fbpx

İsrail Vizası

İsrail Vizası

İsrailə səfər etmək üçün Azərbaycan vətəndaşlarına İsrail vizası almaq vacibdir. Granit AS Travel İsrail viza dəstəyi göstərir. Səfərin müddətini təyin edib bizimlə əlaqə saxlaya bilərsiniz. Həmçinin siz İsrail səfirliyi üçün ərizə formasını postun sonunda səhifəmizdən yükləyə bilərsiniz.

Qeyd: Granit AS Travel şirkəti İşçi Vizaları – nın alınması prosesini həyata keçirmir. Yalnız “Turist və Təhsil” vizalarının alınmasında müştərilərimizə viza dəstəyi göstəririk.

Viza ödənişləri

Viza rüsumu – 41 AZN
Viza dəstəyi – 59 AZN

Viza üçün tələb olunan sənədlər

  • Xarici passport
  • Gediş və dönüş biletlərinin bronu
  • İşlədiyiniz müəssisədən və ya tələbəsinizsə oxuduğunuz təhsil müəssisəsindən arayış
  • Lazımi xərclərin ödənəcəyinin sübutu və ya bankdan arayış
  • Bankdan son 6 ay müddətində etdiyiniz əməliyyatların çıxarışı
  • Bron etdiyiniz otelin vauçeri və ya sizə göndərilən dəvət məktubu
  • Tibbi sığorta
  • Şəkil 5×5 sm
  • Hazır ərizə forması
  • Şəxsiyyəti təsdiq edən sənədin və xarici passportun kopyası

Müraciət zamanı sizə lazım ola biləcək digər sənədlər

  • Əgər evlisinizsə nikah şəhadətnaməsi və bununla yanaşı əgər 18 yaşına çatmamış övladınız (övladlarınız) varsa doğum haqqında şəhadətnamə
  • Azərbaycan Respublikası ali və ya orta təhsil müəssisələrində təhsil alan və vizaya müraciət edən bütün tələbə və şagirdlər həmin təhsil müəssisəsində oxuduğuna dair arayış təqdim etməlidirlər
  • Əlavə üstünlük kimi əgər adınızda hər hansı daşınan və ya daşınmaz əmlakınız varsa çıxarışları təqdim etmək

Qeyd: Passport və şəxsiyyət vəsiqəsinin surətlərindən başqa digər lazım olan bütün sənədlər inglis dilində və ya ingilis dilinə tərcümə olunmuş və notariatda təsdiq olunmuş olmalıdır.

Əməliyyat müddəti

İsrail vizası üçün etdiyiniz müraciətin cavabı sizə 3 – 14 iş günü müddətində verilir.

Qeyd: Vizaların verilməsi birbaşa Konsulluq ilə əlaqəlidir, buna görə də Granit AS şirkəti olaraq vizaların verilməsinə tam zəmanət vermirik. Bütün qərarlar Konsulluğa məxsusdur. Turpaket alan müştərilərimiz üçün viza dəstəyi pulsuzdur.

Ətraflı məlumat

☎: +994 12 447 48 43
?: +994 70 207 48 43 (WhatsApp)
?: Telegram: @granitas
?: Nizami 77/9, Bakı
?[email protected]
➡www.granitas.az

Whatsappla birbaşa əlaqə üçün linkə daxil olun – http://bit.ly/2AWo3Jm

Açar sözlər: israil vizası, israil viza dəstəyi, israilə viza almaq, israil səfirliyi, israil vizası üçün ərizə forması

Paylaş