Qeyd: Viza nəticəsi imtina olduğu təqdirdə,  300 AZN  çıxılmaq şərtilə ödənişin geriyə qalan hissəsi müştəriyə qaytarılır.

Şəklin çəkilmə qaydası

  • Şəkilin çəkilmə müddəti altı aydan gec olmamalıdır.
  • 3.5 sm x 4.5 sm ölçüdə olmalıdır.
  • Parlaq olmayan bir fonda çəkilməlidir.
  • Şəklin fonun tünd olmamasına diqqət edilməlidir.
  • Şəkildə bədənin əsasən çiyindən yuxarı hissəsinin olmasına diqqət yetirilməlidir, odur ki, şəkilin 70-80% – i üz nahiyəsindən ibarət olmalıdır.

Əməliyyat müddəti

Polşa iş vizası üçün etdiyiniz müraciətin cavabı sizə təqribən 14 iş günü müddətində verilir.

Qeyd: Vizaların verilməsi birbaşa Konsulluq ilə əlaqəlidir, buna görə də Granit AS şirkəti olaraq vizaların verilməsinə tam zəmanət vermirik. Bütün qərarlar Konsulluğa məxsusdur.

Ətraflı məlumat

☎: +994 12 447 48 43
?: +994 70 207 48 43 (WhatsApp)
?: Telegram: @granitas
?: Nizami 77/9, Bakı
?[email protected]
➡www.granitas.az

Whatsappla birbaşa əlaqə üçün linkə daxil olun – http://bit.ly/2AWo3Jm

Açar sözlər: polşa iş vizası, polşa iş viza dəstəyi, polşaya iş vizası almaq, polşa səfirliyi

Paylaş