Kanada Vizası
Kanadaya səfər etmək üçün Azərbaycan vətəndaşlarına Kanada vizası almaq vacibdir. Granit AS Travel Kanada viza dəstəyi göstərir. Səfərin müddətini təyin edib bizimlə əlaqə saxlaya bilərsiniz.
Qeyd: Granit AS Travel şirkəti İşçi Vizaları – nın alınması prosesini həyata keçirmir. Yalnız “Turist və Təhsil” vizalarının alınmasında müştərilərimizə viza dəstəyi göstəririk.
Viza ödənişləri
Viza rüsumu – 100 CAD
Administrativ xərclər – 140 AZN
Viza dəstəyi – 210 AZN
Viza üçün tələb olunan sənədlər
- Xarici passport
- Viza üçün tələb olunan rüsumun ödənildiyi haqqında sənəd
- Gediş və dönüş biletlərinin bronu
- İşlədiyiniz müəssisədən və ya tələbəsinizsə oxuduğunuz təhsil müəssisəsindən arayış
- Lazımi xərclərin ödənəcəyinin sübutu və ya bankdan arayış
- Bankdan son 6 ay müddətində etdiyiniz əməliyyatların çıxarışı
- Bron etdiyiniz otelin vauçeri və ya sizə göndərilən dəvət məktubu
- Şəkil 3.5 sm x 4.5 sm
- Hazır ərizə forması
- Şəxsiyyəti təsdiq edən sənədin surəti
Şəklin çəkilmə qaydası
- Şəkilin çəkilmə müddəti altı aydan gec olmamalıdır.
- 3.5 sm x 4.5 sm ölçüdə olmalıdır.
- Parlaq olmayan bir fonda çəkilməlidir.
- Şəklin fonun tünd olmamasına diqqət edilməlidir.
- Şəkildə bədənin əsasən çiyindən yuxarı hissəsinin olmasına diqqət yetirilməlidir, odur ki, şəkilin 70-80% – i üz nahiyəsindən ibarət olmalıdır.
Əməliyyat müddəti
Kanada vizasına etdiyiniz müraciətin cavabı sizə 15 – 30 iş günü müddətində verilir.
Qeyd: Vizaların verilməsi birbaşa Konsulluq ilə əlaqəlidir, buna görə də Granit AS şirkəti olaraq vizaların verilməsinə tam zəmanət vermirik. Bütün qərarlar Konsulluğa məxsusdur.
Ətraflı məlumat
: +994 12 447 48 43
: +994 70 207 48 43 (WhatsApp)
: Telegram: @granitas
: Nizami 77/9, Bakı
: [email protected]
: www.granitas.az
Whatsappla birbaşa əlaqə üçün linkə daxil olun – http://bit.ly/2AWo3Jm
Açar sözlər: kanada vizası, kanada viza dəstəyi, kanadaya viza almaq, kanada səfirliyi, kanada vizası üçün ərizə forması